Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə111/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   107   108   109   110   111   112   113   114   ...   175
1 Multikulturalizmə giriş 2019

siyasi Azərbaycançılıq
ideyasının nümayən-


MULTİKULTURALİZMƏ GİRİŞ
254
dələrinin fəaliyyətlərinin ilkin mərhələsində öz ideyalarını tam məzmunda 
və açıq şəkildə təbliğ edə bilmədiklərini göstərir. Onun fikrincə, bu, o vaxt 
Azərbaycan xalqının öz kimliyini daha çox dini əsasda müəyyən etməsi ilə 
bağlı idi. Onların etnik türk kimlikləri qəbul edilmirdi. Siyasi Azərbaycançılıq 
ideyasının nümayəndələri panislamizmi Azərbaycan xalqının qarçısında duran 
ən böyük maneə hesab edirdilər. Bu haqda Məmmədəmin Rəsulzadə yazırdı: 

Tarixi təcrübə göstərir ki, panislamizm bir tərəfdən, teokratik və klerikal-
mürtəce hərakatın formalaşmasına səbəb olmaqla, digər tərəfdən isə müsəlman 
dünyasında milli ideologiyanın formalaşmasına mane olmaqla, müsəlman 
xalqlarının müstəqilliyinə əngəl yaradır”.
O zamankı Azərbaycançılıq ideyasının nəzəri əsasını Əlibəy Hüseynzadə 
tərəfindən 1905-ci ildə “Həyat” jurnalında irəli sürülən – “Türkləşmək, 
islamlaşmaq, müasirləşmək” fikri təşkil edirdi. Sonradan bu ideya Azərbaycan 
Demokratik Cümhuriyyətinin rəsmi doktirinasına çevrildi və öz əksini onun 
üçrəngli bayrağında tapdı.
Professor E.Ə.Nəcəfov siyasi Azərbaycançılığın tərəfdarlarının 1918-
ci ilin əvvəllərinə qədər federalizm mövqeyində dayandıqlarını və Rusiya 
ilə Azərbaycan arasında münasibətlərin federalizm pirinsipləri əsasında 
qurulmasına çalışdıqlarını göstərir. Lakin 1918-ci ilin mart hadisələrindən 
sonra onlar federalizm mövqeyindən imtina edərək Azərbaycançılıq ideyasını 
Azərbaycanın siyasi müstəqilliyinə yönəltdilər. 1918-1920-ci ilərdə - cəmi 
23 ay mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycançılıq 
ideyasının inkişafında keyfiyyətcə yeni bir məhələ oldu. 
Azərbaycan Demokratik Cümhuriyyəti türkçülük, islamçılıq və müasirliyi 
əsas istiqamət kimi müəyyən etmişdi. Sonrakı yetmiş il ərzində sovet rejimi 
müstəqillik anlamını hətta düşüncələrdən belə silməyə çalışsa da, XX əsrin 90-
cı illərinin xalq hərəkatı göstərdi ki, xalqın azadlıq ruhu nəinki ölməmiş, əksinə 
daha böyük enerji ilə püskürmək üçün münasib məqam gözləmişdir. Yenidən 
müstəqilliyimizin əldə edilməsi də məhz bu ruhdan qaynaqlanan iradənin ortaya 
qoyulmasının nəticəsi idi. Müstəqilliyimizin əbədi olması, taleyin bizə qismət 
etdiyi coğrafi məkan, strateji mövqe isə ərazimizdə yaşayanların hamısı üçün 
qəbul oluna biləcək mənəvi-siyasi yönümün müəyyənləşdirilməsini zəruri etdi. 
Bu taleyüklü missiyanı yerinə yetirən isə Azərbaycan xalqının görkəmli oğlu, 
Ümummilli lider Heydər Əliyev oldu. O, milli ideologiyanın komponentlərini 


255
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
özündə sintez edən Azərbaycançılıq məfkurəsini irəli sürdü.
Bu xətt, bir 
tərəfdən, Azərbaycanda vahid milli-dövlətçilik hissiyyatının formalaşmasını, 
milli-mənəvi dəyərləri, etnik-milli yetkinləşmə və bütövləşməni özündə əks 
etdirirsə, digər tərəfdən, milli kimliyindən, dini mənsubiyyətindən və dilindən 
asılı olmayaraq ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarının təmin 
olunmasını, onların öz mənəvi-mədəni dəyərlərini qoruyub saxlaması və inkişaf 
etdirməsi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya 
ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin məcmusunu, xaricdə 
yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azəbaycan 
dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına 
münasibətdə üzərinə düşən öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi 
məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. Ümummilli 
liderimiz Heydər Əliyevin dediyi kimi, 
“Suverenliyimizi daim yaşatmaq, dövlət 
müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün 
hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə 
birliyi, sarsılmaz həmrəylik tələb olunur”.
 
Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni 
olmuşdur. Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütovlüyünə və tarixinə 
onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin 
mahiyyətindən irəli gəlır. Azərbaycanın və 
“Azərbaycançılığın” 
əzəməti bu 
müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur 
duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən 
də “Azərbaycançılığ”ın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı 
potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və 
niyyətlə sevinənlər deyil, narahatlıq hissi keçirənlər də həmişə olmuşdur.
12 iyul 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin təmirdən sonrakı 
açılışında Prezident İlham Əliyev bu məsələyə öz münasibətini aşağıdakı kimi 
bildirmişdir: 
«...çox şadam ki, Azərbaycan cəmiyyətində ümummilli ideya 
ətrafında bütün cəmiyyət səfərbər olunub, cəmiyyət Azərbaycançılıq ideyası 
uğrunda, dövlətçilik ideyası uğrunda, müstəqillik ideyası uğrunda və müstəqil 
həyat ideyası uğrunda birləşibdir»

Yalnız ərazimizdə yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara 
ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayırdığı dünyanın 


MULTİKULTURALİZMƏ GİRİŞ
256
müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni 
məkanda bütövləşdirən qüvvə də məhz “Azərbaycançılıq” ideologiyasıdır. 
“Azərbaycançılıq” cəmiyyətimizin sosial-mədəni və siyasi nizamlanmasının, 
insanların mənəvi səfərbərliyi və vəhdətinin başlıca amilidir.
Qloballaşmanın müasir mərhələsində yuxarıda qeyd etdiklərimizin məntiqi 
davamı kimi, Azərbaycançılıq məfkurəsi ölkəmizdə tarixən bərqərar olmuş 
multikulturalizmi nəinki inkar etmir, əksinə onu öz daxili məzmununun, bu 
məzmunun elementlərinin tərkib hissəsi kimi götürür. Bu baxımdan Azərbaycan 
multikulturalizmi Azərbaycançılıq məfkurəsinin təməl daşları olan dövlətçilik, 
milli-mənəvi dəyərlər, müasirlik və milli mentalitetimizə hopmuşdur.


257
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin