916) Qon ocağının formalaşması hansı patoloji proses əsasında baş verir?
A) Yüksək həssaslıq reaksiyası
B) Natamam reparativ regenerasiya
C) Distrofik kalsinoz
D) Metaplaziya
E) Metastatik kalsinoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
917) Aşağıdakı hansı patologiya ilkin vərəm kompleksinə aiddir?
A) Fibroz-ocaqlı vərəm
B) Kazeoz pnevmoniya
C) Vərəm limfangiti
D) Abrikosov ocağı
E) Qon ocağı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
918) İlkin vərəmin proqressivləşməsi hansı yolla baş verə bilər?
A) Metastaz yolu ilə
B) Appozision yolla
C) İnvaziv yolla
D) Limfogen yolla
E) Tiksotropiya yolu ilə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
919) Aşağıdakı hansı proses ikincili vərəmin formalarından biridir?
A) İldırımvari vərəm sepsisi
B) Landuzi vərəmi
C) Tuberkuloma
D) İlkin vərəm affekti
E) Xroniki vərəm
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |