M. C. AtakiŞİyev n. M.ŞIXƏLİyeva r. N. NurəLİyeva maliYYƏ menecmenti (Dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə35/55
tarix22.03.2023
ölçüsü0,96 Mb.
#124247
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   55
kitabyurdu org-maliyye-menecmenti

Təkmilləşmiş kredit – qoyulmuş dövr müddətində təsdiq edilmiş həcmdə kredit 
verilməsinin hüquqi öhdəçiliyidir. Öhdəçiliyin vaxtı qurtarana qədər bank, borclu tələb 
edən kimi kredit verməlidir, bu şərtlə ki, ümumi məbləğ maksimum kəmiyyətdən çox 
olmasın. Əgər, təkmilləşmiş kreditin həcmi 1000000 ton təşkil edirsə və onun 700000 
manat artıq verilibsə, borclu istənilən vaxt 300000 manat ssuda götürə bilər və bu 
üstünlük üçün banka komission verməlidir. Əgər kredit həcmi 1000000 manat, ildə 
cəlb ediləcək vəsaitlərin orta həcmi 400000 manatdırsa, borclu istifadə olunmayan
600000 manat üçün komission verəcəkdir. Rüsumun kəmiyyəti 1/2% olarsa, ödəniləcək 
məbləğ ildə 3000 manatdır. Adətən, bu kredit növü üzrə müqavilə bir ildən çox müddətə 
bağlanılır. 
Əgər firmanın yalnız bir məqsəd üçün qısamüddətli vəsaitə ehtiyacı olarsa, 
yuxarıdakı kredit növlərindən istifadə etmək olmaz. Kontrakt iştirakçısı, kontrakt üzrə 
öz öhdəçiliyini yerinə yetirməkdən ötrü bankdan ssuda götürə bilər. Kontrakt üzrə 
pulları aldıqda onların hesabına ssudanı ödəyir. Bu növ kreditləşmə apardıqda, bank 
borclunun hər bir müraciətini ayrıca saziş kimi qiymətləndirir. Bu zaman da, əsas amil 


61 
kimi, ssudanın ödənilməsi üçün pul vəsaitinin yığılması çıxış edir. 
Xəzinədarlıq vekselləri, bank akseptləri və qısamüddətli kommersiya 
veksellərindən başqa, kommersiya ssudalarının çoxu üzrə şərtlər borclu ilə kreditor 
arasında şəxsi danışıqlarda müəyyənləşir. Bəzi hallarda borclunun kreditqabiliyyətindən 
asılı olaraq banklar faiz stavkalarını dəyişdirirlər: kreditqabiliyyəti aşağı olduqca, faiz 
stavkası yüksək olur. Faiz stavkaları maliyyə bazarlarının vəziyyətindən asılı olaraq da 
dəyişilə bilər. Bazarın vəziyyəti ilə dəyişilən kəmiyyətlərdən biri bazis stavkasıdır. 
Bazis stavkası – maliyyə cəhətdən əlverişli olan kompaniyalar üçün ssudalar üzrə
stavkadır. İri, kreditqabiliyyətli müştərilər üçün banklar tərəfindən qoyulan faiz 
stavkaları ölkə daxilində vahiddir. 
Son vaxtlarda banklar arasında korporativ müştərilər arasında və kommersiya 
vekselləri bazarı tərəfindən artan rəqabət nəticəsində, maliyyə cəhətdən əlverişli olan 
kompaniyalara ssudalar bazis stavkasından aşağı stavka ilə verilir. Təyin edilmiş 
stavka, bankın pul vəsaitlərinin son dəyərinə görə əsaslanır və bu depozit sertifikatlar 
üzrə maliyyə bazarında ödənilən stavka ilə əks etdirilir. Vəsaitlərin dəyərinə faiz marjası 
əlavə edilir və müştərinin ödədiyi stavka alınır. Bu stavka isə hər gün maliyyə 
bazarındakı stavkalar dəyişildikcə dəyişilir. Müştərinin ödədiyi stavka bazis
stavkasından 1/4-1% aşağı olur. 
Kredit stavkası bazis stavkasına əsasən müəyyən edilir. Bank kompaniya üçün 
kredit xəttini bazis stavkasından 1/2% artıq müəyyən edə bilər. Bank tərəfindən 
müxtəlif müştərilər üçün müəyyən edilən faiz stavkaları arasındakı müxtəliflik, yalnız 
onların kreditqabiliyyətləri nəzərə alınaraq qoyulur. Bu fərqə başqa amillər də təsir edir: 
hesablardakı pul vəsaitlərinin qalığı və bankla müştəri arasındakı qarşılıqlı xarakterizə 
edən başqa məbləğlər. Başqa bir amil isə, kreditə xidmətin dəyəridir. Bəzi təmin 
edilmiş ssudalar üzrə xidmətin yerinə yetirilməsi banka baha başa gəlir və bu 
məsrəfləri borclu ya faiz stavkasını artırmaqla, ya da əlavə rüsum kimi ödəməlidir. 
Beləliklə, qısamüddətli ssudalar üzrə stavka, bank vəsaitlərinin dəyəri, cari bazis 
stavkası, borclunun kredit qabiliyyət, bankla borclu arasında cari və perspektiv
münasibətlər və başqa amillərdən asılı olur. Daimi olaraq, borclunun kredit 
qabiliyyətinin öyrənilməsi və ssudanın işlənməsi üzrə xərclərin olması, kiçik ssudalar 
üzrə faizin yüksək olması gözlənilir. 
Ssuda üzrə faizlərin ödənilməsinin 3 üsulu vardır: 
1. İnkassa əsasında;
2. Diskont əsasında;
3. Yığım əsasında. 


62 
Birinci üsula görə ssuda faizi veksel ödənildikdə ödənilir. II üsulda ssuda faizin 
borcun ilkin məbləğindən çıxılır. Əgər ssudanın məbləği ildə 12% stavka ilə 10000 
manatdırsa, faizin səmərəli stavkası I üsulda belə olacaqdır: 
1200m/10000m = 12% 
II üsulda isə bu, 1200m/8800m = 13,64% olacaqdır. 
Əgər, faiz diskont əsasında ödənilirsə, ildə yalnız 8800 (10000-1200) manat 
işlənilir, lakin ilin axırında 10000 manat qaytarılır. Odur ki, faizin səmərəli stavkası II 
üsulda I üsula nisbətən çoxdur və ssudaların böyük hissəsi I metodla ödənilir. 
II üsul üzrə ödənilmə aparıldıqda, banklar və başqa kreditorlar faizləri toplama 
əsasında müəyyən edirlər. Bu o deməkdir ki, faiz ödənmə məbləğinə əlavə edilir və 
vekselin nominal dəyəri müəyyənləşir. Tutaq ki, müddətlərə bölünmək və ssuda 
ödənilməsi 12 həraylıq ödənmə, ssuda faizi 12 olmaq şərti ilə aparılır. Borclu 10000 
manat olmuş, vekselin nominalı isə 11200 manatdır. 1200 manat faizin ödənilməsinə 
sərf ediləcək. Lakin borclu 10000 manatın hamısını birinci ayda sərf edir və həmin ayın 
axırında 11200 manat 1/12 hissəsini, yəni 933,33 manat ödəməlidir. Həmin məbləğdə, 
sonrakı hər 11 ayın axırında ödənişlər aparılaraq, veksel tamamilə ödənməlidir. İl 
ərzində borclu ilkin məbləğin yenisini istifadə edir, bu zaman faizin səmərəli stavkası
2 dəfə artır və mürəkkəb faizləri nəzərə alaraq, 22%-ə çatır. Beləliklə, bu ssuda faizi 
borcun ilkin məbləğinə görə ödənilir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin