Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə299/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   295   296   297   298   299   300   301   302   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. İman əhlinin əməldə qiyaməti təkzib etməsi sual doğurur. 
2. Yetimə biganəlik insanı Allahdan uzaqlaşdırır. 
3. Yetimə nəvaziş, aclara və məhrumlara diqqət iman nişanəsidir. Məhrum təbəqəyə 
diqqətsiz insanın dini yoxdur. 
4. Əqidə və əməl arasında sıx rabitə var.
5. Mənəvi ehtiyaclar fiziki ehtiyaclardan önəmlidir. (Yetimə öncə məhəbbət 
göstərmək, sonra onun qarnını doyurmaq lazımdır.) 
6. Hər namaz dəyərli deyil, hər namaz qılan behiştə getməz. 
7. Etinasızlıqdan yaranan xəta məzəmmət olunasıdır. 
8. Namazda səhvi bağışlamaq olar. Amma namazda səhv onu tərk etmək deyil. 
9. Pis iş xarakterə çevrildikdə təhlükəlidir. 
10. İxlas namaz və ibadətlərin qəbul şərtidir. 
11. Fəqirləri doyurmaq təkcə varlıların işi deyil. Yoxsul təbəqəyə diqqət və 
başqalarını da bu diqqətə həvəsləndirmək hamının vəzifəsidir. 
12. Əgər namaza bəzən diqqətsizlik göstərən haqqında ona vay olsun deyilirsə, 
namazı tərk edənlərin halı necə olacaq?! 
13. İnsanların zəruri ehtiyaclarına diqqətsizliyin cəzası var. 
14. Xalqa xidmət namazla yanaşıdır. 
15. Namazdan qafillik insanlardan qafillikdir. 
16. Aclara etinasızlıq qiyamətə etinasızlıq nişanəsidir.
4
17. Rəkətlərin sayındakı səhv yox, namaza bir vəzifə kimi diqqətsizlik məzəmmətə 
layiqdir. 
18. Allahdan üz çevirənlər başqalarına riyakarlıqla üz tutur. 
19. Xəsislik məadı inkar edənlərin xüsusiyyətidir. Onlar hətta ev əşyalarını qonşuya 
verməyə qıymırlar. 
1
“Zumər”, 3 
2
“Cameular əxbar”, s. 94 
3
“Bihar”, c. 67, s. 239 
4
“Haqqə, 34


310 
“KƏVSƏR” SURƏSİ 
 
(108-Cİ SURƏ; 3 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“KƏVSƏR” SURƏSİNİN SİMASI 
 
“Kəvsər” surəsi Məkkədə nazil olmuşdur, 3 ayədən ibarətdir. Bu surə Qurani-
kərimin ən kiçik surəsidir. Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Kəvsər” 
dedikdə çoxlu xeyir mənası nəzərdə tutulur. 
Çoxsaylı şiə və sünni rəvayətlərinə əsasən As ibn Vail, Əmr Asın atası Məkkə 
müşriklərinin böyüklərindən idi. Peyğəmbərin (s) oğlan övladları dünyasını dəyişdikdən 
sonra həmin şəxs Peyğəmbərə (s) tənə edib, onu “əbtər”, yəni sonsuz adlandırdı. 
Allah-taala öz Peyğəmbərinə (s) təsəlli və yersiz itdihamlara cavab üçün “kəvsər” 
surəsini nazil etdi. Bu surədə Peyğəmbərin (s) nəslinin və düşüncəsinin davamı haqqında 
xəbər verildi. 
Rəvayətlərdə bildirilir ki, vacib və müstəhəb namazlarda bu surəni oxuyan kəs 
qiyamətdə kövsər hovuzundan sirab edilər.
1

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin