Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə315/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   309   310   311   312   313   314   315   316   317
NUR-TƏFSİRİ-12

Həsədin kökü nədir? 
 
Bəzən insanlar arasındakı ayrıseçkilik onlardakı həsəd alovunu qızışdırır. Bəzən 
insanlar başqalarına imtiyaz verildiyini görüb həsəd aparırlar. Hansı ki, aradakı fərqlər 
bilinsə sakitləşərlər. Peyğəmbər ailəsində də həsəd özünü göstərmişdir. Həzrət Yaqubun 
evində övladların həsədi onların öz qardaşlarını quyuya atması ilə nəticələndi. Həsəd 
təkcə maddi nemətlərlə bağlı olmur. Bəzən insanlar imanlı fərdə həsəd aparıb onu küfrə 
qaytarmaq istəyirlər.
2
Məlum məsələdir ki, həsəd sayəsində insan başqalarına məhrumluq arzulayır. 
Allahdan nemət istəmək həsəd deyil. Həzrət Süleyman Allahdan misilsiz hökumət istədi. 
Həzrət Əli (ə) “Kumeyl” duasında Allahdan daha çox yaxınlıq diləyir. 
◘Həsəd xəstəliyinə əlac etmək üçün düşünmək lazımdır ki, dünya müvəqqətidir, 
dünyadan ötrü qəmlənməyə dəyməz; bizdə də elə nemətlər var ki, başqalarında yoxdur; 
nemətlər hikmət əsasında bölünür; neməti çox olan məsuliyyəti də ağırdır.
◘Bilməliyik ki, həsəddən xeyrimiz yoxdur. Allah Onun nemətini görməyən 
bəndədən lütfünü kəsir. Biz həsəd aparmaqla özümüzə əziyyət veririk. 
Bildirişlər 
 
1. Allaha sığınarkən bunu dilə gətirmək lazımdır. 
2. Təhlükələrin çoxluğundan peyğəmbərlər də Allaha sığınmışlar. 
3. İnsanın özünü və cəmiyyəti islah etməsi Allaha sığınmadan mümkün deyil. 
4. Ətrafdakı şər insanın qəlbini və düşüncəsini buxovladığından bu qıfılları qıracaq 
bir gücə sığınmaq lazımdır. 
5. Duada bütün şərlər müqabilində kömək diləmək lazımdır. 
6. Şərlər arasında həsəd, təfriqə, xəyanət, gizli fitnəkarlıq daha ağırdır. 
7. Düşmən təbliğatları təsir göstərənədək çalışır. 
8. Vəsvəsələr əqidəni süstləşdirir və insan təsir altına düşür. 
9. Həsədin Allaha sığınmaqdan başqa çarəsi yoxdur. 
10. Zəminələr o zaman təhlükə doğurur ki, fəaliyyət göstərilsin. 
11. Bütün insanlarda az ya çox həsəd var. Əsas məsələ həsədin təsiri ilə əməldə 
addım atmamaqdır. Həsədin əmələ çevrilməsi günahdır. 
1
“Ğurərul-hikəm” 
2
“Bəqərə”, 109 


331 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin