290
Ömür
1354.Ömür.
Quran:
«Allah sizi torpaqdan sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ahılın ömrünün uzadılması da, kimsənin ömrünün qısaldılması da, ancaq kitabda yazılmışdır. Həqiqətən, bu Allah üçün çox asandır.»1
Hədis:
4589. İmam Əli (ə): «Sənin ömrün çəkdiyin nəfəslərin sayıdır və bu nəfəsləri bir gözətçi sayır.»2
4590. Allahın Peyğəmbəri (s): «Sizlərdən heç biri ömrünüzün bir gününü arxada qoymadan, ömrünüzün növbəti gününün pişvazına çıxmır.»3
1355.Ömrü qənimət saymaq.
4591. Allahın Peyğəmbəri (s): «Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol.»4
4592. Allahın Peyğəmbəri (s): «Həyatın müddəti məhduddur və heç kəs, onun üçün müəyyən edilmiş ömürdən çoxuna çata bilməz. Buna görə də ömür başa çatmamış tələsin.»5
4593. İmam Əli (ə): «Günün keçəni səndən gedəndir, gələcəyi şübhəlidir və indiki zaman isə fürsətdir.»6
4594. İmam Əli (ə): «Nə tez ötür günün saatları, nə tez keçir ayın günləri, nə qədər tez sovuşur ilin ayları və nə qədər tez ötür ömrün illəri!.»1
4595. İmam Əli (ə): «Ey camaat! Elə indi, indicə vaxtı qənimət bilin, peşman olmamış və hər bir kəs «əfsus ki, Allahın işində səhlənkarldıq etdim» deməmiş vaxtı qənimət bilin»2
4596. İmam Əli (ə): «Allahın rəhməti olsun nəfəslərinin ölümə doğru atdığı addımlar olduğunu bilən və sonra əmələ tələsərək arzularını qısaldana.»3
4597. İmam Əli (ə): «Məbada, öz ömrünüzü sizə qalmayacaq bir şey üçün hədərə verəsiniz. Çünki keçən ömür geri dönməz.»4
4598. İmam Əli (ə): «Ömrün sənin xoşbəxtliyinin mehriyyəsidir. Bu şərtlə ki, onu Allaha ibadət yolunda keçirəsən.»5
1356. Ömrü onlara hüccət olanlar.
Quran:
«Onlar alovların içində fəryad çəkərlər: «Ey Allahımız! Bizi buradan çıxart ki, gördüyümüz işləri deyil saleh əməllər edək.» Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadımmı?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdir. Dadın! Zalımların imdadına çatan olmaz.»6
Hədis:
4599. Allahın Peyğəmbəri (s): «Qiyamət günü olanda nida gələr: «Altmış yaşında olanlar hardadır?!» Bu Allah-taalanın buyurduğu həmin ömürdür: Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı?!»7
4600. İmam Əli (ə): «Allahın insanın üzrlərini qəbul etdiyi ömür müddəti altmış ildir.» 1
4601. İmam Əli (ə): «Əfsuslar olsun, ömrü onünçun hüccət olan və həyatı onu bədbəxtliyə sövq edən qafilə!.»2
4602. İmam Baqir (ə): «Qırx yaşı keçdikdə, bəndəyə deyirlər: «Ayıq ol, çünki bundan belə sənin heç bir üzrün qəbul edilməz. Artıq altmış yaşlı insana iyirmi yaşındakı insan kimi üzr gətirmək yaraşmaz.»3
1357. Ömrü uzadan amillər.
4603. Allahın Peyğəmbəri (s): «Həmişə dəstəmazlı ol ki, Allah ömrünü uzatsın.»4
4604. Allahın Peyğəmbəri (s): «Kim ruzisinin çox və ömrünün uzun olmasını istəyirsə sileyi-rəhm etsin (qohumları ilə mehriban olsun).» 5
4605. İmam Əli (ə): «Kim qalmaq (əlbəttə, həmişəlik qalmaqdan söz belə gedə bilməz) istəyirsə, səhər yeməyini erkən yesin, yaxşı ayaqqabı
geysin, öz borcunu azaltsın və qadınlarla az yaxınlıq etsin.» 6
4606. İmam Baqir (ə): «Bizim şiələrimizə Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etməyi əmr edin. Çünki onun ziyarəti ruzini artırar, ömrü uzadar və pislikləri uzaqlaşdırar.» 7
4607. İmam Sadiq (ə): «Hər kim xoşniyyət olsa, ömrü uzun olar.»8
4608. İmam Sadiq (ə): «Kim ailəsi ilə yaxşı olsa, ömrü uzun olar.»9
4609. İmam Sadiq (ə): «Əgər Allahın sənin ömrünü uzatmasını istəyirsənsə, ata-ananı sevindir.»1
1358. Mömin və uzun ömür istəmək.
4610. Xanım Fatimeyi Zəhra (s) (Münacatda):–«İlahi! Səni and verirəm qeybdən olan elminə və məxluqlar üzərində qüdrətinə, məni sağ qalmağın mənim üçün yaxşı olduğunu bildiyin müddətə qədər sağ saxla və nə vaxt ölüm mənim üçün yaxşı olsa, onda öldür.»2
4611. İmam Səccad (ə) (Məkarimul əxlaq duasında):–«Ömrümü, sənin itaətinə sərf olununcaya qədər uzat və nə vaxt ömrüm şeytanın otlağına dönsə, canımı al və öz yanına apar.»3
1359. İnsanın öz ömründən xəbərsizliyindəki hikmət.
4612. İmam Sadiq (ə): «İndi, ey Məfəzzəl! İnsanın ömür müddətinin ondan gizlin olması üzərində düşün. Çünki ömrünün nə qədər olduğunu bilsə və ömrü qısa olsa, həyat ona dözülməz olar. Belə ki, ölümü bildiyi vaxtda gəlməsini gözləyəcək. Sanki malı aradan getmiş və ya məhv olmaq ərəfəsində olan insan tək olacaq. Belə insan malının məhv olmasının və yoxsul olmasının qorxusundan əməli surətdə yoxsulluğu hiss edəcək. O ki qalsın, malın yox olması qorxusundan dəfələrlə çox olan ömrün sona yetmək qorxusu ola! Çünki kiminsə sərvəti azalarsa onun əvəzini qazanmaq ümüdi ilə təskinlik tapır. Ancaq ömrünün tamam olmasına (konkret və məlum vaxta) yəqinliyi olan kimsənin vücudunu yas bürüyər. Ancaq ömrü uzun olsa və bundan xəbərdar olsa, hələ diri olacağına yəqinlik tapacaq. Buna görə də, ləzzət və günahlara qərq olub, kamına çatmağa və sonra həyatının sonlarında tövbə etməyə çalışacaq. Deyə bilərsən ki, elə indinin özündə də ömür müddətinin məlum olmadığı və hər an ölümün gəlişini gözlədiyi halda belə insan murdar işlər görüb itaətsizlik edir. Cavabında deyirəm: Ömür müddətinin məlum olmamasının hikməti barədə dediyimiz öz qüvvəsində qalır. Ancaq bununla belə, insan yenə də çirkin əməllərdən qalmırsa bu artıq onun başının məstliyindən və ürəyinin daşlığındandır və işin fəlsəfəsinə, uzaqgörənliyin səhv olmasına dəlalət etmir.»1
Dostları ilə paylaş: |