587) Tubulointerstitsial nefrit nəyin nəticəsində inkişaf edir?
A) Virus infeksiyası
B) Sadalananların hamısı
C) Hemo- və urodinamikanın pozulması
D) Mikoz infeksiyası
E) Mübadilə pozğuluğu
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
588) Xlorbutin təyin olunan zaman qanın ümimi müayinəsi neçə müddətdən bir aparılmalıdır?
A) Hər gün
B) Hər 3 gündə bir dəfə
C) Hər 7-10 gündə bir dəfə
D) Hər 20 gündə bir dəfə
E) Ayda 1 dəfə
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
589) Aşağıdakılardan hansı anabolik təsirə malikdir?
A) Leykeran
B) Brufen
C) Ammonium xlorid
D) Kalium oratat
E) Prednizolon
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
590) Hansı preparatın təyini zamanı osteoparoz əmələ gəlmə ehtimalı artır?
A) Veroşpiron
B) Trental
C) Makrolidlər
D) Laziks
E) Triamsinolon
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
591) Tubulointerstitsial nefrit diaqnozunu təsdiqləmək üçün aşağıdakılardan hansı müayinə az informativdir?
A) Böyrək toxumasının morfologiyası
B) Qanın kliniki müayinəsi
C) Böyrəklərin tubulyar funksiyası
D) Purin mübadiləsi
E) Fermenturiya
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
Dostları ilə paylaş: |