Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi



Yüklə 315 Kb.
səhifə1/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
  1   2   3   4   5   6   7   8   9   ...   19
UNEC 1654327859


Mövzu 6. Müəssisənin dövriyyə kapitalının idarə edilməsi

Plan:
1. Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi
2. Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri
3. Firmada maddi resursların normalaşdırılması
4. İstehsal ehtiyatlarının təsnifatı və təyinatı
5. Firmada bitməmiş istehsal və gələcək dövrün xərclərinin normalaşdırılması
6. Firmada tədavül fondlarının idarə olunması
Ədəbiyyat:

  1. T. Hüseynov. Firmanın iqtisadiyyatı. Dərslik, Bakı, 2010

  2. T. Hüseynov. Müəssisənin iqtisadiyyatı. Dərslik. Bakı, 2005

  3. N.A.Vasilyeva, T.A.Mateuş, M.Q.Mironov «Müəssisənin iqtisadiyyatı» (tərcümə: dos.Ə.V.Hacıyev)

  4. Z. Abdullayev, Z.Bağırova. Müəssisənin iqtisadiyyatı. Dərslik. Bakı, 2003

  5. В.Д.Грибов, В.П.Грузинов. Экономика предприятия: Учебник. – М. ИНФРА-М, 2013

  6. Экономика, организация и управление на предприятии. Учебное пособие / А.В.Тычинский и др. Под ред. М.А.Борисовской. – Ростов н/Д: Феникс

Sual 1.
Dövriyyə fondlarının iqtisadi mahiyyəti və onların tərkibi
Əgər istehsal vasitələri əmək vasitələri və əmək cisimlərindən ibarət olursa, istehsal fondları – istehsal vasitələrinin dəyər daşıyıcıları – isə əsas və dövriyyə fondlarına bölünürlər.
İstehsalın maddi ünsürlərindən biri olan əmək predmetləri (xam­­mal, əsas və köməkçi ma­te­rial­lar, yanacaq və elektrik enerjisi, kə­nar­dan alın­­mış yarım­fab­ri­katlar) əmək vasitə­ləri ilə birlikdə məh­su­lun isteh­salı prosesində bilavasitə işti­rak edirlər. İstehsalın hər bir tsik­­­linin ye­­nidən başlanması əvvəlki istehsal tsik­lində istehlak edil­­miş xam­mal və materialları əv­vəl­ki natural-əşya formasında yenidən ya­rat­ma­ğı tələb edir.
Əmək predmetləri istehsal vasitə­lə­ri­nin tərkib hissə­sindən biri olmaqla dəyər formasında dövriyyə fondları adlanır. Döv­riy­yə is­­tehsal fondları elə istehsal vasitələrindən ibarətdir ki, on­­lar əmək prosesinə daxil olmaqla hər bir istehsal tskilində ta­ma­mi­lə isteh­lak olunur, həmin tsikldə öz də­yərini bütünlüklə ya­­ra­dılan məh­su­lun üzərinə keçirir və özlərinin natural for­ma­larını dəyi­şir­lər.
Dövriyyə istehsal fondları, əsas fondlardan fərqli olaraq, istehsal olunan məhsul üzərinə öz dəyər­lərini bir dəfəyə və ta­ma­milə – ya­na­caq, enerji və kö­mək­çi materialların bir qismi istisna olmaqla – öz­lə­ri­nin maddi-əşya formalarına xas olan fiziki-kimyəvi xüsu­siy­yətlərini də ke­çirirlər. Məsələn, xromlu-nikelli poladdan istehsal olun­muş hər hansı bir his­səsinin dəyəri dövriyyə fondu kimi poladın də­yə­rin­dən iba­rət olmaqla bərabər, həm də, tam olmasa da, həmin marka po­la­dın təbii-texniki və ya fiziki-kimyəvi əlamətləri də həmin hissə­nin sub­stan­siyasına daxil olur.
İstehsal firması və ya sənaye müəssisənin dövriyyə fondları özlə­ri­­­nin təyinatına, yaradılma zəruri­li­yini müəy­yən edən şərait və amil­lərin müxtəlifliyinə görə üç hissəyə bölünür və bunlar aşa­ğı­dakı­lar­dır.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin