ermənilər Alban kilsəsinin arxivlərini, albanların tarixini
və mədəniyyətini əks etdirən digər zəngin maddi nümunələri məhv edərkən
Alban dövlətinin və avtokefal Alban kilsəsinin mövcud olmadığını, albanların
torpaqlarının isə əzəldən bəri haylara, yəni ermənilərə məxsus olduğunu sübuta
yetirməyə çalışırdılar
.
Qriqorianlaşdırma və erməniləşdirmə siyasətinin həyata keçirilməsi yerli
xristian əhalinin müqavimətinə rast gəlirdi. Alban Həvari Kilsəsinin mənsubları
olan udinlər erməni keşişlərin başçılığı altında ibadət etmək istəməyərək 1867-ci
ildə rus çarına etiraz məktubu yazdılar. Həmin məktubda onlar erməni qriqorian
keşişlərinin ixtiyarına verilən qədim alban xristian məbədlərində toplaşmaqdan
belə imtina etdiklərini bildirirdilər.
Qafqaz Albaniyası və Alban Apostol Kilsəsini xatırladacaq hər şeyi
saxtalaşdırmağa və məhv etməyə çalışan ermənilər məkrli niyyətlərini tam
reallaşdıra bilmədilər. Hazırda Azərbaycanın Qəbələ və Oğuz rayonlarında
yaşayan udinlər bu qədim şərq kilsəsinin dini ənənələrini günümüzədək
qorudular. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə iki
Alban-Udi dini icması dövlət qeydiyyatına alındı: Azərbaycan Respublikasının
Alban-Udi Xristian dini icması və Oğuz şəhəri Alban-Udi Xristian dini icması.
Həmçinin 14 iyul 2013-cü ildə Alban-Udi dini icmasında 80 ildən artıq bir
MULTİKULTURALİZMƏ GİRİŞ
96
müddətdə unudulan vəftiz ənənəsi yenidən dirçəldildi. 3 avqust 2013-cü
ildə dövlətin dəstəyi ilə Alban-Udi kilsəsinin dirçəlişinin 10 illiyi və Qafqaz
Albaniyasında Xristianlığın rəsmi din kimi qəbul edilməsinin 1700 illiyinə həsr
olunmuş bayram mərasimi keçirildi. O da bir reallıqdır ki, ölkəmizdə yaşayan
udilər Azərbaycan dövlətinin diqqət və qayğısı ilə tam əhatə olunublar.
Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin
öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının
ifşası istiqamətində mühüm işlər həyata keçirir. Çünki təkzibolunmaz tarixi
faktlar sübut edir ki, Qafqaz Albaniyasının möhtəşəm maddi-mədəni irsinin
yeganə varisi Azərbaycan xalqıdır.
Pravoslavlıq
Rus Pravoslav Kilsəsi Azərbaycanda mənsublarının sayına görə ən
böyük xristian konfessiyasıdır. Bu kilsənin ölkəmizdə bərqərar olması XIX
əsrin əvvəllərinə təsadüf edir. Belə ki, Şimali Azərbaycan torpaqları Rusiya
imperiyası tərəfindən istila edildikdən sonra rus, belorus, ukraynalı kimi
pravoslav xalqların nümayəndələri ölkəmizdə məskunlaşmağa başladı. Təbii ki,
yenicə tutulmuş torpaqlarda, müsəlmanların üstünlük təşkil etdiyi bölgələrdə rus,
ümumiyyətlə, xristian əhalisinin artması və pravoslavlığın yayılması çarizmin
maraqlarına cavab verirdi. Çünki rus imperiyası regionun xristianlaşdırılması və
ruslaşdırılması yolu ilə öz dayaqlarını möhkəmləndirməyə çalışırdı. Pravoslavlıq
isə imperiyanın əsas ideoloji sütunlarından sayılırdı. Rus kilsəsi də yerlərdə
çarizmin maraqlarının qoruyucusu kimi çıxış edirdi.
XIX əsrdə məskunlaşan rusların sosial mənşəyinə gəlincə, ölkəmizdə
yerləşən erkən pravoslav rus kontingentinin əsas hissəsini hərbçilər,
müstəmləkə üsuli-idarəsinin məmurları, onların ailə üzvləri təşkil edirdi.
Onların dini tələbatlarını ödəmək üçün yaşadıqları ərazilərdə hərbi prixodlar
yaradılırdı. Bakı şəhəri də istisna deyildi. İlk vaxtlar burada yalnız səyyar hərbi
kilsə fəaliyyət göstərirdi.
Bakıda yaşayan rusların məbədə ehtiyac duyduğunu görən Qafqazdakı
rus qoşunlarının baş komandanı general-leytenant Nikolay Fyodoroviç Rtişev
(1754—1835) pravoslav kilsələrinin tikilməsi təşəbbüsü ilə çıxış edir və 1815-ci
ildə şəhər əhalisinin ianələri hesabına Qız qalasının yanında “Müqəddəs Miro-
97
DÜNYA DİNLƏRİ
Likiyalı Möcüzə göstərən Nikolay” rus pravoslav məbədi ucaldılır. Sonradan
camaat arasında bu rus məbədinə “köhnə” və ya “ən birinci kilsə” deyirdilər.
XIX əsrin sonu - XX əsrin əvvəllərində neft bumu yaşayan Bakıya müxtəlif
millətlərdən olan çoxlu mütəxəssis və işçi qüvvəsi gəldi. Onlar arasında xeyli
rus vardı. Məsələn, 1893-cü ildə Bakıda 106 467 nəfər yaşayırdı ki, onlardan da
21 744 nəfəri rus pravoslavları idi. Çar üsuli-idarəsi rus əhalisinin dini tələbatını
daim diqqət mərkəzində saxlayır və Azərbaycanın müxtəlif şəhərlərində
çoxsaylı pravoslav kilsələrin tikilməsinə dəstək verirdi. Təkcə Bakı şəhərində
1893-cü ildə 25 pravoslav təsisatı (6 pravoslav kilsə, 2 çasovnya və 17 digər
təyinatlı kilsə binası) vardı. 1889-1899-cu illərdə isə Bakıda Cənubi Qafqazın
ən böyük rus pravoslav kilsəsi tikildi. Aleksandr Nevskinin şərəfinə ucaldılan bu
ehtişamlı məbədin təməlqoyma mərasimində rus çarı III Aleksandr (hakimiyyət
illəri: 1881-1894) ailəsi ilə birlikdə iştirak etmişdir.
28 aprel 1920-ci ildə Azərbaycanda bolşeviklər zorla hakimiyyəti ələ
keçirdikdən sonra ateizm dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Sovet
hakimiyyətinin yürütdüyü bu siyasətdən bütün dinlərin mənsubları, o cümlədən
rus pravoslavları da əziyyət çəkdi. Məsələn, Bakıda “Aleksandr Nevski” Baş
kilsəsi (1936-cı il), “Müqəddəs Möcüzə göstərən Nikolay” Baş kilsəsi (ötən sərin
30-cu illəri), Qız qalasının yanında tikilmiş “Müqəddəs Varfolomey sövməəsi”
(1936-cı il) və digər rus məbədləri dağıdıldı.
Azərbaycan xalqı yenidən müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə
dini etiqad və vicdan azadlığı təmin olundu. Xüsusən ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə ölkəmizdə etnokonfessional durumun tənzimlənməsi
sahəsində müsbət irəliləyişlər baş verdi. Təkcə onu qeyd etmək kifayətdir ki, sovet
hakimiyyəti illərində ləğv olunmuş Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı
Yeparxiyası (hazırda Bakı və Azərbaycan Yeparxiyası) məhz ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə bərpa olundu. Bu isə ümummilli liderin etnik və dini
azlıqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Həmçinin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 15 noyabr 2013-
cü ildə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav
Dini – Mədəniyyət Mərkəzi açıldı.
Hazırda Bakı və Azərbaycan Yeparxiyasının tabeçiliyində səkkiz ibadət
yeri (5 kilsə, 2 çasovnya, 1 dua evi) fəaliyyət göstərir. Onlardan dördü Bakı
şəhərində, digərləri isə Gəncə, Sumqayıt, Xaçmaz və Lənkəranda yerləşir.
MULTİKULTURALİZMƏ GİRİŞ
98
Azərbaycanda rus pravoslavları ilə yanaşı, Gürcü Pravoslav Kilsəsinin
mənsubları da yaşayırlar. Onlar əsasən Qax rayonunda məskunlaşıblar. Burada
4 gürcü pravoslav məbədi fəaliyyət göstərir: Qaxingiloy kəndində Müqəddəs
Georgi gürcü-pravoslav kilsəsi, Əlibəyli kəndində Müqəddəs Nino kilsəsi,
Kötüklü kəndində Müqəddəs Sameba kilsəsi, Meşəbaş kəndində Müqəddəs
Mixeyil kilsəsi. Bu gürcü pravoslav məbədlərinin hamısı XIX əsrin sonunda
tikilmişdir.
Dostları ilə paylaş: |