məsələlərində və uşaqların cinsi yetişkənlik dövrü ilə bağlı davranışlarının bəzi məqamlarının qiymətləndirilməsində məlumatsız olurlar.
•
Təhsil sistemində xüsusi qurum Psixoloji-Tibbi-Pedaqoji Məsləhət /Komissiyadır (PTPK). Burada psixoloji maarifləndirmə müəssisə əməkdaşlarının profilaktik işi çərçivəsində həyata keçirilir. •
Müəssisənin nümayəndələri (psixoloq, loqoped, korreksiya müəllimləri və həkimlər tərəfindən) tərəfindən yerinə yetirilən psixoprofilaktik iş üç formada həyata keçirilir: •
fərdi söhbətlər (valideynlərlə, uşaqlarla, müəllimlərlə), •
metodik iclasda və ya pedaqoji şurada məsələlərin müzakirəsi •
KİV-də çıxışlar. •
Təcrübə göstərir ki, defektoloji mövzular çox vaxt media işçilərinin diqqətini cəlb etmədiyindən onlara ümumi pedaqoji, psixoloji və tibbi məsələlərə üzrə materiallar təklif etmək daha məqsədəuyğundur.
Şagirdlərlə işləmək üçün tövsiyələr. •
Gənclər və yeniyetmələr, eləcədə kiçik məktəb yaşlı şagirdlərin psixoloji maarifləndirilməsi onların psixologiyasını nəzərə almaqla həyata keçirilməlidir. •
ÜST - ün ekspertləri sanitariya maarifləndirməni məktəb proqramı vasitəsilə həyata keçirməyi məsləhət görürlər – bu halda uşaqlar məlumatı maraqla qarşılayır.