MALIYYƏ SIYASƏTININ MAHIYYƏTI
VƏ PRINSIPLƏRI
Dövlət öz funksiyalarını həyata keçirmək və müəyyən sosial-iqtisadi məsələləri
həll etmək üçün maliyyədən istifadə edir. Qarşıya qoyulmuş məqsədlərin
reallaşdırılmasında maliyyə siyasəti əhəmiyyətli rol oynayır.
Dövlətin iqtisadi
siyasətinin tərkib hissəsi olan maliyyə siyasəti vasitəsilə cəmiyyətin iqtisadi və sosial
inkişafına maliyyənin təsiri həyata keçirilir.
Maliyyə siyasəti – dövlətin öz funksiyalarını həyata
keçirmək üçün maliyyə
resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun
bölüşdürülməsi və səmərəli
istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir.
Maliyyə siyasəti – dövlətin maliyyə resurslarının toplanması, bölüşdürülməsi və
istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusundan ibarətdir. Maliyyə
siyasəti ictimai həyatın
bütün tərəflərini, yəni həm iqtisadi,
həm sosial, həm də
beynəlxalq münasibətləri əhatə edir.
Dövlət həyata keçirilən maliyyə siyasətinin subyektidir. O,
perspektiv üçün
maliyyənin inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövr üçün fəaliyyət
taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.
Cəmiyyətdə qarşıya qoyulan məqsədlərin xarakterindən və həll olunması
metodlarından asılı olaraq maliyyə siyasəti iki yerə ayrılır:
1.
Maliyyə strategiyası;
2.
Maliyyə taktikası.
Maliyyə strategiyası – uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq
irimiqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir.
Maliyyə taktikası – maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan
maliyyə məsələlərinin həlli metodlarıdır. Maliyyə strategiyası nisbi sabit olduğu halda
maliyyə taktikası çevik olmalıdır. Maliyyə siyasətinin strategiya və taktikası qarşılıqlı
Dostları ilə paylaş: