Aqlütinativ dillərin, o cümlədən Azərbaycan dilinin əsas qrammatik xüsusiyyətləri
bunlardır:
1. Aqlütinativ dillərdə sözlər asanlıqla kök və şəkilçiyə ayrılır. Bu dillərdə söz
kökünün leksik mənası olur.
2. Aqlütinativ dillərdə şəkilçi yalnız sözün sonuna əlavə edilıir: dağda, dağlar,
dağdakı və s. Flektiv dillərdə təsadüf etdiyimiz prefiks və infikslərə bu dillərdə rast
gəlmək mümkün deyil. Dilimizdə işlənən “bivəfa”, “nainsaf”, “biqeyrət” kimi
sözlərin ön şəkilçiləri ərəb-fars mənşəlidir.
3. Aqlütinativ dillərdə vurğu sözün sonuncu hecasına, sözə şəkilçi artırıldıqda isə
vurğu əsasən şəkilçinin üzərinə düşür.
4.Aqlütinativ dillərdə cins kateqoriyası yoxdur. Yalnız bioloji cinsi ifadə etmək üçün
leksik (ana-ata, bacı-qardaş, toyuq-xoruz və s.), morfoloji (müəllim-müəllimə, şair-
şairə və s.) üsullar mövcuddur.
Dostları ilə paylaş: