Nəqliyyat – milli iqtisadiyyatın mühüm sahəsidir. O, iqtisadiyyatın sahələri üzrə
müəssisələrdə məhsul istehsalının bütün mərhələlərinin tərkib hissəsidir. Nəqliyyat
özündə çoxsahəli sferaları birləşdirir: dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, boru
nəqliyyatı, çay, dəniz və hava nəqliyyatı.
Daşımaların həcminə görə dəmiryol nəqliyyatı əsas yeri tutur (bütün göndərilən
yüklərin 36%-i). Ikinci yeri boru nəqliyyatı tutur (bütün göndərilən yüklərin 34%-i).
Üçüncü yeri avtomobil nəqliyyatı tutur (bütün göndərilən yüklərin 25%-i). Nəqliyyatın
bütün qalan növləri aşağı xüsusi çəkiyə malikdir – (çay nəqliyyatı – 4%, dəniz
nəqliyyatı – 1,5, hava nəqliyyatı – 0,02%).
Xalq təsərrüfatının sahəsi kimi nəqliyyat fərqli xüsusiyyətləri ilə xarakterizə
olunur:
1. Nəqliyyat daşımalarına görə qiymətlər yüklərin və sərnişinlərin daşınmasının
tariflərinə əsasən formalaşır;
2. Nəqliyyatın köməyilə əmtəələrin yerdəyişməsi həyata keçirilir, məhsul istehsalı
həyata keçirilmir;
3. Nəqliyyat müəssisələrində ölçü vahidi kimi aşağıdakılardan istifadə edilir:
– ton;
– ton –kilometr;
– sərnişin-kilometr;
– sərnişinlərin sayı.
4. Dövriyyə vəsaitlərinin tərkibində xammal, deməli hazır məhsul da yoxdur;
5. Nəqliyyat üçün xarakterik cəhət il ərzində ondan istifadənin qeyri-
bərabərliyidir (mövsümlük);
6. Nəqliyyat vasitələrinin istehsal prosesi yüklərin və sərnişinlərin daşınmasından
ibarətdir;
7. Xalq təsərrüfatının başqa sahələrindən fərqli olaraq yolların tikintisi və
vəsaitlər axtarışların və layihələşdirmənin uzunmüddətli olması, həmçinin yeni sənaye-
tikinti güclərinin yaradılması ilə əlaqədardır.
Dostları ilə paylaş: