4.4.8. Soyuq ştamplama və plastik deformasiya (flanjirovka) üsulu ilə austenit poladdan
hazırlanan tutum dibləri termiki emaldan keçməlidirlər.
4.4.9. 850
o
C-dən aşağı olmayan temperaturda ştamplanan (yayılan) austenit xrom-nikel
poladlarından hazırlanan diblər və detallar üçün termiki emal tələb olunmur.
Əgər korroziyadan çatlama əmələ gətirən mühitdə işləmək üçün təyin olunmayıbsa, daxili
diametrinin divarının qalınlığına olan nisbəti 28-dən böyük olan, austenit poladdan isti
deformasiya üsulu ilə hazırlanan dibləri termiki emala uğratmamaq olar.
4.4.10. Termiki emalın növü (kövrəkliyi azaltma, normallaşdırma və ya kövrəkliyi
azaltmaqla möhkəmləndirmək, austenitləşdirmə və s.) və rejimləri (qızdırılma sürəti, saxlama
temperaturu və vaxtı, soyudulma şərtləri və s.) NS əsasında qəbul edilir və texniki layihədə
göstərilir.
4.4.11. Tutumları ayrı-ayrı hissələr üzrə, sonra da yerli qapayıcı tikişi termiki emal etməyə
yol verilir. Yerli termiki emalda ixtissaslaşdırılmış müəssisə ilə razılaşdırılmış texnologiyaya
uyğun olaraq səthlərin bərabər qızdırılması və soyudulması təmin olunmalıdır.
Korroziyadan zədələnməyə qarşı dayanıqlıq üzrə tələblər olduğu halda tutumun yerli
termiki emalının tətbiq olunması ixtissaslaşdırılmış müəssisə ilə razılaşdırılmalıdır.
4.4.12. Sobada termiki emal prosesində tutumun (elementin) istənilən nöqtəsində qızdırılma
temperaturu termiki emal rejimində nəzərdə tutulmuş maksimal və minimal temperatur hədlərini
aşmamalıdır.
Sobada olan mühit termiki emal olunan tutuma (elementinə) zərərli təsir göstərməməlidir.
4.4.13. Tutumun və onun elementlərinin metalının xassələri termiki emalın bütün
mərhələlərindən sonra Qaydaların, standartların və texniki şərtlərin tələblərinə uyğun olmalıdır.
4.4.14. Termiki emal elə yerinə yetirilməlidir ki, məmulatın metalının bərabər qaydada
qızdırılması, onların istidən sərbəst genişlənməsi və plastik deformasiyaların olmaması təmin
olunsun. Məmulatın termiki emalı zamanı qızdırılma, saxlanılma və soyudulma rejimiləri
özüyazan cihazlarla qeyd olunmalıdır.
|