Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə114/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   110   111   112   113   114   115   116   117   ...   175
1 Multikulturalizmə giriş 2019

IV BÖLMƏ
 
MULTİKULTURALİZM


MULTİKULTURALİZMƏ GİRİŞ
262
VII FƏSİL
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ 
MÜXTƏLİFLİYİN TƏNZİMLƏNMƏSİNİN 
SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
7.1. Etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə 
münasibətdə mümkün siyasət modelləri: 
assimilyasiya, izolyasiya, aparteid və multikulturalizm
Dərslyin I fəslində qeyd olunduğu kimi, tarixi, coğrafi, siyasi, sosial-
iqtisadi, hərbi və digər faktorların təsiri altında formalaşan etnik, irqi, dini 
və mədəni müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini, ümumiyyətlə 
mədəniyyətlərini xarakterizə etməklə, onların dünyagörüşünün və fəaliyyətlərinin 
əsasını təşkil etməklə həyatlarında müsbət rol oynayır. Lakin bu müxtəlifliklər 
dövlət tərəfindən düzgün tənzimlənməlidir, əks halda cəmiyyətin inkişafının 
müxtəlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır.
Biz həmçinin qeyd etdik ki, multikulturalizm bir siyasət modeli kimi 
cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə 
dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında isə 
cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Bir 
siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana 
gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, 
dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki 
siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya və izolyasiya.
Assimilyasiya siyasəti
milli azlıqların etnik-mədəni dəyərlərini titul 
(əsas) etnosun
mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni 
müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli 
azlıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə 
hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya 
olmalarına imkan vermir.


263
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN 
TƏNZİMLƏNMƏSİNİN SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
İzolyasiya 
siyasəti 2 formada özünü büruzə verir: 
a. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur; 
b. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına 
mane olmaq məqsədilə onları təcrid edir. 
İkinci halda bu siyasət 
aparteid
adlanır.
Aparteid
(afrikaans dilindən tərcümədə “ayrılıq”, “ayrılıqda yaşamaq” 
mənasını verir) Cənubi Afrika Respublikasında 1948-1994-ci illərdə tətbiq 
olunan siyasətdir. Aparteid siyasəti qeyd olunan dövr ərzində hakimiyyətdə olan 
Milli partiya tərəfindən aparılırdı. Bu siyasətin əsasını irqi ayrı-seçkilik təşkil 
edirdi. Aparteid siyasəti ölkə əhalisini 4 irqi qrupa bölürdü: “qaralar”, “ağlar”, 
“rənglilər” və “hindlilər” . 1960-1983-cü illər ərzində 3,5 milyon qeyri-ağ əhali 
yaşadıqları yerlərdən xüsusi zonalara (rezervasiyalara) köçürüldü. 1970-ci ildə 
ölkənin qeyri-ağ əhalisi siyasi təmsilçilikdən məhrum olundu. Onların vətəndaş 
hüquqları xeyli məhdudlaşdırıldı. Hakimiyyətdə olan irqçilər ayrı-seçkiliyi 
həyatın bütün sahələrində tətbiq edirdilər. Qeyri-ağ əhali üçün təhsil, səhiyyə, 
digər xidmət sahələri ayrılıqda fəaliyyət göstərirdi. Məlum olduğu kimi, Cənubi 
Afrika Respublikasında aparteid sistemi bu ölkənin ilk qaradərili prezidenti, 
Nobel Sülh mükafatı laureatı Nelson Mandelanın rəhbərliyi altında 1994-cü ildə 
demokratik qüvvələrin ümumi seçkilərdə qələbəsindən sonra ləğv edildi.
Ağ əhali üçün taksi. Aparteid siyasəti. Cənubi Afrika Respublikası.


MULTİKULTURALİZMƏ GİRİŞ
264
Tarixi hadisələrin sonrakı gedişatı etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi. 
Belə ki, xalqların dünyagörüşünün və fəaliyyətlərinin əsasını təşkil etməklə 
həyatlarında müsbət rol oynayan etnik-mədəni dəyərlərin rolunun artdığı 
bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma, 
mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlış olduğu 
müəyyən olundu. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə 
yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60-
70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli 
ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca 
səbəblərindən biri olmuşdur.
Artıq qeyd olunduğu kimi, multikulturalizm siyasətinin əsasında 
cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. 
Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə 
yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların 
etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri 
qorumaqla yanaşı, izolyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-
mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı 
təsir etmələri üçün lazımi şərait yaradır və milli azlıqların yaşadıqları cəmiyyətə 
inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin