Çeşidləmədən məqsəd-xəsarətə uğrayan həmin mərhələdə göstərilməli olan tibbi
yardımın müəyyən növbəliyi (nə qaydada) və xarakterini müəyyən etməkdən,
habelə gələcək köçürmənin növbəliyi və istiqamətinin müəyyən olunmasından
ibarətdir. Çeşidləmə mərhələli müalicə sisteminin mühüm ünsürüdür.
İlk həkim yardımı, keyfiyyətli və ixtisaslı cərrahi yardımın
göstərildiyi
mərhələlərdə qabaqca çeşidləmə meydançasında (postunda) bütün yeni daxil
olanları 3 qrupa bölürlər:
1.Sanitariya təmizlənməsinə ehtiyacı olanlar (radioaktiv maddələrə,
zəhərli
maddələrə yoluxanlar, bakterial silahın təsirinə məruz qalanlar). Belə xəsarətə
uğrayanlar, mövcud şəraitdən asılı olaraq,
qismən və ya tam sanitariya
təmizlənməsindən keçirilir və daha sonra çeşidləmənin aparıldığı binalara
göndərilir.
2.İzolyasiya ehtiyacı olanlar (infeksion xəstələr və infeksion xəstəliklərə şübhəli
olanlar) xəsarətə uğrayanların həmin qrupuna tibbi yardım izolyasiyada və ya
ayrıca sarğı otağında göstərilir.
3. Ətrafdakılar üçün
təhlükə təşkil etməyənlər, həmin xəsarətə uğrayanlara və ağır
xəsarətə uğrayanlara bölünüb, çeşidləmədən ötrü binalara göndərirlər.
Qəbul-köçürmə şöbəsində və başqa şöbələrdə tibbi çeşidləmə işi prosesində
xəsarətə uğrayanları 4 qrupa bölürlər:
1)
həmin mərhələdə yardıma ehtiyacı olanlar;
2)
irəliyə köçürülməli olanlar (yardım sonrakı mərhələdə göstərilir);
3)
sağalana qədər həmin mərhələdə qalan və birbaşa sıraya qaytarıla
biləcək yüngül xəsarətə uğrayanlar;
4)
yalnız iztirablarının yüngülləşdirilməsinə ehtiyacı olanlar.
Tibbi çeşidləmə həmin müəyyən mərhələdə göstərilən yardımın
həcminə müvafiq
olaraq icra edilir. Bu işdən məqsəd – əmələ gəlmiş konkret şəraitdə tibb xidmətinin
sərəncamında olan qüvvə və vasitələrdən təsirli şəkildə istifadə olunmasına
kömək
etməkdir. Xəsarətə uğrayanların axışıb gəlməsi artdıqca, çeşidlənmənin rolu artır.
Müasir müharibə üçün xarakter olan kütləvi sanitariya itkiləri şəraitində onun rolu
xüsusilə böyükdür.
Qəbul - köçürmə şöbələrində çeşidləmə sarğını açmadan icra olunur.
Məntəqədaxili və köçürmə - nəqletmə çeşidləməsi ayırd olunur. Məntəqə daxili
çeşidləmədə: xəsarətə uğrayanın məhz həmin mərhələnin fəaliyyətində olan hansı
şöbəsinə (operasiya otağına, antişok palataya) və hansı növbədə göndərilməli
olduğu müəyyən olunur.
Köçürmə - nəqletmə çeşidlənməsinin məqsədi – xəsarətə uğrayan hansı növbədə,
hansı nəqliyyat növündə, hansı vəziyyətdə (oturaq vəziyyətində, uzanmış halda) və
məhz haraya köçürmək lazım gəldiyini müəyyən etməkdir.
Dostları ilə paylaş: