930) Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır? A) Qanaxmanın dayandırılması və gips sarğısının qoyulması
B) Antibiotiklərin yeridilməsi
C) Qanaxmanın dayandırılması və məlhəmli sarğının qoyulması
D) Hipertonik məhlulun qoyulması
E) Ağrıkəsicinin vurulması, qanaxmanın dayandırılması və aseptik sarğı qoyulması.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
931) Ağ ciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar? A) Yarım oturaq
B) Böyrü üstə uzanmış
C) Arxası üstə uzanmış
D) Qarnı üstə uzanmış
E) Ayaqlar yuxarı qaldırılmış vəziyyətdə
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 512
932) Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar? A) Yaranın üzərinə sıxıcı sarğı qoymaqla
B) Yaraya qan saxlayıcı alət qoymaqla
C) Yaranı tamponada etməklə
D) Boyuna turna qoymaqla
E) Yuxu arteriyasını barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxmaqla
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
933) Əməliyyat və sarğı otağının havasını mikrobsuzlaşdırmaq üçün nə edirlər ? A) Pəncərələrə tor tuturlar
B) Divarları və döşəmələri xloraminlə yuyurlar
C)
Otaqdakı əşyaların üzərini nəm əski ilə silirlər
D) Otağa aerozol çiləyirlər
E) Bakteriosid lampalarla şüalandırırlar
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 41
934) Əməliyyat bloku əsaslı olaraq neçə gündən bir təmizlənir? A) Hər gün
B) Ayda bir dəfə
C) İldə bir dəfə
D) Həftədə bir dəfə
E) İki həftədən bir
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 41
935) Hava damcı infeksiyasının qarşısını almaq üçün tibb işçiləri nədən istifadə edirlər? A) Xalat və əlcək geyinirlər
B) Əllərini tez-tez yuyurlar
C) Maska taxırlar
D) Aerozol çiləyirlər
E) Otağın havasını dəyişirlər
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 25