MULTİKULTURALİZMƏ GİRİŞ
242
ümumi sayı əhalinin 90%-dən çoxunu təşkil edir. Belə ölkələrin böyük hissəsi
Avropada, Latın Amerikasında və Yaxın Şərqdə yerləşir. Çoxetnoslu ölkələrin
sərhədləri çərçivəsində isə bir neçə etnos yaşayır. Belə ölkələri 4 qrupa bölmək olar:
1. Bir millətin mütləq say üstünlüyü şəraitində az və ya çox sayda milli
azlıqların yaşadığı ölkələr (Azərbaycan, Böyük Britaniya, Fransa, İspaniya,
İtaliya, Gürcüstan, Monqolustan, Yaponiya, Türkiyə, Əlcəzair, Mərakeş, ABŞ,
Avstraliya, Çin və s.).
2. İki etnosun əsas etnik dominant olduğu ölkələr (Kanada, Belçika).
3. Mürəkkəb, lakin etnik cəhətdən eyni tipli etnik tərkibi olan ölkələr
(İran, Əfqanıstan, Pakistan, Laos və s.).
4. Etnik anlamda mürəkkəb və polietnik milli tərkibi olan ölkələr (Rusiya,
Hindistan, İsveçrə, İndoneziya və s.).
Qeyd edik ki, 7.7 milyarda yaxın əhali, 4-5 min xalq, millət, etnik qrup
olan yer kürəsində cəmi 200-dən bir az çox müstəqil dövlət (onlardan 193-ü
BMT-də təmsil olunur) vardır. Onlardan da biri 60-dan çox xalq və etnik qrupun
qarşılıqlı hörmət və ehtiram şəraitində yaşadığı, BMT-nin tam hüquqlu üzvü -
müstəqil Azərbaycan Respublikasıdır.
Bu gün Azərbaycan kimliyi öz gücünü şanlı tariximizdən, mənəvi
zənginliyimizdən, vətənpərvərlikdən və fərqli etnik birliklər arasındakı qarşılıqlı
hörmət və ehtiramdan alır.
Bu əlaqə daha düşünülmüş və məqsədyönlü olduqca,
dövlət siyasəti səviyyəsinə qaldırılmış multikulturalizm cəmiyyətimizin həyat
tərzinə çevrildikcə, şüurlardakı qeyri-müəyyənliklər tədricən aradan qalxır,
mütərəqqi ideoloji konstruksiyanın formalaşdırılması isə daim daha xoşbəxt
gələcəyə can atan müasir mədəni Azərbaycan anlamı yaradır. Onun da başlıca
əlamətləri dünyəvilik, maarifçilik, humanizm, tolerantlıq, mərhəmət, şəfqət və
mərifətdir ki, onlar da milli mentalitetimizin tarixi laylarından qaynaqlanır.
Dostları ilə paylaş: