Pisever-geceleri


MONQOLLARIN DÖVRÜNDƏ ŞİƏNİN ZÜHURU



Yüklə 5,47 Mb.
səhifə15/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

MONQOLLARIN DÖVRÜNDƏ ŞİƏNİN ZÜHURU


 Hicri 694-cu ildə İranın səltənəti Qazan xan Monqola2 yetişdi. Əhli-beytə məxsus bir maraq göstərdiyinə görə, şiə məzhəbi onun zamanında daha da geniş yayıldı. Onun vəfatından sonra da hicri 707-cü ildə səltənət Qazan xanın qardaşı Ciyatuya3 keçdi.

ƏLLAMƏ HİLLİNİN QAZİ ƏL-QƏZATLA MÜNAZARASI


Alim və tarixçi Şafei əl-Həmədaninin nəql etdiyinə görə, Şahin şahın sarayında şahın hüzurunda, o zamanda şiə alimlərinin iftixarlarından və əsrin dahilərindən olan cəmalül-milləti vəd-din, əllamə kəbir Həsən bin Yusuf bin Əli bin Mütəhhəri Hilli ilə, əhli-sünnətin ən böyük alimlərindən olan Xacə Nizamuddin Əbdülməlik Məraği Qazi əl-Quzat əş-Şafei arasında bir qrup mübahisələr meydana gəldi. O məclisdə imamət məsələsi bəhs edildi. Əllamə Hilli açıq və qəti dəlillərlə Əmirəl-mö᾽minin Əlinin (ə) Rəsulallahdan (s) sonrakı xilafət və imamətini sabit etdi və digər şəxslərin iddiasının batilliyini ortaya qoydu ki, artıq məclisdə oturanlar üçün şübhə ediləcək heç bir yol qalmadı. Hətta Xacə Nizaməddinin özü belə; «möhtərəm Əllamənin dəlili aydın və güclüdür, amma atalarımız bir yolu tutub getmişlər, bizim də avam xalqı susdurmaq və İslam ümmətinin birliyinin pozulmaması üçün o yolu tə᾽qib etməyimiz və sirləri aşkar etməməyimiz lazımdır» dedi.

Bu vaxtda şahənşahın təəssübkeşliyi olmadığı və hər iki tərəfin dəlillərini yaxşı dinlədiyinə görə, münazara sona çatdıqdan sonra şiənin həqiqəti ortaya çıxdıqda, haqq olan İmamiyyə (şiə) məzhəbini seçdi və bu məzhəbin sərbəst şəkildə fəaliyyət göstərməsini, bütün vilayətlərin hakim və valilərinə, bütün məscidlərdə Əmirəl-mö᾽minin həzrət Əli (ə) və digər imamların (ə) adı ilə xütbə oxumalarını İranın bütün şəhərlərinə e᾽lan etdi. Dinarların (pulların) üzərinə üç sətirdə «La ilahə illallah Məhəmməd rəsulallah Əliyyən vəliyyullah» kəlməsinin yazılmasını əmr etdi.

Şahin şah möhtərəm Əllamə Hillini, Hillə1 şəhərindən bir qrup məsələlərin izahı üçün çağırdırmışdı. Amma bu elmi toplantıda münazaralar aparılaraq, şiənin həqqiəti ortaya çıxdı. Şahin şah Əllamə Hillini öz yanında saxladı və onun üçün xüsusi bir mədrəsə ayırdı. Bundan sonra tələbələr onun ətrafına toplaşdılar. Aşkar şəkildə aparılan təbliğatların nəticəsində, həqiqətlər ortaya çıxdı və hər şeydən xəbərsiz olan insanlar, haqq olan İmamiyyə yolunun həqiqətini anladılar. Beləliklə, vilayətin işıq saçan günəşi, təqiyyə2 buludunun altından aydınlığa çıxdı.

Təxminən 700 ildən sonra Səfəvilərin güclü sultanlarının dəstəyi və o zamanın kamil təbliğləriylə, qara buludlar tamamilə dağıldı və vilayət və imamət günəşi dünyaya işıq saçdı.

İranlılar nə qədər çox Mə᾽cus (oda sitayiş edən) və iki tanrıya inanırdılarsa da, müsəlmanların məntiqə uyğun dəlil və burhanlarını bildikdə, onu cani-qəlbdən qəbul etdilər; indiyə qədər də tam bir səmimiyyətlə İslami əqidələrinin üzərində sabitdirlər.

Əgər iranlıların arasında inanc baxımından mə᾽cus olan, bir yerə bağlı olmayan və ya ğulatlar silsiləsinə girib, Əlini (ə) öz məqamından uluhiyyət dərəcəsinə yüksəldən, onu Xaliq və ruzi verən və yaxud hulul3, ittihat və vəhdəti-vücuda4 inananlar olarsa, onların iranlıların təmiz qəlbli əhalisi ilə heç bir əlaqəsi yoxdur. Hər qövüm və cəmiyyətdə bu növ düşüncəsiz və ağılsız insanlar mövcuddur. Lakin İranın nəcib və mə᾽lumatlı xalqının əksəriyyəti Allah-təalanın vəhdaniyyəti, Xatəmul-ənbiyanın nübuvvət və Əmirəl-mö᾽minin həzrət Əli və on bir övladınının Peyğəmbərin əmr və göstərişi ilə imamətə seçildikləri xüsusunda sabit və doğru bir iman və əqidəyə sahibdirlər».



Hafiz: «Hicazlı, Məkkə və mədinəli olan sizin kimi bir şəxsin, İranda bir müddət qalmaqla onları bu qədər dəstəkləməniz və onları Əlinin (kərəmullahu vəchəhu) tə᾽qibçiləri bilməniz, həqiqətən təəccüblü bir şeydir. Əli Allahın qulu, Onun əmrinə bağlı və Ona itaət edən biri idi. Lakin iranlı şiələrin hamısı Əlini Allah bilirlər, onu Allahdan ayrı bilmirlər. Öz şe᾽rlərində də «nazil bemənziləi»5 ‒ Əlini Haqq və hətta Haqqın eynisi bilirlər. Çünki onların divan və cib dəftərlərində bu növ küfriyyət görülür. İranlı şiə alimlər Əlinin (kərəmullahu vəchəhu) dilindən bu növ şe᾽rləri nəql etməkdədirlər. Qətiyyən deyə bilərik ki, Əli belə bir inancdan uzaqdır…».

vətçi: «Sizə təəccüb edilməlidir ki, araşdırmadan iranlı bütün şiələri ifratçı və Əlipərəst (Əliyə sitayiş edən) bilirsiniz. Bu sözlərlə məsələni hər şeydən xəbərsiz sünni qardaşlarımızın zehninə həkk edir, sonra da iki qardaşın bir-birlərini öldürməsinə səbəb olursunuz. Bu növ sözlər Əfqanıstan, Hindistan, Özbəkistan, Tacikistan və digər yerlərdə şiələrin öldürülüb, qanlarının axıdılmasına yol açmışdır.

Özbəkistan və Türkistan (Türkmənistan) müsəlmanları, «şiələr Əlipərəst, müşrük, kafirdirlər və öldürülmələri fərzdir» deyən alimlərinin fəryadının nəticəsində nə qədər müsəlmanların qanını töküb, tarixin səhifəsini ləkələdilər. Əhli-sünnətin hər şeydən xəbərsiz zavallı xalqı da, sizin kimi alimlərin rəhbərliyi ilə iranlı müsəlmanlara ədavət, şirk, küfr və irtica gözüylə baxırlar.

Keçmiş zamanlarda türkmənlər Xorasan yolunda, «kafirdirlər» deyərək, iranlıların qarşısını kəsir, mallarını talan edir, öldürür və belə deyirdilər: «Kim yeddi nəfər rafizi (şiə) öldürərsə, cənnət ona fərz olar!».

Bilin ki, bu əməllərin, qətillərin məs᾽uliyyətini, «şiələr Əlipərəst, müşrik və kafirdir» deyən sizin kimi alimlər daşıyır. Hər şeydən xəbərsiz saf və avam sünnilər də bu cür sözləri qəbul edib, savab qazanmaq qəstiylə, bu növ əməllərə təşəbbüs göstərirlər».


İSLAM HƏR CÜR İRQÇİLİYİ QADAĞAN ETDİ


Əvvəldə söylədiyiniz sözün cavabını verdikdən sonra əsl mətləbə keçəcəyəm. «Siz hicazlı, Məkkədən və mədinəli olduğunuz halda, nə üçün iranlıları müdafiə edirsiz?» deyə buyurduğunuz sözünüzə gəlincə, bu aydındır ki, məkkəli, mədinəli və məhəmmədi olmaq iftixarımdır; yalnız cəhalət və ağılsızlıqdan qaynaqlanan irqçilik təəssübü qətiyyən məndə yoxdur. Çünki uca cəddim Xatəmul-ənbiya (s) hər millətin qövm və vətən sevgisini nəzərə alaraq, «Vətənin sevgisi imandandır» cümləsini buyurmaqla, hər qövm və millətə vətəni sevməyi əmr etmişdir.

Rəsulallahın (s), insanların birliyi və onlardan hər növ mə᾽nasız düşüncələri aradan aparmaq yolunda atdığı ən böyük addımlardan biri də, irqçilik və cahilyanə təəssübləri tamamilə aradan aparması idi. Uca bir səslə bütün insanların diqqətini, buyurduğu bu sözə cəlb etdi: «Ərəbin əcəmə, əcəmin ərəbə, ağ dərilinin zənciyə, zəncinin də ağ dəriliyə elm və təqvadan başqa heç bir üstünlüyü yoxdur».

Yenə Rəsulallah (s), alim və təqvalı şəxslərin məsələni səhv başa düşüb, buyruğundan sənəd ittihaz etməmələri, təvazökarlıqdan uzaqlaşıb, başqalarına qarşı kibr və mənəmçilik göstərməmələri üçün belə buyurdu: «Ərəbdən olmağım iftixar deyildir; Adəm övladlarının seyidi (ağası) olmağım da iftixar deyildir».

Zikr edilən bu cümlənin məxsus mə᾽nası budur ki, ərəb və Adəm övladlarının ağası ‒ şərəflisi olmağıma baxmayaraq, bu məqam və soyla başqalarına qarşı öyünmürəm. Peyğəmbərin (s) iftixarı, sadəcə Allahın itaətkar qulu olmasıdır. Allaha yalvarışlarında belə ərz edirdi: «Allahım! Sənə qul olmağım mənə iftixar olaraq yetər».

Allah-təala «Hücurət» surəsinin 13-cü ayəsində belə buyurmuşdur: «Ey insanlar! Həqiqətən biz sizi bir kişi bir qadın olaraq yaratdıq bir-birinizlə danışmağınız üçün sizi xalqlar qəbilələr halında olmağınızı qərar verdik. Heç şübhəsiz, Allah qatında sizin ən üstün [kərim] olanınız, təqvaca ən irəlidə olanınızdır».

Gördüyünüz kimi, Allah-təala fəzilət, üstünlük və ucalığı təqvada qərar vermişdir. Yenə «Hücurət» surəsinin 10-cu ayəsində belə buyurur: «Həqiqətən minlər qardaşdırlar. Belə isə, aralarında sülh yaradın».

Ağ, qara, sarı və qırmızı dərili irqdən olan kəndli, şəhərli, Afrikalı, Asiyalı, Avropalı və Amerikalı olan bütün insanlar, İslam bayrağı və «La ilahə illallah Məhəmməd Rəsulallah» kəlməsi altında bir-biriylə qardaşdırlar və heç birinin başqa birisindən ‒ təqva xaric olmaqla ‒ üstünlüyü yoxdur.

İslamın uca rəhbəri Xatəmul-ənbiya (s) da əcəmdən olan Salman Farsini, Rumdan olan Sühayb Rumini və Həbəşədən olan zənci Bilalı məhəbbət və sevgiylə qəbul etməyi əməlində açıq göstərmişdir. Lakin ərəblərin ən yaxşı irqindən, şərif soydan olan əmisi Əbu Ləhəbi özündən uzaqlaşdırdı və onun haqqında bir surə belə nazil oldu və aşkar belə buyurdu: «Əbu Ləhəbin iki əli qurusun və qurudu da…».



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin