Orijinal adı: «Education Glossary»


Sistemli islahat (Systematic reform)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə67/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   ...   63   64   65   66   67   68   69   70   ...   92
KİTAB Təhsil lüğəti

Sistemli islahat (Systematic reform) - Təhsil prosesinin bütün səviyyələrini əhatə edən və 
ardıcıl sürətdə bir-birini tamamlayan islahat.
Situativ təqdimat (Situational Presentation) - Yeni dərsi sadə hekayə, yaxud bu məqsədlə 
yaradılan situasiyalar vasitəsi ilə təqdim etmək üsulu. Situasiyaların yaradılması üçün müəllim 
müvafiq şəkillərdən də faydalana bilər.
Siyahıyaalınma (Enrolment) - Cari tədris ili ərzində konkret sinifdə təhsil alacaq şagirdlərin 
siyahıya alınması. Belə bir siyahıyaalma adətən, əhali sıxlığı, miqrasiya prosesi, maliyyə dəstəyinin 
səviyyəsi, siyahıya alınmış məktəbyaşlı uşaqların ərazilər üzrə paylanma nisbəti, tədris planının növü 
və s. amillər də nəzərə alınmaqla aparılır. 
 
Sokrat/Erasmus (Socrates/Erasmus) - Əsası 1987-ci ildə Avropa Birliyi tərəfindən qoyulmuş 
proqram.
Bu proqramın əsas məramı Avropada ali təhsilin keyfiyyətini artırmaq və Avropa standartlarını 
gücləndirməkdən ibarətdir. Proqrama cəlb edilmiş ölkələrin universitetləri arasında əməkdaşlığın 
təşviqi, şagird və pedaqoqların qarşılıqlı mübadiləsinin təmin olunması, proqram ölkələrində verilən 
diplomların qarşılıqlı şəkildə tanınması, təhsil sahəsində şəffaflığın artırılması Sokrat/Erasmus 
proqramının məqsədlərinə daxildir.
Sorğu vərəqəsi (Questionnaire) - Təhsil üzrə peşəkar fəaliyyətin ən müxtəlif cəhətləri haqqında 
məlumat və rəylərin toplanması üçün istifadə edilən, məqsədəuyğun sualların əks olunduğu 
vərəqələr.
 
Sosial ayrı-seçkilik (Social discrimination) - İrqi, cinsi, etnik, dini və sosial-iqtisadi 
mənsubiyyətinə görə bir tərəfin digər tərəf ilə müqayisədə üstün, yaxud aşağı tutulması; ona qarşı 
qeyri-obyektiv münasibət göstərilməsi; sosial ədalətsizlik.
Sosial bacarıqlar (Social skills) - Sosial və fərdlərarası bacarıqlar. Bunlar bir-birilə qarşılıqlı 
əlaqədədir. İctimai bacarıqlar təhsil müəssisələrində və iş yerlərindəki mövcud sosial münasibətlərin 
iştirakçıları arasında həssas və səmərəli əlaqəni təmin edir. Şagirdlər (tələbələr) insan-cəmiyyət 
münasibətləri, ünsiyyət etiketi qaydaları və s. kimi bacarıqları təcrübədən keçirməlidirlər. (bax

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin