1.Layihə-smeta sənədləri. Layihə və smetadan ibarətdir. Texniki layihə –
tikintinin texniki imkanları və istifadə cəhətdən məqsədəuyğunluğu əsaslandırılır.
Smetada layihələndirilən
obyektin dəyəri;
2. Yerinə yetirilən tikinti-quraşdırma işlərinin və bütün tikinti dövrü üçün
müqavilə;
3. Cari tikinti dövrü üçün bağlanmış müqavilə;
4. Tikintinin podrat üsulunda tipik podrat müqaviləsi tətbiq edilir. Onda
podratçının sifarişçi ilə qarşılıqlı münasibətləri ifadə edilir;
5. Bütün tikinti dövrü üçün hər bir tikinti üzrə ayrılıqda əsaslı
tikintinin titul
siyahısı tərtib edilir. Titul siyahısı kapital qoyuluşunun müəyyən edilən limiti daxilində
tərtib edilir;
6. Tərtib və təsdiq edilən smeta-layihə sənədlərinə əsasən hər ilin tikintisinə
tikintidaxili titul siyahısı tərtib edilir;
7. Əsas və mühüm sənəd smedatır. Smeta hər
obyekt üzrə işlərin yerinə
yetirilməsi üçün zəruri olan pul vəsaitinin məbləğini müəyyən edir.
TIKINTI TƏŞKILATLARININ MƏNFƏƏTI
Tikintidə maliyyə nəticəsi yerinə yetirilən tikinti-quraşdırma
işlərinin təhvil
verilməsindən, əsas vəsaitlərin satışından və satışdankənar gəlirlərdən xərcləri çıxmaqla
müəyyən edilir.
Əsas vəsaitlərin satışından mənfəət (qeyri-maddi aktivlər) satış qiyməti ilə balans
dəyəri arasındakı fərq kimi müəyyən edilir.
Köməkçi və yardımçı istehsalın məhsullarının satışından mənfəət satış qiymətilə
bu məhsulların dəyərindən xərcləri çıxmaqla müəyyən edilir.
Tikintidə mənfəət iqtisadiyyatın digər sahələrində olan müəssisələrdəki kimi
bölüşdürülür.
NƏQLIYYATIN
MALIYYƏSI
KitabYurdu.az
194
Nəqliyyat – milli iqtisadiyyatın mühüm sahəsidir. O, iqtisadiyyatın sahələri üzrə
müəssisələrdə məhsul istehsalının bütün mərhələlərinin tərkib hissəsidir. Nəqliyyat
özündə çoxsahəli sferaları birləşdirir: dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, boru
nəqliyyatı, çay, dəniz və hava nəqliyyatı.
Daşımaların həcminə görə dəmiryol nəqliyyatı əsas yeri tutur (bütün göndərilən
yüklərin 36%-i). Ikinci yeri boru nəqliyyatı tutur (bütün göndərilən yüklərin 34%-i).
Üçüncü yeri avtomobil nəqliyyatı tutur (bütün göndərilən yüklərin 25%-i). Nəqliyyatın
bütün qalan növləri aşağı xüsusi çəkiyə malikdir – (çay nəqliyyatı – 4%,
dəniz
nəqliyyatı – 1,5, hava nəqliyyatı – 0,02%).
Xalq təsərrüfatının sahəsi kimi nəqliyyat fərqli xüsusiyyətləri ilə xarakterizə
olunur:
1. Nəqliyyat daşımalarına görə qiymətlər yüklərin və sərnişinlərin daşınmasının
tariflərinə əsasən formalaşır;
2. Nəqliyyatın köməyilə əmtəələrin yerdəyişməsi həyata keçirilir, məhsul istehsalı
həyata keçirilmir;
3. Nəqliyyat müəssisələrində ölçü vahidi kimi aşağıdakılardan istifadə edilir:
– ton;
– ton –kilometr;
– sərnişin-kilometr;
– sərnişinlərin sayı.
4. Dövriyyə vəsaitlərinin tərkibində xammal, deməli hazır məhsul da yoxdur;
5. Nəqliyyat üçün xarakterik cəhət il ərzində
ondan istifadənin qeyri-
bərabərliyidir (mövsümlük);
6. Nəqliyyat vasitələrinin istehsal prosesi yüklərin və sərnişinlərin daşınmasından
ibarətdir;
7. Xalq təsərrüfatının başqa sahələrindən fərqli olaraq yolların tikintisi və
vəsaitlər axtarışların və layihələşdirmənin uzunmüddətli olması, həmçinin yeni sənaye-
tikinti güclərinin yaradılması ilə əlaqədardır.
Dostları ilə paylaş: