Pisever-geceleri


İMAM ŞAFENİN ƏHLİ-BEYT SEVGİSİNİN FƏRZ OLDUĞUNA DAİR E᾽TİRAFI



Yüklə 5,47 Mb.
səhifə58/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   55   56   57   58   59   60   61   62   63

İMAM ŞAFENİN ƏHLİ-BEYT SEVGİSİNİN FƏRZ OLDUĞUNA DAİR E᾽TİRAFI


Alimləriniz bu mövzuya o qədər çox toxunmuşlar ki, hatta İbni Hacər kimi təəssübkeş biri belə «Səvaiq» adlı kitabının 88-ci səhifəsində, Hafiz Cəmaləddin Zərəndi. «Me᾿racul-vusul»da, Şeyx Əbdullah Şəbrəvi «İtHaf» kitabının 29-cu səhifəsində, Məhəmməd bin Əli Səbban ‒ ki, misirlidir «İsafur-rağibin»in 119-cu səhifəsində və başqa bir çox şəxslər, dörd məzhəb imamlarından biri olan Məhəmməd bin İdris Şafeinin belə dediyini nəql edirlər: Ey Rəsulallahın Əhli-beyti! Sizin sevginizi, Allah tərəfindən nazil etdiyi Qur᾽anda fərz etmişdir. Sizin şəninizin ucalığına bu yetər ki, sizə salat göndərməyənin namazı qəbul olmaz.

İndi insafla söyləyin, görəsən, yalnız bir tərəfin (Əhli-sünnətin) nəql etdiyi hədis, hər iki məzhəbin (sünnilərin və şiələrin) sayı qədər nəql etdikləri səhih hədislər qarşısında dura bilərmi?

Görəsən, Rəsulallahın (s) və Allahın-təalanın Qur᾽anda sevməyi vacib bildiyi şəxsləri bir kənara qoyub, onun yerinə başqalarına əhimyyət verilməsini ağıl qəbul edərmi?! Görəsən, Rəsulallahın (s) xanımı və Ümmül-mö᾽minin olmaqdan başqa fəzilətinə dair heç bir dəlil olmayan Aişəni, Allahın Qur᾽anda sevgisini vacib etdiyi, haqqında «Təthir» ayəsi nazil olan və yenə Qur᾽anın hökmüylə «Mübahilə» hadisəsinə qatılmaq iftixarına yetişən Fatimidən daha çox başqasının sevlməsi düşünülə bilərmi?! Ənbiya və övliyaların həvayi-nəfslərinə uymadıqlarını, Allahdan başqa Heç kəsi göz önünə gətirmədiklərini sizlər də çox yaxşı bilirsiniz. Xüsusilə Rəsuli-əkrəm (s) ancaq Allah üçün sevər və ancaq Allah üçün nifrət edərdi. Allahın sevmədiyini qətiyyən sevməz və Allahın düşməni olmayana düşmən olmazdı. O zaman necə olar ki, Allah sevməyi vacib etdiyi həzrət Fatiməni bir kənara qoyub başqalarını ondan üstün bilərmi?! Peyğəmbəri-əkrəm (s) həzrət Fatiməni, Allah onu sevdiyi üçün sevirdi. Rəsulallah (s), Allahın aləmlərdəki qadınlardan üstün etdiyi və sevgisini vacib bildiyi bir kəsi qoyub xanımlarından birinin onunla müqaisə edilməsini ağıl qəbul edərmi?

Ya Hər iki məzhəbin qəbul və Qur᾽ani-kərimin də təyid etdiyi bu səhih hədisləri rədd edəcəksiniz; ya da ziddiyətin aradan getməsi üçün söylədiyiniz hədislərin uydurma olduğunu qəbul edəcəksiniz.

«Rəsulallah (s) yanında ən çox sevilən şəxs Əbu Bəkr idi». hədisi də, böyük və e᾽tibarlı alimləriniz tərəfindən nəql edilən; «Rəsulallah (s) yanında ən çox sevilən şəxs, həzrət Əli idi». hədisi ilə ziddiyətlidir.

HƏZRƏTİ ƏLİ (Ə) RƏSULALLAHIN (S) YANINDA ƏN ÇOX SEVİLƏN ŞƏXSDİR


Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 55-ci babında Tirmizidən Bureydənin belə dediyini nəql edir: «Peyğəmbər ailəsində qadınların arasında ən çox Fatiməni, kişilərdən isə ən çox Əlini sevirdi».

Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»in 91-ci babında Ümmül-mö᾽minin Aişədən belə bir hədis nəql edir: «Allah-təala, Rəsulallahın Əli bin Əbu Talibdən daha çox sevdiyi bir qul yaratmamışdır».

Sonra belə davam edir: «Nəql etdiyim bu hədisi, İbni Hacər «Mənaqib»də, İbni Əsakir Dəməşqi də həzrət Əlinin tərcüməyi-halında qeyd etmişdir».

Mühyiddin və imamul hərəm Əhməd bin Əbdullah əş-Şafei də yenə Tirmizidən belə nəql edirlər: Aişədən; «Rəsulallah insanlar içində ən çox kimi sevirdi?» soruşduqlarında; «Fatiməni» deyə cavab verdi. «Kişilərdən daha çox kimi sevirdi» dediklərində də; «Onun həyat yoldaşı Əli ibn Əbu Talibi» dedi.

Zəhəbi və Hafiz Əbul Qasım Dəməşqi də Aişədən bu hədisi nəql etmişlər: «Rəsulallahın Əli və Fatimədən daha çox sevdiyi bir kəsi görmədim».

Hafiz Hücəndi, Müazəti Ğifariyyədən belə nəql edir: «Rəsulallah (s) Aişənin evindəykən onun hüzuruna getdim. həzrət Əli də ordaydı. Rəsulallah Aişəyə belə buyurdu: «Bu (Əli) ən çox sevdiyim və mənim yanımda ən dəyərli olan insandır. Onun haqqını tanı, onun dəgər və məqamını bil».

Şeyx Əbdullah bin Məhəmməd bin Əmr Şəbravi əş-Şafei (sizin böyük alimlərinizdən sayılır) «İthaf» kitabının 9-cu səhifəsində, Süleyman Bəlxi «Yənabiul-məvəddə»də və Məhəmməd bin Təlhə əş-Şafei «Mətalibis Süul»un 6-cı səhifəsində Tirmizidən, o da Cumey bin Umeyrdən belə nəql edirlər: «Xalamla birlikdə Ümmül-mö᾽minin Aişənin yanına getdik. Mən ondan Rəsulallahın ən çox sevdiyi insanların kimlər olduğunu soruşdum. Aişə də; «Qadınlardan Fatimə və kişilərdən isə onun həyat yoldaşı Əli bin Əbi Talib» deyə cavab verdi.

Eyni hədisi Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-qurba»nın 11-ci Məvəddəsində sadəcə bu fərqlə Cumeyin belə dediyini nəql edir: «Bunu Xalamdan soruşdum, o da belə cavab verdi».

Xətib Xarəzmi də «Mənaqib»in VΙ fəslinin sonunda bu hədisi Cumeydən, o da Aişədən nəql edir:

İbni Hacər Məkki «Səvaiq»in ΙΙ fəslində həzrət Əlinin (ə) fəziləti haqqında qırx hədis nəql etdikdən sonra Tirmizidən, o da Aişədən bu hədisi nəql edir:

Aişə deyir ki: «Fatimə qadınların, yoldaşı da kişilərin içində Rəsulallahın ən çox sevdiyi kimsələrdi».

Məhəmməd bin Təlhə əş-Şafei «Mətalibus-süul»un 7-ci səhifəsində bu mövzuda bir çox hədis nəql etdikdən sonra belə deyir: «Bütün bu səhih hədislər bunu isbat edir ki, Rəsulallahın (s) qadınlar içində ən çox sevdiyi kəs Fatimədir. O cənnətdəki qadınların, Mədinəli qadınların və bütün ümmətin qadınlarının ağasıdır».

Əqli və nəqli dəlillər, həzrət Əli və həzrət Fatimə (əleyHum əs-səlam)-ın Rəsulallahın (s) ən çox sevdiyi insanlar olduğunu əsaslandırır.

Rəsulallahın (s) həzrət Əlini (ə) hər kəsdən daha çox sevdiyini və hər zaman onu ön tutduğunu isbat edən hədislərin arasında ən əhəmiyyətlisi «Təyri Mişviy» (qızardılmış quş) deyə məşhur olan hədisdir. Bu hədislə həzrət Əlinin (ə) ümmətin içində Rəsulallahın (s) ən çox sevdiyi kəs olduğu tamamən isbat edilir. «Təyri Mişviy» hədisi iki məzhəb arasında o qədər məşhurdur ki, onu kimlər tərəfindən rəvayət edilyini söyləmək belə mə᾽nasızdır. Amma «Bu hədisi şiələr uydurmuşlar» deyənlərin əlinə bəhanə verməmək üçün yenə də, onun yadımda olan sənədlərindən bə`zilərini demək istəyirəm.


«TƏYRİ-MİŞVİY» HƏDİSİ


Buxari, Müslim, Tirmizi, Nəsai və Səcistani öz mö`təbər səhihlərində, imam Əhməd bin Hənbəl «Müsnəd»də, İbni Əbil Hədid « Şərhi Nəhcül-bəlağə»də, İbni Sabbağ Maliki «Füsulul-mühimmə»nin 21-ci səhifəsində və Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 8-ci babını bu hədisə ayırmış və Əhməd bin Hənbəldən, Tirmizidən, Müvüffəq bin Əhməddən, İbni Məğazilidən və «Sünən Əbu Davud»dan, onlar da Peyğəmbərin köləsi Səfinədən, Ənəs bin Malikdən və İbni Abbasdan bu hədisi nəql etdikdən sonra belə deyir: «Təyr hədisini 24 nəfər Ənəsdən nəql etmişdir». Xüsusilə Maliki «Füsulul-Mühimmə»də belə deyir: «Ənəs bin Malikin nəql etdiyi Təyr hədisi, səhih və doğru hədislərin içində ən səhih və sağlam olan hədisdir».

Sibt bin Cəvzi «Təzkirə»nin 23-cü səhifəsində (Fəzail Əhməd və Sünən Tirmizidən nəqlən) və Məsudi «Mürucuz-Zəhəb»in ΙΙ cildinin 49-cu səhifəsində bu hədisə toxunmuşlar. İmam Əbu Əbdullah Əbdürrəhman Nəsai «Həsaisul Ələvi» adlı kitabının 9-cu hədisində və Hafiz bin Uqdə və Məhəmməd bin Cərir Təbəri bu hədisin mütəvatir olduğu və sənədləri haqqında yazdıqları məxsus kitablarında, səhabədən 35 nəfərin bu hədisi Ənəsdən nəql etdiklərini söyləyirlər. Hafiz Əbu Nəim də bu hədis haqqında qalın bir kitab yazmışdır.

Xülasə sizin böyük alimlərinizin hamısı öz mö`təbər kitablarında bu hədisi nəql etmişlər. Əllamə, mühəqqiq, zahid, adil, usdad Seyid Mir Həmid Hüseyn Dehləvi (sizlər onun elm, əməl və təqvasını daha yaxşı bilirsiniz), Hindistandakı şöHrəti günəşdən daha parlaq olan bu alim «Əbiqatul-ənvar» adlı böyük kitabının bir cildini «Təyri Mişviy» hədisinə ayırmışdır. Orada əhli-sünnətin böyük alimlərinin e᾽tibarlı kitablarından bu hədisin bir çox sənədlərini toplamışdır. Mən bu hədisi neçə sənədlə nəql etdiyini indi xatırlamıram. Ancaq bu qədər bilirəm ki, bu hədisin sənədlərini oxuduğumda bu böyük seyyidin belə kiçik bir hədisin mütəvatir olduğunu əhli-sünnətin öz qaynaqlarından necə zəhmət çəkərək isbat etdiyini gördükdə həqiqətən də çox təəccüb etdim. Xülasə, həm sünnilərin həm də şiələrin hər zaman və hər yerdə səhih olduğunu etiraf etdikləri o hədislərin hamısının əsası və nəticəsi budur: «Bir gün bir qadının qızardılmış bir quşu Rəsulallahın (s) yeməsi üçün ona hədiyyə etmişdi. Rəsulallah (s) onu yemədən öncə əllərini göyə qaldırıb belə dua etdi: «Allahım! Sənə və mənə ən sevimli olan qulunu göndər bu (qızardılmış) quşu mənimlə bərabər yesin». Deyərkən həzrət Əli gəlib o quşu Rəsulallah (s) ilə birlikdə yedilər.

Malikin «Füsulul-mühimmə»sində, «Tarixi Hafizi Nişapuri»də, «Kifayəut-Talib»də, «Müsnədi ƏHməd»də və əhli-sünnətin digər əhəmiyyətli kitablarında Ənəs bin Malikdən belə nəql etmişlər:

Ənəs deyir ki: «Rəsuli-əkrəm bu dua ilə məşğulikən Əli üç dəfə gəldi. Hər gəlişində ondan üzür istəyib onu geri qaytardım. Üçüncü gəlişində ayağıyla qapıya vurdu. Rəsulallah (s); «Onu içəri sal». Deyə buyurdu. Əli içəri girdiyində; «Allah sənə rəhmət etsin, sənin mənim yanıma gəlməyinə mane olan şey nə idi?» deyə soruşdu. Əli də; «Üç dəfə qapıya qədər gəldim, bu üçüncü gəlişimdir». Deyə ərz etdi. Rəsulallah (s) mənə dönərək; «Ənəs! Nə üçün Əlinin gəlməsinə mane oldun? Səni bu işə məcbur edən nə idi?» deyə soruşdu. Mən də; «Ya Rəsulallah! Doğrusunu istərsəniz, sizin duanızı eşidiyimdə mənim qövmümdən birinin gəlməsini istədim» dedim.

İndi sizlərdən soruşuram, görəsən, Allah-təala Rəsulunun duasını qəbul etdi, yoxsa rədd etdi?».



Şeyx: «Cavab bəllidir. Çünki Allah-təala Qur᾽anda duaların qəbul ediləcəyinə dair və᾽d etmişdir. Rəsulallah da heç bir zaman yersiz dua etməyəcəyindən Allah-təala duasını qəbul etmişdir».

vətçi: «Belə isə bilin ki, Allah-təala da yaratdıqlarının arasında ən çox sevdiyini seçib onu Peyğəmbərinin yanına göndərmişdir. ümmətin içində, Allah və Peyğəmbərinin, ən çox sevdiyi kəs, Əli bin Əbi Talibdir (ə).

Buna görədə sizin böyük alimləriniz, bu mə᾽nanı təsdiq etmişlər. Məsələn: Sizin böyük alimlərinizdən olan Məhəmməd bin Təlhə əş-Şafei «Mətalibus-süul» adlı kitabın V fəslinin Ι babının 15-ci səhifəsində «Rayə» (bayraq) və «Təyr» hədisləri sayəsində, gözəl bəyanı və təhqiqiylə həzrət Əlinin (ə) ümmətin içində Allah və Peyğəmbərin ən çox sevdiyi şəxs olduğunu və onun məqamının ucalığını isbat etmişdir. Şafei sözlərinə bunu da əlavə edərək deyir: «Peyğəmbəri-əkrəm (s), müttəqilərin ən yüksək dərəcələri olan bu dəyərli məqam və uca sifəti (Allah və Peyğəmbərinin yanında sevmli olmağı) həzrət Əliyə nisbət verərək onun ülvi məqamını xalqa bildirmək istədi».

Hicri 658-ci ildə Şamın Hafiz və mühəddisi olan Məhəmməd bin Yusif Şafei «Kifayəut Talib fi Mənaqibi Əli ibn Əbu Talib»in 33-cü babında öz mö`təbər sənədləriylə Ənəs və Səfinədən bu hədisi dörd yolla nəql etdikdən sonra belə deyir:

«Məhamili Əmali»nin 9-cu cüzündə bu hədisi nəql etmişdir. Bu, həzrət Əlinin Allahın ən çox sevdiyi insan olduğunu isbat edən açıq bir dəlildir. Bu mə᾽naya dəlalət edən dəlillərin ən güclüsü də, Allahın öz Rəsulunun duasını qəbul edəcəyinə dair verdiyi və᾽ddir. Rəsulallah (s) dua etdiyində, Allah-təala onun duasını o an qəbul edərək ən sevdiyi insanı Rəsulunun yanına göndərdi. O insan Əlidən başqası deyildir». Şafei sonra belə davam edir: «Təyri Mişviy» hədisini Hakkim Əbu Əbdullah Hafiz Nişapuri 86 nəfərdən, onlar da Ənəsdən nəql etmişlər. Hafiz, 86 nəfərin hamısının adını yazmışdır1.

İndi insafla söyləyin. Sizin söylədiyiniz hədis, xüsusilə ziddiyətli olduğu halda Təyr hədisiylə birdirdir?! Cavab qətiyyətlə «xeyir»dir. Əhli-sünnətin böyük alimlərinin (çox az inadkar bir qrupundan başqa) hamsının nəql edib, səhihliyini təsdiqlədiyi səhih hədisləri bir kənara qoyub o tək tərəfli hədisi qəbul etmək bir fayda verməz. Nəql etdiyiniz o hədis tədqiqatçı hədis alimləri tərəfindən rədd edilmişdir».

Şeyx: «Çox qəribə, siz bizim söylədiyimiz hər şeyi qəbul etməməyə və israrla onları rədd etməyi qərara almısınız».


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin