Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə53/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   ...   175
1 Multikulturalizmə giriş 2019

3.3.5.Məzhəblər
Etiqadi və hüquqi məzhəblər
Ərəb dilində “məzhəb” sözü “gedilən yol” mənasına gəlir. İslam 
ədəbiyyatında geniş istifadə olunan “məzhəb” termini altında bu dinin qolları 
(istiqamətlər), yaxud təlim və hökmlərinin müxtəlif aspektlərdən izah olunması 
nəticəsində meydana gələn məktəblər nəzərdə tutulur.
Məzhəblər etiqadi və fiqhi (hüquqi) olmaqla iki qrupa bölünür. Etiqadi 
məzhəblər kateqoriyasına İslamın inanc əsasları və əqidə prinsiplərini 
özünəməxsus şəkildə izah edən dini məktəblər daxildir. Bu məktəblərin 
alimləri arasında fikir ayrılığı Allahın sifətləri, insana iradə azadlığının verilib-
verilməməsi, Quranın yaradılıb-yaradılmaması, qəza və qədər kimi müxtəlif 
etiqadi məsələlərlə bağlı yaranmışdı. Məsələn, bəzi etiqadi məktəblərin 
nümayəndələri “Quran”da keçən Allahın üzü, əlləri və buna bənzər ifadələri 
hərfi mənada qəbul etdikləri halda, digər etiqadi məzhəblərin ardıcılları bu 
məfhumları məcazi anlamda başa düşmüşlər.
Etiqadi məzhəblərdən danışarkən, mötəziliyi ayrıca qeyd etmək lazımdır. 
Bu etiqadi məzhəb tarixə qovuşsa da, İslam dünyasında dini-fəlsəfi fikrin 
inkişafında böyük rol oynamışdır. Ərəb dilində bu məzhəb “əl-mütəzilə” 
(“ayrılanlar, “uzaqlaşanlar”) adlanır. Mötəzilə məzhəbinin nümayəndələri 
fəlsəfəçilər və müxtəlif dinlərin nümayəndələri ilə elmi mübahisələr apararaq 
İslamın inanc əsaslarını ağıl və məntiqə uyğun izah etmiş, rasional dəlillər 
əsasında dini müdafiə etməyə çalışmışlar. VIII-X əsrlərdə çiçəklənmə dövrünü 
yaşamış mötəzilə məzhəbi zaman keçdikcə siyasi dəstəkdən məhrum qalmış, 
beləliklə, tarix səhnəsindən silinmişdir.
Fiqhi məzhəblər ortaq və fərqli hüquqi metodların tətbiqi səbəbilə meydana 
gəlmişdir. Bütün fiqhi məzhəblər hər hansı məsələ barədə hökm çıxararkən, ilk 
növbədə, “Quran” və sünnəyə
əsaslanır. Sadəcə hər məzhəbdə “Quran” ayələri 
və hədislər özünəməxsus şəkildə təfsir olunur. Həmçinin müsəlman hüquq 
məktəblərində icma, qiyas
və digər İslam hüququnun əsasları ilə bağlı fərqli 
yanaşmalar mövcuddur. 


115
DÜNYA DİNLƏRİ 
Dini istiqamətlər
I. Sünnilik 
İslam dünyasında mənsublarının sayı baxımından ən böyük dini istiqamət 
sünnilik sayılır. Dünyadakı müsəlmanların təqribən 85-90 faizini sünni 
təmayüllü məzhəblərin mənsubları və ya sünnilər təşkil edir. Sünnilər özlərini 
“Əhli-sünnət vəl-cəmaət” və ya qısa olaraq “Əhli-sünnət” adlandırırlar. “Əhli-
sünnət vəl-cəmaət” dedikdə, Məhəmməd peyğəmbərin sünnəsinə tabe olanlar 
nəzərdə tutulur. Tədqiqatçılar sünniliyi ən qısa şəkildə “dinin əsas mövzularında 
Məhəmməd peyğəmbərin və onun səhabələrinin (yəni silahdaşlarının – Red.) 
tutduğu yolu mənimsəyənlər” kimi xarakterizə edirlər. 
Sünni məzhəbinə görə, İslamın şərtləri, yəni etiqadi əsasları və ya əqidə 
prinsipləri bunlardır: 1. Allaha inam; 2. Mələklərə inam; 3. Allahın göndərdiyi 
kitablara inam; 4. Peyğəmbərlərə inam; 5. Axirətə inam; 6. Qəza və qədərə 
inam (yəni xeyir və şərin Allahdan olduğuna inanmaq – Red.). Həmçinin sünni 
məzhəbinə əsasən, İslam dininin sütunları sayılan əməllər bunlardır: 1. Kəlmeyi-
şəhadət; 2. Namaz; 3. Oruc; 4. Zəkat; 5. Həcc. 
Qeyd edək ki, keçmişdə sünni istiqamətə mənsub çoxaylı fiqhi (hüquqi) 
məzhəblər mövcud olsa da, onlardan yalnız dördü günümüzədək varlığını 
qoruyub saxlamışdır. Sözügedən məzhəblər aşağıdakılardır: 
1. Hənəfilik.
Məzhəbin banisi Əbu Hənifə Numan ibn Sabit (698-767) 
hesab olunur. Hənəfilik Pakistan, Hindistan, Banqladeş, Türkiyə və Orta Asiya 
ölkələrində yayılmışdır;
2. Şafeilik. Bu hüquqi məktəbin banisi Məhəmməd ibn İdris ibn 
Abbas əş-Şafei (767-820) sayılır. Şafeilik məzhəbinin mənsubları İndoneziya, 
Malayziya, Misir, Somali və bir çox Yaxın Şərq ölkələrində yaşayırlar;

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin