Bankın vəzifələri:
kreditləşdirmə obyektləri üzrə
müəyyən edilən kreditləri
vaxtında vermək, əmtəə-material qiymətlilər və istehsal xərcləri üzrə hesablaşmaları
ayrılmış kreditlər hesabına aparmaq, kreditdən istifadəyə görə faizləri hesablamaq və
almaq, kredit borcunu hesablaşma hesabından ödəmək.
Borc (kredit) alanın vəzifəsi:
kredit alınması
üçün zəruri sənədləri banka
təqdim etmək, kreditdən istifadəyə görə faizlər və kredit borclarını ödəmək, sərbəst
vəsait olduqda kredit borclarını vaxtından
əvvəl ödəmək, dövriyyə vəsaitlərinin
dövriyyəsinin sürətləndirilməsini təmin etmək.
KitabYurdu.az
207
Borc alanın hüququ:
kredit müqaviləsində nəzərdə tutulan məbləğdə və vaxtda
bankdan kredit tələb etmək.
Bankın hüququ:
sərbəst
fondlar və ehtiyatlar, yayındırılmış dövlət vəsaiti
məbləği qədər krediti azaltmaq. Müqavilə şərtləri yerinə
yetirilmədikdə krediti
vaxtından əvvəl qaytarmaq.
Müəssisənin kredit qabiliyyəti dedikdə kreditdən istifadə imkanları və
məqsədəuyğunluğu, kreditin vaxtında qaytarılması ehtimalının müəyyən edilməsi başa
düşülür.
Xidmət müəssisələri maddi-texniki bazasının möhkəmləndirilməsi kapital
qoyuluşu vasitəsilə həyata keçirilir. Kapital qoyuluşu əsas fondların
yenisinin
yaradılması, mövcud olanların yenidən qurulması, texniki cəhətdən silahlandırılması ilə
əlaqədar xərclərdir.
Hər ildə kapital qoyuluşuna tələbat planlaşdırılır. Kapital qoyuluşu aşağıdakı
mənbələrdən maliyyələşdirilir: xüsusi vəsait, bank krediti, büdcə vəsaiti. Xüsusi vəsaitə
daxildir: amortizasiya ayırmaları, xüsusi təyinatlı fondların vəsaiti, əsas fondların
icarəyə verilməsindən əldə edilən vəsait, çıxdaş edilmiş əsas fondların satışından daxil
olan vəsaitlər və s. Kapital qoyuluşunun kreditləşdirilməsi ümumi prinsiplərə əsaslanır.
MALIYYƏ PLANLAŞDIRILMASI
Müasir şəraitdə müəssisələr istehsal və maliyyə planlarını müstəqil tərtib edirlər.
Maliyyə planı biznes planın tərtib edilməsinin yekun mərhələsidir. Maliyyə planında
maliyyə vəsaitlərinə tələbat və onun ödənilməsi mənbələri müəyyən edilir.
Maliyyə
planlaşdırılmasının nəticəsi olaraq «maliyyə planı» cədvəli tərtib edilir.
Maliyyə planlaşdırılması prosesində pul gəlirlərinin və mənfəətin artırılması,
maya dəyərinin aşağı salınması və bunun əsasında pul yığımlarının artırılması
ehtiyatları aşkara çıxarılır.
Maliyyə planlaşdırılmasını bir neçə mərhələyə bölmək olar. Birinci mərhələdə
hesabat ilində maliyyə planı göstəricilərinin yerinə yetirilməsi təhlil edilir.
Ikinci
KitabYurdu.az
208