2. İsmaililik.
Şiəliyin ikinci böyük qolu ismaililikdir. Bu məzhəbin
MULTİKULTURALİZMƏ GİRİŞ
120
ardıcılları imamiliyin ilk altı imamını qəbul edirlər. Lakin imamilikdən fərqli
olaraq, ismaililikdə Cəfər əs-Sadiqin kiçik oğlu Musa əl-Kazım (745-799) deyil,
onun böyük oğlu İsmayıl (719/721-755) yeddinci imam sayılır. Bu səbəbdən
məzhəbin özü ismaililik adlandırılmışdır. Həmin məzhəbin mənsubları inanırlar
ki, İsmayıl vəfat etməmiş və qeybə çəkilmişdir. Onlar İsmayılı mehdi sayaraq
hesab edirlər ki, o, zamanı çatdıqda bir xilaskar kimi geri dönəcəkdir. Beləliklə,
ismaililik məzhəbində qəbul olunan imamların sayı yeddidir.
Hazırda dünyada ismaililik mənsublarının sayı 15 milyondan yuxarıdır.
Onların əsas hissəsi İran, Orta Asiya, Suriya, Hindistan və digər ölkələrdə
yaşayır.
3. Zeydilik.
Zeydilik məzhəbinin adı dördüncü imam Əli ibn Hüseynin
(659–713) oğlu Zeyd ibn Əlinin (695-740) adından götürülmüşdür. Çünki
zeydilər dördüncü imam Əli ibn Hüseyndən sonra onun oğlu Zeyd ibn Əlini öz
imamları kimi qəbul edirlər. Halbuki imamilik və ismaililikdə Əli ibn Hüseynin
digər oğlu Məhəmməd ibn Əli beşinci imam hesab olunur.
Hazırda zeydilər ən çox Yəməndə yaşayırlar. Yəmən əhalisinin təqribən
40-42 faizi bu məzhəbə mənsubdur. Səudiyyə Ərəbistanında da az sayda zeydilər
yaşayır. Dünyadakı zeydilərin ümumi sayı on milyondan yuxarıdır.
Şiəlik daxilində meydana gəlmiş əsas məzhəblərdən bəhs etdikdən sonra
şiələr tərəfindən mötəbər sayılan hədis qaynaqlarına nəzər yetirək. Belə ki,
şiəlikdə dörd hədis toplusu ən etibarlı hədis qaynağı hesab olunur. Sözügedən
dörd hədis toplusu aşağıdakıdır:
1.
“əl-Kafi” (“Kifayət edən”) - müəllifi Məhəmməd ibn Yaqub əl-
Küleynidir (864-941);
2.
“Kitabü mən la yəhzuruhul-fəqih” (“Yanında fəqih olmayanın
kitabı”) - müəllifi “Şeyx Səduq” və “ibn Babaveyh əl-Qummi” kimi məşhur
olan Məhəmməd ibn Əli əl-Qummidir (918 – 991);
3.
“əl-İstibsar” (“Dərin öyrənmə”) - müəllifi Məhəmməd ibn Həsən ət-
Tusidir (995-1067);
4.
“Təhzibul-əhkam” (“Hökmlərin düzgün müəyyənləşdirilməsi”) -
müəllifi Məhəmməd ibn Həsən ət-Tusidir (995-1067).
121
DÜNYA DİNLƏRİ
III. İbazilik
İbazilik məzhəbi xaricilik zəminində meydana gəlmişdir. Xaricilik İslam
tarixində ortaya çıxmış ilk dini-siyasi hərəkat sayılır. Hərəkat VII əsrdə Ərəb
xilafətində hakimiyyət uğrunda gedən siyasi mübarizə səbəbilə yaranmışdır.
Belə ki, 657-ci ildə dördüncü xəlifə Əli ibn Əbu Talib ilə xilafətin Suriya valisi
Müaviyə ibn Əbu Süfyan arasında baş verən Siffin döyüşündən sonra sülh
müqaviləsi bağlanmışdır. Bu isə Əli ibn Əbu Talibin ordusunda parçalanmaya
səbəb olmuşdur. Çünki onun ordusunda sülh müqaviləsinin şərtlərindən
narazı qalan bir dəstə ortaya çıxmışdır. Sayı 12 minə çatan bu döyüşçü dəstə
xəlifənin ordusundan ayrılaraq “hökm yalnız Allahındır”, “Allahdan başqa
heç kəsin hökm vermə haqqı yoxdur” kimi şüarlar səsləndirmiş, həm Əli ibn
Əbu Talibə, həm də Suriya valisi Müaviyəyə qarşı gələrək, özlərindən olmayan
hər kəsə kafir damğası vurmuşlar. Bu dəstənin üzvləri “xəvaric” (ərəb dilində
“kənara çıxanlar”, “ayrılanlar” “tərk edənlər” mənasına gəlir) və ya “xaricilər”
adlandırılmışdır. Beləliklə, ifrat dini dünyagörüşü ilə seçilən xaricilik meydana
gəlmişdir.
Xaricilər böyük günah (Allaha şərik qoşmaq, adam öldürmək, israf
etmək, oğurluq etmək, içki içmək, qumar oynamaq və s.) törədən bütün
müsəlmanları kafir elan edir, onların qətlini məqbul sayır və cəhənnəmdə əbədi
cəza çəkəcəklərini deyir, habelə istənilən müsəlmanın xəlifə seçilə biləcəyini
bildirirdilər. Fanatizm, dözümsüzlük və zorakılığa əl atma, habelə İslamın
hökmlərini hərfi mənada başa düşmə bu məzhəbin xüsusiyyətlərindəndir.
İbazilik istisna olmaqla xariciliyin digər istiqamətləri orta əsrlərdə tarix
səhnəsindən silinmişdir. İbazilik xariciliyin ən mödədil məzhəbi sayılır. Məzhəbin
adı Əməvilərin beşinci xəlifəsi Abdullah ibin Mərvanın hakimiyyəti dövründə
xaricilik hərəkatı daxilində yeni firqənin əsasını qoymuş hüquqçu Abdullah ibn
İbazın (708-ci ildə vəfat etmişdir – Red.) adı ilə bağlıdır. Lakin, tədqiqatçıların
fikrincə ibazilik məzhəbinin əsas qurucusu müsəlman ilahiyyatçısı Cabir ibn
Zeyd (641/642-712) hesab olunur.
Xariciliyin digər qollarından fərqli olaraq, ibaziliyin tərəfdarları hesab
edirlər ki, onların etiqadları ilə razılaşmayan müsəlmanların qanını tökmək
haramdır. Eyni zamanda, ibazilik ayrıca bir hüquqi məzhəb kimi xarakterizə
olunur. Hazırda ibazilərin əsas hissəsi Oman dövlətində (Ərəbistan yarımadasının
MULTİKULTURALİZMƏ GİRİŞ
122
cənub-şərqində yerləşir. – Red.) yaşayır. Belə ki, buranın əhalisinin 85.9
faizini müsəlmanlar təşkil edir ki, onlardan da 45 faizi ibazilik məzhəbinin
mənsublarıdır. Eyni zamanda, ibaziliyin mənsublarına az sayda Əlcəzair, Tunis,
Liviya və Şərqi Afrika ölkələrində rast gəlinir.
Dostları ilə paylaş: |