53
Satış həcminin artmasından mənfəət = 2m. x 60000 =
120000 m.
Əlavə debitor borcu = 600000 : 6 = 100000 m.( əlavə
satış
həcmi/debitor borcu
Əlavə debitor borclarına olan (dəyişkən xərclər / satış
qiyməti) x (əlavə debitor borcu = 0,80 x 100000
=80000m.
Əlavə debitor borclarına xərclərin örtülməsi üçün
qoyulmuş mənfəət = 0,20 x 80000 = 16000 m.
Cədvəldən
göründüyü kimi, əlavə satış həcmindən alınan mənfəət, debitor
borclarını kompensasiya edilməsi üçün lazım olan mənfəətdən (16000 m.) bir necə dəfə
çox olduğuna görə kredit qabiliyyəti normativini azaltmaq olar. Optimal kredit siyasəti,
əlavə satış həcminin artmasından əlavə mənfəətin, əlavə debitor borcları üzrə xərcləri
ödəyənə qədər davam edəcəkdir. Daha aşağı keyfiyyətli kredit üzrə riskə
gedildiyindən, firma üzrə riski də artırmış oluruq. Bu risk isə gözlənilən pul axınının
dəyişilməsindən ibarətdir. Riskin belə artması ümidsiz borclar
üzrə əlavə itkilərin
yaranmasından ibarətdir.
Kreditin şərtləri kredit müddətinin davamiyyəti və təklif edilən güzəştdən
ibarətdir. «2/10 xalis 30» şərti göstərir ki, əgər veksel 10 günün ərzində ödənilirsə 2%
güzəşt ola bilər. Ödəniş 30 gün ərzində aparılmalıdır. Deməli, kreditin müddəti 30 gün
olur. Baxmayaraq ki, müştərilər
bu şərtləri diktə edirlər, firma kredit müddətini
uzatmaqla öz məhsuluna olan tələbatı artıra bilər. Əvvəlki kimi əlavə satışdan olan
mənfəətlə, debitor borclarına olan əlavə investisiyadan mənfəət hissəsi arasında seçim
olmalıdır.
Yuxarıdakı misalda, firma kredit müddətini 30 gündən 60 günə qədər artırır,
nəticədə satış həcmi 360000 mln. manata qədər artmış olur və yeni alıcılar da 2 ayın
ərzində hesabları ödəməlidirlər. Bütün əlavə debitor borcları 2 hissədən ibarət olur.
I
hissə realizənin artması ilə əlaqədar olan debitor borclarıdır. Bizim misalda
satışın əlavə həcmi 360000 man. təşkil edir. Debitor borcları ildə 6 dəfə dövr edirsə,
yeni satışla əlaqədar olan əlavə debitor borcları 360000: 6 = 60000 m. olur. Bu əlavə
debitor borcları üçün investisiya onunla əlaqədar
dəyişkən xərclərdən ibarətdir, yəni
8/10 x 60000 = 48000 man.
54
II
hissə isə ilkin satışa aid olan inkassanın nəticəsi kimi əks olunur. Satışın ilkin
həcmində (2,4 mln. man.) debitor borclarının səviyyəsi, ildə 12 dəfə dövr etməklə
2400000 : 12 = 200000 man. edir. İldə 6 dəfə
olan yeni səviyyə
2400000 : 6 =
400000 man. edir. Beləliklə, 200000 man. əlavə debitor borcu ilkin satışa aid edilir,
yəni dəyişkən xərclər yalnız yeni satışlara aid olacaqdır. Deməli,
firma debitor
borclarına olan qoyuluşlarını 200000 m. artırmalıdır.
Bu xərclər üzrə məlumatlara əsaslanan hesabat 7.2 cədvəlində verilmişdir.
Cədvəldən göründüyü kimi, əlavə satışdan olan mənfəət, (72000 man.), debitor
borclarına olan əlavə qoyuluşlar üçün lazım olan mənfəət hissəsindən (49600 man.)
çox olduğuna görə kreditin müddətini 30 gündən 60 günədək uzatmaq
məqsədəuyğundur.
Güzəştlərin dəyişilməsi-debitor borclarının ödənməsini sürətləndirmək imkanıdır.
Bu zaman, inkassanın sürətləndirilməsindən mənfəətin yüksək və ya güzəştin
artırılmasından itkilərin ödənməsinin çox olacağı müəyyən edilməlidir.
Əgər belə
olarsa, güzəşt siyasəti dəyişməlidir.
Dostları ilə paylaş: