236
◘“Təzkiyə” dedikdə insanın düşüncəsinin puç əqidələrdən, nəfsinin çirkin əxlaqdan,
cisminin alçaq rəftarlardan paklanması nəzərdə tutulur. Zəkat dedikdə ruhu çirkin
xasiyyətlərdən, malı məhrumların haqqından paklamaq nəzərdə tutulur.
◘Peyğəmbər
məktəbində paklar, azğın məktəblərdə zorlular qurtuluş əhli sayılır.
Firon deyirdi ki, qalib gələn nicat tapmışdır.
1
◘Quranda
həm möminlərin, həm də özünü paklayanların qurtuluş əhli olduğu
bildirilir.
2
Demək həqiqi mömin özünü paklayan şəxsdir.
Bildirişlər
1. Quran bəzi ayələrin sonunda “ümid var ki, nicat tapasınız” buyurur. Çünki özünü
paklamamış insanların xeyir işləri riyakarlıq və ya təkəbbür səbəbindən puça çıxır. Yalnız
özünü paklayanlar qurtuluş əhli sayılır.
2.
Təzkiyə öz-özünə hasil olmur, bu yolda çalışmaq lazımdır.
3. Namaz və ibadətsiz təzkiyə düzgün deyil.
Ayə 16, 17, 18, 19:
ِفُحُّصلا يِفَل اَذَه نِإ﴿﴾ىَقْبَأ َو ٌرْیَخ ُة َر ِخ ْلَا َو﴿﴾اَیْنُّدلا َةاَیَحْلا َنوُرِثْؤُت ْلَب﴿
ُص﴿﴾ىَلوُ ْلْا
﴾ىَسوُم َو َمیِهاَرْبِإ ِفُح
16. “Amma siz dünya həyatını üstün tutursunuz”; 17. “Hansı ki axirət üstün və
əbədidir”; 18. “Bu sözlər öncəkilərin səmavi kitabında da yazılmışdır”; 19.
“İbrahim və Musanın kitablarında.”
Nöqtələr
◘Rəvayətlərdə dünyaya bağlılıq bütün xətaların kökü sayılır.
3
Dünya dayanacaq yox,
körpüdür. Bu körpünü adlayıb daimi mənzilə çatmaq lazımdır.
4
◘Quranda adətən namazdan sonra zəkat qeyd edilir.
5
Amma imam Sadiq (ə)
buyurur: “Fitr bayramında zəkat ödəmək bayram namazı qılmaqdan öndə gəlir.” Sonra
imam hazırkı ayəni oxuyur.
6
◘İmam Riza (ə) bir şəxsdən bu ayə barəsində soruşdu.
Həmin şəxs bildirdi ki,
Allahın adı çəkiləndə namaz qılmaq lazımdır. İmam buyurdu: “Belə bir vəzifə ağır olardı.
Gün uzunu Allahın adı çəkiləndə namaz qılmaq insan üçün çətindir. Amma Allahın adı
çəkiləndə Məhəmməd (s) və ali Məhəmmədə salavat göndərmək yaxşıdır.”
7
◘Axirət dünyadan üstündür. Çünki axirətdə müəyyən xüsusiyyətlər var. Axirət
zaman baxımından əbədidir
8
, məkan baxımından genişdir
9
, axirətdəki qidalar çeşidlidir
1
,
1
“Taha”, 65
2
“Muminun”, 1
3
“Kafi”, c. 2, s. 130
4
“Nəhcül-bəlağə”, xütbə 203
5
“Maidə”, 55
6
“Təhzibul-əhkam”, c. 4, s. 108
7
“Təfsiri-nurus-səqəleyn”
8
“Ali-İmran”, 15
9
“Hədid”, 21
237
axirətdə qorxu,
qəm-qüssə yoxdur
2
, axirətdə vəfalı dostlar var
3
,
axirətdə gözəl zövcələr
var.
4
◘Əbuzər həzrət Peyğəmbərdən (s) nəql edir ki, Allah-taala 124
min peyğəmbər
göndərmişdir, onların 313-ü rəsul, qalanı nəbidir; cəmi 104 kitab olmuşdur.
5
Dostları ilə paylaş: