Fəaliyyətin xarakterindən asılı olmayaraq bütün
xidmət müəssisələrinin
fəaliyyətinin nəticəsi mənfəətlə başa gəlməlidir. Mənfəət iqtisadi səmərəliliyi
xarakterizə etməklə bərabər maliyyə öhdəliklərinin yerinə
yetirilməsi və təkrar
istehsalın həyata keçirilməsinin əsas maliyyə mənbəyidir. Ona görə də mənfəətin
artırılması üçün bütün ehtiyatlardan səmərəli istifadə edilməlidir.
Mənfəət bölüşdürüləndə mənfəətdən vergi ödənilir. Xalis mənfəət bölüşdürüləndə
istehlak və yığım fondları yaradılır. Mənfəətdən fondlara ayrılan vəsait tələbata əsasən
müəssisə tərəfindən sərbəst müəyyən edilir.
DÖVRIYYƏ
VƏSAITLƏRININ TƏŞKILI
Maliyyə işinin təşkilinin əsas istiqamətlərindən biri dövriyyə vəsaitlərinə tələbatın
maliyyələşdirilməsidir. Başqa müəssisələrdə olduğu kimi,
xidmət müəssisələrin də
fəaliyyətinin həyata keçirilməsi üçün zəruri həcmdə dövriyyə vəsaiti olmalıdır.
Xidmətedici müəssisələrdə dövriyyə vəsaitlərinin dövriyyəsi xidmətin sahələri üzrə
fərdi xüsusiyyətlərə malikdir.
Dövriyyə vəsaitləri ümumi prinsiplər əsasında təşkil edilir. Ilk növbədə
dövriyyə
vəsaitlərinə tələbat hesablanmalıdır. Tələbat xidmətin və
işin həcminə və normalara
əsasən hesablanır. Tələbat hesablandıqdan sonra onun ödənilməsinin mənbələri
müəyyən edilir: xüsusi vəsait, möhkəm passivlərin artımı, cəlb edilən vəsaitlər, bankın
qısamüddətli kreditləri.
Dövriyyə vəsaitləri təşkilinə görə normalaşdırılan və normalaşdırılmayan
vəsaitlərə bölünür. Normalaşdırma zamanı daimi minimum ehtiyat müəyyən edilir.
Normalaşdırma iqtisadi cəhətdən məqsədəuyğunluq nəzərə alınmaqla dövriyyə
vəsaitlərinin formalaşdırılması və istifadə edilməsinə nəzarət etməyə imkan verir.
Normalaşdırmada məqsəd vəsaitlərdən səmərəli istifadə etməkdir. Normalaşdırılan
dövriyyə vəsaitlərinə daxildir: istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün
əmtəə-material qiymətlilərin zəruri minimum ehtiyatının yaradılması
üçün pul
vəsaitləri, maşın və mühərriklərin dəyişmə fondu,
ehtiyat hissələri, quraşdırma üçün
Dostları ilə paylaş: