onlarla “alçaldıcı, təkəbbürlü tonda yox, anladıqları dildə ” danışmaq; •
yeniyeyetmələrin fəallığı üçün şərait yaratmaq: " yeniyetmələr ünsiyyət zamanı böyüklərin onlara vermək istədikləri informasiya alıcıları olmaqla bərabər, həm də öz fikirlərini ifadə etmək imkanına malik ola bilərlər"; •
pozitiv məruzəçi ilə əməkdaşlıq etmək; "informasiyanın ən yaxşı bələdçiləri həmyaşıdlarıdır, çünki gənclər onları daha həvəslə dinləyirlər.
•
Bilavasitə gənclər üçün nəzərdə tutulmuş ən populyar sanitar-gigiyenik və psixoloji biliklərin yayımlanması üçün əlverişli informasiya mühiti videokanallar, həmçinin internet ola bilər. •
Gənclər arasında psixoloji maarifləndirmənin ən təsirli forması şagirdlərin özlərinin psixoloji məlumatlandırma prosesinə cəlb edilməsidir. Belə formalara müəssisənin psixoloqu və musiqi işçisinin rəhbərliyi ilə hazırlanan “Şən və hazırcavablar komandası”, teatr tamaşası və buna bənzər başqa tədbirləri göstərmək olar.