90
q) Lüğət kitablarından bəzilərində “xulq” sözü din və ayin kimi mənalandırılır.
İmam Baqirdən (ə) belə bir hədis nəql olunur: “Böyük əxlaq dedikdə İslam ainləri
nəzərdə tutulur.”
1
d) Nəzərdə tutulan müxaliflərlə ağayana rəftar etməkdir. Allah-taala Peyğəmbərə (s)
belə bir əmr vermişdi.
2
j) Nəzərdə gözəl xasiyyətlər tutulmuşdur. Həzrətin (s) belə buyurduğu nəql olunur:
“Rəbbim məni necə də gözəl tərbiyə etdi.”
3
z) Ayişə Peyğəmbərin (s) əxlaqı haqqında deyir: “Peyğəmbərin (s) əxlaqı Quranın
təcəssümü idi.”
4
◘Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirinin 27 səhifəsini Peyğəmbərin (s)
əxlaqına, ədəbinə sərf etmişdir. Uyğun mənbədə sadalanan səciyyələrdən bəzilərini yada
salaq: Peyğəmbər (s) öz ayaqqabısını yamayardı; öz libasını tikərdi; qoyun sağardı;
xidmətçilərlə
bir süfrədə əyləşərdi; yerdə oturardı; ulağa minərdi; özü bazarlıq edərdi;
yoxsullarla görüşəndə əl tutardı və əlini birinci çəkməzdi; rastlaşdığı adamla yaşından
asılı olmayaraq salamlaşardı; təklif olunanı rədd etməzdi. Hətta bir çürümüş xurma da
olsaydı! Az xərcləyər, xoş davranardı; üzündə daim təbəssüm vardı,
amma qəh-qəhə
çəkməzdi; qaşqabaqlı yox, məhzun olardı; daim təvazökar idi; israfa yol vermədən
səxavət göstərərdi; qəlbi yuxa, mehriban idi; kimsənin əlində olana höz dikməzdi; evdən
çıxanda güzgüyə baxar, saçlarını qaydaya salardı; güzgü tapmayanda suya baxardı;
kimsənin hüzurunda ayaqlarını uzatmazdı; iki iş arasından çətinini seçərdi,
ona zülm
edildikdə intiqam almazdı; Allah düşmənlərinin təcavüzünə qəzəblənərdi; heç vaxt
dirsəklənib xörək yeməzdi; kimsənin istəyinə rədd cavabı
verməzdi; namazını tam və
yüngül qılar, xütbələrini uzatmazdı; insanlar onu xoş qoxusundan tanıyardılar; qonağı
olanda yeməyə birinci başlar, ən axırda süfrədən çəkilərdi; süfrədə yalnız öz qabağından
yeyərdi; suyu üç dəfə nəfəsini dərib içərdi; yalnız sağ əli ilə verər, alar, xörək yeyərdi; üç
dəfə dua edər, danışanda sözünü təkrarlamazdı. Bir şəxsin evinə daxil olmaq üçün üç
dəfə
icazə istəyərdi; danışığı aydın idi, hamı onu başa düşürdü; baxışını dinləyicilər
arasında bölürdü; insanlarla danışanda üzündə təbəssüm olurdu.
Dostları ilə paylaş: