Mir Möhsün NƏvvab


ERMƏNİLƏRİN BAKI QUBERNATORUNU ÖLDÜRMƏSİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə7/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   2   3   4   5   6   7   8   9   10   ...   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

ERMƏNİLƏRİN BAKI QUBERNATORUNU ÖLDÜRMƏSİ 
Bakıda baş verən bu qırğından bir az sonra şəhər qubernatoru faytonda küçə 
ilə gedərkən bir neçə nəfər erməni faytonun üzərinə hücuma keçərək bomba atıb 
partlatmışlar. Bombalar faytonun yanında yerə dəyib partlayaraq faytonu 
darmadağın etmişdir. Partlayışdan ağır yaralar alan qubernator və atlar ordaca 
ölmüşdür. 
Quldur ermənilərin biri tutulmuş, digərləri isə qaçıb gizlənmişlər. Sonra 
aparılan axtarış nəticəsində bu cinayətdə iştirak edən daha dörd erməni həbsə 
alınmışdır. 
Deyilənə görə, həmin beş nəfər cani erməni dar ağacından asılaraq 
cəzalarına çatmışlar. 
Bu əhvalatdan sonra bir müddət sakitlik oldu. Lakin ayrı-ayrı erməni 
fitnəkarları öz fitnə-fəsadından əl çəkməyərək, gizli əllərinə düşən müsəlmanları 
öldürürdülər. Bu növ ədavətlər və xəyanətlər ara-sıra hər iki tərəfdən baş verirdi. 
1905-ci İLDƏ İRƏVAN ŞƏHƏRİNDƏ BAŞ VERƏN
ERMƏNİ—MÜSƏLMAN ƏHVALATI 
 
Hansı vilayətdə ki, İrəvan ermənilərindən bir neçə nəfər tapılırdı, mütləq 
orda bir iğtişaş baş verirdi. Bu İrəvan erməniləri çox xudpəsənd, kinli və 
cinayətkardılar. 
İrəvan şəhərinin müsəlmanlar yaşayan 80 evdən ibarət məhəlləsinin 
ermənilərlə iğtişaşı baş verib. Bu iğtişaşın başlanmasına səbəb olan ermənilər 
həmin məhəllədə müsəlmanların imarətlərini gülləbaran etməyə başladılar. 
Ermənilərə nisbətən müsəlmanların bu məhəllədə az olmasına baxmayaraq, 
ermənilərə qarşı müqavimətdə mətanətlə dayandılar və onlara böyük zərbələr 
endirdilər. İki tərəfdən üç gecə-gündüz davam edən güllə yağışının altında qırx 
nəfər erməni, iki nəfər isə müsəlmanlardan öldürüldü. Üç gündən sonra güllələri 
tükəndiyinə görə gecə vaxtı müsəlmanlar həmin məhəllədən qaçmalı oldular. 
Əhvalatdan xəbərdar olan ermənilər müsəlmanların evlərinə doluşub, onların mal-
dövlətini qarət etməyə başladılar. Fürsət tapıb qaça bilməyən beş nəfər övrət və üç 
nəfər uşaq bir evin küncünə qısılaraq qorxudan titrəyə-titrəyə ağlayırdılar. Əllərinə 
düşən kitablara və Qur'ani-Kərimə od vurub yandırdılar. Ermənilərin qoca qadın və 
kişilərə, eləcə də uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir. 
İrəvanda ermənilərin müsəlmanlara qarşı törətdiyi qəddarlıqları və 
əzazilliyini şəhərin ətraf kəndlərində yaşayan müsəlman kürd tayfaları eşidən kimi 


16 
silahlanaraq atlara minib, qəzəblənmiş aslan kimi nərə çəkə-çəkə üz qoydular 
İrəvanda qırğın olan yerlərə. Yollarda əllərinə düşən erməniləri öldürüb, mallarını 
talan edib, evlərinə od vurub yandırırdılar. Ermənilərin qaçanları gəlib bir böyük 
kənddə cəm olmuşdular. Həmin kənddə dövlətin divanxanası və bir az qoşunu var 
idi. Həmin qoşun erməni—müsəlman arasında gedən qırğını dayandırmaq üçün 
kürdlərə mane oldular. Qafqaz canişininin göstərişi ilə cənab Şeyxülislam 
həzrətləri katolikos Hayrik ilə gəlib məsciddə və kilsədə dualar və xütbələr 
oxuyub, xalqa nəsihətlər verdilər. Bununla da iki xalq arasında gedən qırğınları 
dayandırdılar. 
Bu əhvalatdan sonra erməni qımdatları başqa şəhər və kəndlərə dağılaraq 
yerli erməni əhalisini müsəlmanlara qarşı davaya qaldırmaq üçün onlar arasında 
təbliğat aparmağa başladılar. Uzaqgörən və davaya qoşulmaq istəməyən ermənilər 
qımdatların bu fitnə-fəsadlarından uzaq olmağa çalışırdılar. Qımdatlar isə belə 
erməniləri fürsət düşən kimi tutub öldürürdülər. 
Həmin bu tarixdə, yəni 1905-ci ildə Tehran və onun ətrafında, eləcə də, 
Xorasanda vəba xəstəliyi yayılmışdı. İki ay davam edən bu xəstəlik nəticəsində hər 
gün təqribən yüz adam ölürdü. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin