-yayma (ştamplama) üsulu ilə polad lövhələrdən hazırlanmış tutumun
dibinin silindrik və ya
konus elementlərinin ( borunun) divarının nominal qalınlığı aşağıdakı düstur üzrə hesablanmış
qiymətdən artıq olur:
s = 0,009 (D + 1200)
burada D – daxili minimal diametr, mm. Verilən tələblər bortlu
örtüklərə aid deyil;
- onlar korroziyadan çatlar əmələ gətirən mühitdə istismar edilmək üçün təyin olunmuşlar;
- tutumun dibi və digər elementləri 700
o
C-dən aşağı temperaturda ştamplanır (yayılır);
- tutumun dibi və digər elementləri qalınlıqdan asılı olmayaraq
soyuq ştamplama və ya
soyuq yayma üsulu ilə hazırlanmışdır.
4.4.5. Xarici diametri 36 mm olan karbonlu və az aşqarlanmış poladdan hazırlanmış
boruların əyilmiş hissələri əgər əyilmənin orta radiusunun borunun xarici nominal diametrinə
nisbəti 3,5-dən kiçikdirsə və boru divarının nominal qalınlığının onun nominal diametrə nisbəti
0,05-dən artıqdırsa, termiki emaldan keçməlidir.
4.4.6. Xrom-molibden, xrom-molibden-vanadiumlu az aşqarlanmış poladdan, martensit
sinfinə aid poladdan və iki laylı-əsas layı bu tipə və sinfə aid poladdan qaynaq tətbiq edilməklə
hazırlanan tutumlar və onun elementləri diametrindən və divarının qalınlığından asılı olmayaraq
termiki emal olunmalıdırlar.
4.4.7. Austenit sinfinə aid və əsas layı karbonlu və az aşqarlanmış manqan və manqan--
silisium tipli poladdan və austenit sinfinə aid korroziyaya qarşı davamlı iki laylı
poladdan
hazırlanan tutumların və onun elementlərinin termiki emalı NS-də müəyyən olunur.
Dostları ilə paylaş: