Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə36/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   175
1 Multikulturalizmə giriş 2019

3.1.2. Dini təlimin əsasları
Buddizmin təliminin əsas hədəfi, icra olunan bütün ibadət və normaların 
məqsədi insanı həyatın məşəqqət, əzab və iztirabından xilas edib mütləq mənəvi 
xoşbəxtlik, səadət hissinə - Nirvanaya çatdırmaqdır. Qədim hind fəlsəfəsi və 
dini dünyagörüşünə görə, insan, heyvan və bitkilər bədən və ruha sahibdirlər. 
Bədən ölümlü, ruh isə həmişəyaşardır. Bədən öldükdən sonra ruh görülən pis və 
yaxşı əməllərdən asılı olaraq (karma) digər insan, heyvan, yaxud bitki bədəninə 
keçir (reankarnasiya). Sonsuz təkrarlanan bu zəncirvari doğuş-ölüm prinsipi 
“Sansara” adlanır. Kasta sisteminə görə, brahmanlardan başqa digər insanların 
sansaradan xilas olması mümkün deyil. Hətta brahmanların belə sansaradan 
azad olması olduqca çətin iş sayılır.
Buddanın gətirdiyi yeni təlim isə tamamilə bu fikrə qarşı çıxır, kasta 
sistemini inkar edir və individual insan olaraq hər bir fərdin sansaradan 
xilasının mümkünlüyünü ifadə edirdi. Bu isə nirvanaya çatmaqla, yəni həyatın 
aldadıcı arzu və istəklərindən qurtulub, həqiqətin mahiyyətini dərk edib zehni 
aydınlanmaqla (oyanmaqla) mümkündür. Dolayısı ilə nirvanaya çatmış insanın 
ruhu sansaradan tamamilə azad olmuş sayılır.
Budda qeyd edirdi ki, gətirdiyi təlim ilahi vəhy sayılmır, bu onun 
meditasiya vasitəsi ilə öz ruhu və ətraf aləm barədə apardığı dərin düşüncələrin 
nəticəsində əldə edilmişdir. Təliminə ehkam kimi yanaşılmasına qarşı çıxan 
Budda vurğulayırdı ki, onu hər bir insan yalnız şəxsi təcrübəsindən keçirdikdən 
sonra qəbul etməlidir.
Tədqiqatçıların ümumi fikrinə görə, Buddanın doktrinası aşağıdakı 
təlimləri ehtiva edir:
- Dörd nəcib həqiqət haqqında təlim;
- Səkkiz mərhələli nəcib qurtuluş yolu barədə təlim;
- Qarşılıqlı asılılığın yaranması qanunu barədə təlim;
- Varlığın üç fundamental xüsusiyyəti: a) dəyişkənlik, b) şəxsiyyətsizlik, 
c) qənaətbəxş olmama barədə təlim


MULTİKULTURALİZMƏ GİRİŞ
72
- Dharma haqqında təlim;
- Boşluq haqqında təlim;
- “Mən”in – nəfsin yox edilməsi barədə təlim (anatmavada)
Buddizmin 
sadalanan 
təlimlərinin əsasında 
Dörd 
nəcib həqiqət
haqqında ideya 
dayanır: 1-ci həqiqət dünyada 
hər şeyin əzab, əziyyət, iztirab, 
narahatlıq, narazılıq, qeyri-
məmnunluq, həyəcan, təşviş, 
təlaş, qorxu olduğunu ifadə 
edir. Buna “dukkha” deyilir. 
Yəni doğum, qocalıq, xəstəlik, 
bir sözlə ötəri olan hər şey 
əzab və iztirabdır; 2-ci həqiqət 
dukkhanın səbəbini göstərir. 
Yəni əzab və iztirabın mənbəyi arzu və istəkdir; 3-cü həqiqət dukkhadan azad 
olmağın, onun səbəblərinin aradan qaldırılmasının mümkünlüyünü açıqlayır; 
4-cü həqiqət isə dukkhanın yox edilməsinin yeganə yolunu göstərir və bunun 
nirvanaya çatmaq olduğunu bildirir.
Bu yol isə, öz növbəsində, səkkiz mərhələdən keçir. Səkkiz mərhələli nəcib 
qurtuluş yolunun ümumi mahiyyəti müdrik olmaqdan, əxlaqlı davranmaqdan 
və zəkanın nizam-intizamda saxlanılmasından ibarətdir. Yəni qurtuluşa çatmaq 
istəyən insan həyata müdrikcəsinə yanaşmalı, hər şeyi doğru anlamalı, saf 
niyyətli olmalı və bütün məsələlərə düzgün istiqamətdən baxmalıdır. Əxlaqlı 
olmaq üçün doğru danışmalı, yaxşı işləri görməli və düzgün həyat tərzi 
seçməlidir. Zəkanın nizam-intizamda saxlanılması isə doğru yöndə çalışmaq, 
səy göstərmək, düşüncəni düzgün istiqamətə yönəltmək və bir yerə toplamaqla 
mümkündür.
Qarşılıqlı asılılığın yaranması və dharma (varlığın ümumi qanunu) 
haqqında konsepsiya, eləcə də “mən”in – nəfsin yox edilməsi barədə doktrina 
da Buddizm təlimində əsas yerlərdən birini tutur. Qarşılıqlı asılılığın yaranması 
qanunu Buddizmdə varlığın əsas qanunu hesab edilir. Yəni bu dünyada bütün 
hadisələr səbəbiyyət əlaqəsindən asılıdır və bu qanunauyğunluqdur. Hər hansı 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin