59
saxlamasa da olar. Həmin sənəd bazarda nominal dəyərindən aşağı qiymətə satıla bilər.
Bu güzəşt investorun faizindən ibarət olacaqdır. 90 gündən sonra investor aksepti
banka təqdim edərək nominal məbləği alacaqdır. Bu vaxta qədər I kompaniyanın öz
hesabında trattanı ödəməkdən ötrü kifayət qədər vəsaiti olmalıdır. Beləliklə, o, öz
ixracını 90 gün üçün maliyyələşdirmiş olur. Əgər ödəniş mal göndərilən kimi
aparılsaydı, II kompaniya mallar üçün daha yüksək qiymət qoyardı və belə halda I
kompaniya borclu hesab olunacaqdır.
Bank akseptlərinin aktiv bazarının mövcudluğu xarici ticarətin, kommersiya
veksellərinin faizinə yaxın faiz stavkaları ilə maliyyələşməsini mümkün edir.
Akseptin fəaliyyət prinsipinin həm beynəlxalq, həm də daxili ticarət üçün eyni olmasına
baxmayaraq, daxili tədavüldə az istifadə olunur. Kompaniyadan alınan tratta əsasında,
bank ona vəsaitləri avans verə bilər. Tratta aksept edildikdən sonra o, bank akseptləri
bazarında satıla bilər. Borclunun faiz xərcləri – investorun aldığı stavka, bank
rüsumları və dilerə ödənişlərdən ibarətdir ki, bu da ümumi məbləğin 7-8%-ni təşkil
edir. Son illərdə bank akseptlərinin sayı xeyli çoxalmışdır, çünki firmaların çoxu
maliyyələşmənin bu formasının əlverişli olduğunu dərk etmişlər.
Kommersiya kreditləri iki kateqoriyaya – təmin edilmiş və təmin olunmayanlara
bölünür. Demək olar ki, bütün maliyyə təşkilatları təmin olunmayan kreditlər vermir,
çünki bu krediti götürməyə imkanı olan borclu, daha az xərclərlə kommersiya
bankından vəsait götürə bilər.
Dostları ilə paylaş: