İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
38 Dağ kəsəmən qızıl-polimetal yatağı Dağ Kəsəmən qızıl–polimetal yatağı Ağstafaçay və Həsənsu
çayları arasında Üçgöl dağ silsiləsinin qərb yamacında, Üçgöl
dağının zirvəsindən (814,1 m. ) 1,5-2,0 km. qərb, şimal-qərbə
Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin kənarına kimi uzanan
quru çay d
ərəsinin yuxarı hissəsində yerləşmişdir. Yatağın geoloji
quruluşunda Üst Konyak-Üst Santon yaşlı andezit, andezit-bazalt
t
ərkibli vulkanogen süxurlar iştirak edir. Bu süxurlar Üst Santon
yaşlı andezit-dasit və albitofir tərkibli subvulkanlarda və vulkan
m
ərkəzləri ilə yarılmışdır. Yatağın şərq hissəsində Üst Konyak-
Üst Santon çöküntül
əri qeyri-uyğun olaraq Üst Santonun albitofir
t
ərkibli litoklastik tufları ilə örtülürlər. Bu tufların əsasında bazalt
qata b
ənzər qat qeyd olunur. Bu qat içərisində Alt Santon yaşlı
karbonatlı qravelitlərdən ibarət süxur parçaları müşahidə edilir.
Dağ Kəsəmən yatağının əmələ gəlməsi çox ehtimal ki, Santon
vulkanizminin hidrotermal f
əaliyyəti ilə əlaqədardır.
Bundan
əlavə Yatağın ərazisi əsasən dördüncü dövr çöküntüləri
il
ə örtülmüşdür. Yataqda aparılmış dağ və buruq qazma işləri
n
əticəsində məlum olmuşdur ki, yataq ərazisi andezit-bazalt-
liparit t
ərkibli vulkanogen süxurlardan təşkil olunub. Bu süxurlar
andezit-bazalt t
ərkibli lavalardan və onların piroklastlarından
ibar
ət olub, yataq ərzisinin əsas hissəsini təşkil edirlər. Az
miqdarda is
ə üst konyak-alt santon vulkanizminin son
m
ərhələsinin məhsulu olan diorit-porfirit subvulkanik
formasiyasının süxurları iştirak edirlər.
Yatağın strukturunda əsas rolu regional miqyaslı dərinlik
qırılması və tektonik pozulmalar oynayır. Filiz sahəsinin mərkəzi
il
ə dərinlik qırılmasının subparalel istiqamətdə Dağ kəsəmən
antiklinalının oxu keçir. Filiz əmələ gəlmənin inkişafında ən
böyük
əhəmiyyəti olan qırılmalar qərb və şərq təmasında əmələ
g
əlmişdir. Həmin qırılmalar boyunca albitofirlərin və andezit-
bazaltların subvulkanları yayılmışdır. Andezit-bazalt və onların