16
2.
Konsepsiyanın dərk edilməsi biznesin geniş panoramasını
əldə etməyə
kömək edir ki, bu da həm firmanın rəhbərliyinə və həm də heyətinə baş verənlərə
yaxından baxmaq imkanı yaradır. Bunsuz uzunmüddətli rəqabətqabiliyyətini və
müvəffəqiyyətini təmin etmək ağılagəlməzdir.
3.
Konsepsiya firmadaxilində (biznesin məqsədlərini onun əməkdaşları ilə
yaxşı başa düşməyə imkan verir) və həmdə ondan kənarda (informasiyanın
səhmdarlara, tədarükçülərə və istehlakçılara çatdırılmasını təyin edir)
kommunikasiyalar üçün böyük əhəmiyyətə malikdir.
Biznesin konsepsiyası müəyyən amillərilə şərtlənir:
-
tələbatların ödənməsi dairəsi ilə;
-
istehlakçıların məcmusu ilə;
-
buraxılmış məhsul ilə;
-
firmanın rəqabət üstünlükləri ilə.
Biznes konsepsiyasının işləyib hazırlayarkən müəssisənin
fəaliyyətinin əsas
xəttini istehlakçıların arzularından başlamaq lazımdır. Müəssisənin əsasnaməsində
və ya nizamnaməsində qeyd edilmiş təyinatlar siyahısı kifayət etmir.
Müəssisənin fəaliyyət xətti,
misal üçün bazarda boşluğun, tutulmamış yerin
olmasına və ya tələbin dəyişilməsindən, rəqabət mübarizəsində, yaxud digər analoji
amillərdə
vəziyyətin dəyişilməsindən, perspektiv istehsal-texniki kəşfin istifadəsin-
dən irəli gələn məhsulun istehsalı ideyasına əsaslana bilər.
Fəaliyyət xətti həmişə əsas suala cavab verməlidir: kimlərin və hansı tələbatların
ödənilməsi naminə həmin müəssisə yaradılır, fəaliyyət göstərir? Bu sualın aydın-
laşdırılması və dəqiqləşdirilməsi müəssisənin işinin qurulmasına və təşkilinə əsas
yaradır. Biznes konsepsiyanın işlənməsi onun məqsədlərini müəyyənləşdirməyi
nəzərdə tutur. Məqsədlər - o müəssisənin öz fəaliyyətində cəhd etdiyi əsas nəticələr-
dir (bu barədə əvvəlki paraqrafda məlumat vermişik – R.M.).
Müəyyən məqsədlər qoymaqla sahibkar müəssisənin və onun kollektivinin bütün
fəaliyyətinin cəmləşdiriləcəyi əsas istiqamətlərini formalaşdırır.
17
Məqsədlər təşkiledici, motivləşdirici və nəzarətçi funksiyalarını
yerinə yetir-
məklə müəssisənin idarəetmə sisteminin başlanğıc elementidir. Deməli, müəssisədə
məqsəd yoxdursa, onun idarə edilməsi də yoxdur.
Müəssisənin məqsədləri quraşdırmanın əsasını təyin edir, nəticələrə nail olmaq
üçün kollektivi səfərbər edir.
Məqsədləri müəyyənləşdirərkən adətən bir neçə suallar məydana çıxır:
-
hansıları seçmək və hansı ardıcıllıqla onları düzmək;
-
nə qədər onlar aktualdır və onlara nail olmaq imkanları necə qiymətləndirilir.
Satış bazarında müəssiənin rolu, biznesin həcminin artırılması, onun mənfəəti, renta-
belliyi və digər xarakteristikaları ilə əlaqədar məqsədlər tipik sayılır. Məqsədlərin
qoyuluşu müəssisənin fəaliyyət xəttində istifadə olunan əsas funksiyasının yerinə
yetirilməsinə kömək edir. Bundan başqa, bilavasitə
funksional nəticələrin əldə
olunmasına yönəldilmiş yardımçı (köməkçi) məqsədlər də qoyula bilər.
Biznesin konsepsiyalarını şərti olaraq üç növə ayırmaq olar: kritik, pozitiv,
praqmatik.
Burada konsepsiya dedikdə bu və ya digər obyektiv təzahürlərə davamlı, məntiqi
və qarşılıqlı əlaqəli nəzəri baxışların, eləcə də həmin baxışlardan çıxan nəticələr və
kateqoriyalar sistemi başa düşülür, hansıki onun köməyilə
həmin təzahürlər elmi
tədqiqatlarda, çıxışlarda və çap olunmuş əsərlərdə təsvir edilir.
-
Dostları ilə paylaş: