Pisever-geceleri



Yüklə 5,47 Mb.
səhifə62/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   55   56   57   58   59   60   61   62   63

BELAM BİN BAURA


Onlardan biri Bəlam bin Bəuradır. Bəlam həzrət Musanın (ə) zamanında Allaha o qədər çox yaxın idi ki, Allah ona ismi əzəmin vermişdi. Bir dəfə dua etməklə həzrət Musanı (ə) «TiyH» vadisində çaşqın hala gətirmişdir. Amma imtahan vaxtı gəldikdə, məqam sevgisi onu Allaha üsyana və şeytana itaət etməyə vadar etmişdir. Beləcə cəhənnəmi də satın almışdır. Müfəssir və tarixçilərin hamısı onun vəziyyətini yazmışlardır. Fəxri Razi də öz təfsirinin ΙV cildinin 463-cü səhifəsində İbni Abbas, İbni Məs᾽ud və Mücahiddən nəqlən onun hekayəsini nəql edirlər. Allah-təala «Ə᾽raf» surəsinin 175-ci ayəsində belə buyurur: «Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini oxu! Bu şəxs nəhayət özünü ayələrdən ayırdı. Şeytan onu özünə tabe etdi beləcə o, azğınlardan oldu».

ABİD BƏRSİSA


Başqa biri isə Abid Bərsisadır. Bu da əvvələdə Allaha elə yaxın idi ki, duaları qəbul olurdu. Amma imtahan edildikdə sonu xeyirli olmadı. Şeytanın Hiyləsinə aldanaraq bir qızla zina etdi. Bu səbəbdən də bütün zəhmətləri boşa çıxdı. Sonra darağacına asılaraq kafir olaraq dünyadan getdi. Bunun üçün Allah-təala Qur᾽ani-kərimdə belə buyurur: «Şeytanın [aldatmasına] bənzəyir ki, insana dedi: «Kafir ol!». Kafir olduqda isə ona dedi: «Mən səndən uzağam, mən aləmlərin rəbbi olan Allahdan qorxuram». Beləliklə, hər ikisinin aqibəti od içində əbədi qalmaq oldu. Zülmkarların cəzası isə budur»2.

Demək ki, bir insandan bir zaman yaxşı bir əməl görülürsə, bu onun aqibətinin xeyirli olacağını isbatlamaz Onun üçün belə dua etməmiz buyurulmuşdur: «Allahım, işlərimin sonunu xeyirli et».

«Ayrıca, «ani-bəyan» elmində belə bir şey vardır: Bir cümlədə bir şey məxsus vurğulanarsa, bunun səbəbi mühatabın şək və şübhədə olduğu üçündür. Ayeyi-kərimnin cümləyi ismiyyə və ini müşəddədə ilə başlaması, qarşı tərəfin əqidəsinin azğınlığını, təzəlzül və təvəhhümə qapıldığını, şək və şübhədə olduğunu göstərir».

 Şeyx: «İnsaflı olun bir az. Sizin kimi bir şəxsin bu mövzuda İblis, Bəlami Baura və Bərsisanı misal gətirməsi doğru deyil».

 vətçi: «Qüsur tutmayın, bir az əvvəl təşbihdə, inadkarlıq göstərib münaqişə edilməz dediyimi eşidmədinizmi?! Elmi və məzhəbi münazaralarda təşbih və misalar mövzunun yaxşı anlaşıla bilməsi üçün gətirilir. Allah şahiddir ki, misal və şahid gətirirkən heç bir zaman ihanət qəsdim yoxdur. Sadəcə öz nəzər və əqidəmi isbat etmək üçün yadımda olanları söylədim».

Şeyx: «Ayənin özündə Əbu Bəkrin fəzilətini isbat edən əlamət vardır. Çünki ayədə belə buyurur: «Fəənzələ səkinətəHu əleyh» (Allah, sükunətini ona endirdi.) Səkinətəhudəki zəmir («ona» kəlməsindən məqsəd) Əbu Bəkrdir. Bu da aşkar şəkildə Əbu Bəkrin başqalarından daha fəzilətli və üstün olduğunu ortaya qoymaqda və sizin kimilərin də yanlış düşüncəsini ortadan qaldırmaqdadır».

vətçi: «Yanılırsınız, «Səkinətəhu»dakı zəmir, Rəsulallaha dönməkdədir. Səkinə (sükunət), Rəsulallaha enmişdir; Əbu Bəkrə deyil. Çünki cümlənin arxasında belə buyurur: «Və əyyədəHu bicunudin ləm tərəvHa» (Özünü, sizin görmədiyiniz ordularla dəstəklədi). Haqqın ordusuyla dəstəklənmək, Rəsulallahın haqqıdır; Əbu Bəkrin deyil».

Şeyx: «Rəsulallahın (s) bu ordularla dəstəklənməsi qəti və bəlli bir şeydir. Amma Əbu Bəkr (r.z), Rəsulallahla bərabər olduğu üçün o da imkansız deyildir».

vətçi: «Əgər ikisi də İlahi rəhmətə nail olsa idilər, o zaman ayənin bütün cümlələrindəki zəmirlər təsniyə olaraq gəlməsi lazım gəlirdi. Halbuki, əvvəlki və sonrakı bütün zəmirlər müfrət (təkil) olaraq gətirilmişdir; ta ki, Rəsulallahın (s) yüksək məqamı və Allahdan gələn rəhmət və inayətlərin Onun şəxsiyyətinə aid olduğu isbat və bəlli olsun. Əgər Rəsulallahın bələdçisi olaraq bir başqalarına da rəhmət və sukunə enmiş olsaydı, onun adı zikr edilərdi. Bu və bənzəri ayələr, səkinə və rəhmətin yalnız Rəsulallaha (s) aid olduğunu ortaya çıxarır».

Şeyx: «Rəsulallahın (s) səkinə (sükunət) və rəhmətə ehtiyacı yoxdu. Çünki səkinə Onda hər zaman mövcuddu. Buna görə sukunə, yalnız Əbu Bəkrə enmişdir.

vətçi: «Nə üçün eyni şeyləri təkrar edərək məclisin vaxtını alırsınız. Hansı dəlilə görə Xatəmül-ənbiyanın sukinəyə (sükunətə) ehtiyacı olmadığını söyləyirsiniz? İstər Peyğəmbər olsun istər olmasın, hər kəsin Allahın rəhmətinə eHtiyacı vardır. Hüneyn döyüşündə «Tövbə» surəsinin 26-cı ayəsində Allah-təalanın belə buyurduğunu unutdunuzmu?!: «Sonra Allah öz peyğəmbərinə minlərə öz arxayınlıq amilini (sükunət) nazil etdi ».

«Fəth» surəsinin 26-cı ayəsində də yenə, səkinənin Rəsulallaha və mö᾽minlərə endiyi vurğulanmışdır. Bu ayələrdə Rəsuli-əkrəmdən (s) sonra mö᾽minlərə də toxunmuşdur. Əgər Ğar (mağara) ayəsində, Əbu Bəkr mö᾽minlərdən sayılmış olsaydı, sükunət və səkinəyə məşmul olaraq zəmirlərin təsniyə olaraq zikr edilməsi ya da onun isminin ayrıca halanması lazım gəlirdi. Bu məsələ o qədər aydındır ki, sizin insaflı alimləriniz də ayədəki zəmirin Əbu Bəkrə aid olmadığını söyləmişlər.

Siz ağaların, Şeyx Əbu Cəfər Məhəmməd bin Əbdullah İsqafinin (Mö᾽təzilənin böyük alimlərindəndir) «Nəqzul-Osmaniyyə» adlı kitabını oxuması çox yaxşı olar. Bu insaflı alimin, Əbu Osman Cahizin tutarsız sözlərinin cavabında haqqı necə aşkar etdiyinə bir baxın. İbni Əbil-Hədid də «Şərhi Nəhcül-bəlağə»nin ΙΙΙ cildinin 253-cü səhifəsindən 281-ci səhifəsinə qədər, onun verdiyi cavablardan bə`zilərini nəql edir.

Bütün bunlara əlavə olaraq, ayədə bir cümlə var ki, sizin söylədiyinizin tam əksini isbat edir. O cümlə belədir: Rəsulallah (s), Əbu Bəkrə qəmgin olma diyərək onun hüzünlənib qəmlənməsinə mane olur. Bu cümlə Əbu Bəkrin o anda hüzünlü olduğunu göstərir. Görəsən, Əbu Bəkrin Hüzünlü olması, yaxşı bir əməl idi yoxsa pis bir əməl? Əgər yaxşı bir əməldisə, sizin də bildiyiniz kimi Rəsulallah (s) heç bir zaman birinin yaxşı bir əməlinə mane olmazdı. Amma əgər pis bir əməl idisə, belə ki, bu əməlin sahibi fəzilətli birisi deyildir. Fəzilətli olmayan birisi də Allahın rəhmətinə şamil olamayacağı kimi ona sükunət də nazil olmaz. Şərəf və fəzilət yalnız övliyalara, mö᾽minlərə və Allahın dostlarına aiddir. Övliyaların bir qrup əlamətləri vardır. Onlar o əlamətlərlə tanınırlar. Qur᾽ani-kərimdə buyrulduğu kimi, övliyalar heç bir hadisə qarşısında aciz olub qorxmaz və hüznə qapılmazlar. Əksinə, səbr edərlər. «Yunis» surəsinin 62-ci ayəsində Allah-təala belə buyurur: «Bilin ki, Allahın dostları üçün heç qorxu yoxdur onlar kədərlənməzlər».



(Söz bura yetişdikdə, ağalar saatlarina baxıb, «gecə yarısı geçib» dedilər. Nəvvab ağa «Qiblə sahibin sözü, zikr edilən ayənin haqqında hələ bitməmişdir, söylənəsi çox söz vardır. İcazə verin bir nəticəyə yetişək» dedi. Ağalar da «Ehtiyac yoxdur, çox zəhmət verməyək, ardı sabah axşama qalsın» deyə cavab verdilər. O gecə Rəsulallahın (s) be᾽sətinin il dönümü və böyük bayramlardan biri olduğu üçün məclisə müxtəlif, şirniyyatlar, şərbətlər gətirdilər və məclis gözəl bir şəkildə son çatdı).

1 cild 3, səh. 3010.

2 ΙV nəşrin sonu.

3 «Ali-imran» surəsi, ayə 195.

1 «Üsuli-kafi», cild 1, səh. 54.

1 Karaçi hal-hazırda Pakıstanın şəhəridir.

2 Bu kitabın nəşr olunduğu tarixdə Allahın rəhmətinə qovuşdu. Rəhmətullahi əleyh.

3 Qızılbaş səfəvilərə mənsub bir qrup idi ki, Nadir şahla birlikdə Əfqanıstanı fəth etməyə getmişdilər. Nadir şah o bölgədən ayrıldıqda, onlardan bir qrupunu orada qoymuşdu. Onlar orada yerləşmiş və beləcə, irqləri də sonradan çox məşhur olmuşdu. Əmir Əbdürrəşman xan və Həbibullah xanın hökuməti zamanında şiələrin çoxu gördükləri zülm və qətliamlar nəticəsində, möhtərəm Qızılbaş ailəsi Hindistana qaçmış, o bölgədə yerli xalq tərəfindən hörmətlə qarşılanmışdılar. Hal-hazırda Hindistan şəhərlərinin hər tərəfində, xüsusilə də Pəncab şəhərində yaşamaqdadırlar. Çox imanlı, qeyrətli və istiqanlı şəxslərdirlər.

4 Bir Hüseyniyyənin adı.

1 Əhli-hədis istilahında «hafiz» kəlməsi üçün müxtəlif mə᾽nalar söylənilmişdir. Məsələn hafiz, mətin və sənət baxımından yüz min hədis barəsində yaxşı elmi olan, eləcə də, Allahın kitabı və Peyğəmbərin (s) sünnətini qoruyana deyilir. Məhz bu səbəbdən də, şiə və sünni alimlərinin çoxuna hafiz deyilir.

2 Ehtiram, hörmət üçün deyilən bir sözdür. Türk dilində bu sözün qarşılığı yoxdur. Bu söz təqribən «alicənab» mə᾽nasındadır. Bu tə᾽bir böyük alimlər üçün istifadə edilir.

3 Qanuni, qanuna uyğun.

4 Xülasə, qısa, konkret.

5 «Şahid» sözündəndir, dəlil, sübut gətirmək deməkdir.

6 Doğruluğu haqqında ittifaq edilmiş.

7 Peyğəmbərin (s) nəslindən gələnlər.

8 Allah-təala Peyğəmbər (s) haqqında belə buyurur: «Şübhəsiz, sən böyük bir əxlaq üzərindəsən {sahibisən}».

9 Yenə də buyurur: «Rəbbinin yoluna hikmət gözəl öyüdlə vət et onlarla ən gözəl bir şəkildə mübarizə et» («Nəhl» surəsi, ayə 125).

1 «Mərdan» adı ilə məşhurdur.

2 «Mücab» adı ilə məşhurdur.

1 Şeyx Səduq h. IV əsrdə yaşamış şiənin böyük alim və fəqihlərindəndir. Hədis elmində tədqiqatçı və rical elmində bəsirət sahibi idi. Qum və Xorasan alimləri arasında onun kimi elmli və hədis əzbərləyən kimsə yoxdur. Üç yüz kitab tə᾽lif etmişdir. Şiənin dörd qaynaq kitablarından olan «Mən la yəhzirul-fəqih» kitabı da onlardan biridir. Qəməri 381-ci ildə İranın paytaxtı Tehranın Rey məntəqəsində vəfat etmişdir. Məzarı Tehran və digər yerlərdən gələnlərin ziyarətgahıdır.

2 «Ən᾽am» surəsi, ayə 84, 85.

3 «Qoşmaq»,«qatmaq», «birləşdirmək» deməkdir.

4 «Mənsub olma» deməkdir.

5 Beşinci imam həzrət Baqir (ə).

6 İki məna᾽sı vardır: 1. bir dəlilə əsaslanaraq nəticə çıxarmaq; 2. ümumi mülahizələrdən xüsusi nəticə çıxarma üsulu, deduksiya.

7 Qarşılıqlı lən᾽ətləşmək ‒ «Ali-imran» surəsi, ayə 61.

1 Əbül-Həsən, imam Museyi-Kazımın (ə) künyəsidir.

2 Əsəbə, ata tərəfindən olan qohum-əqrəba və yaxınlara deyilir.

1 Sünni qardaşlar şiələrin əksinə, fərz olaraq zöhrlə əsr və məğriblə işa namazlarını ayrı qılırlar. Lakin şiə, Rəsulallah (s) və onun pak Əhli-beytinə tabe olaraq, cəm və ayrı qılmaqda muxtardır.

2 Məhz bu səbəbdən, işa namazını on gecə sürən münazara müddəti ərzində eyni məclisdə qılırdılar.

1 Yə᾽ni heç bir qorxu və yağış olmadan.

2 «Tərcihun bila murəccih», iki tərəfi bərabər olan bir şeyin bir tərəfinə dəlil olaraq, digərinə tərceh edilməsinə deyilir. «Tərcihun bila muhassis» də, dəlilsiz olaraq külli və xüsusi olan bir hökmü mə᾽lum vəziyyətə və ya bir fərdə məxsus etməyə deyilir.

1 Məzarın ətrafında qoyulan şəbəkəli böyük sandıq.

2 «Şahçırağ» adı ilə məşhur olmuşdur.

3 O zaman Tus şəhərinə gedib-gəlmək üçün edilən səfər, xüsusilə Küveyt, Bəsrə, Əhvaz, Buşehr və Şiraz yoluyla idi.

4 «Qüdrətli», «güclü», «bacarıqlı» mə᾽nalarını ifadə edir.

1 Deyirlər ki, irandakı imamzadələrin əksəriyyəti, o hərəkatda sağa-sola dağılanlardır.

2 «Pəhrizkarlıq», «vaxtını ibadətə sərf etmə» mə᾽nalarını ifadə edir.

3 «Haramlardan çəkinmə» deməkdir.

4 Məzarın indiki yeri.

1 İnsanlar padşahların dini üzrədirlər.

2 Açılmaq, qəm və qüssəni dağıtmaq.

3 Qatlağ, qədim türk dilində «böyük» deməkdir. Qədim zamanlarda padşah tərəfindən bə᾽zi hakim və böyüklərə «Qatlağ» ləqəbi verilirdi. Bu səbəbdən, Monqolar İranda qələbə çaldıqdan sonra Oqtay, «Qatlağxan» ləqəbini onlara qarşı müxalifət etməyən Atabəy əzəm Muzəffüruddin Əbubəkr bin Səədi Zəngiyə verdi. Seyid Əlauddinin məzarını yad edən Qatlağ xan, Mə᾽mun tərəfindən fars valisi olan və imamzadələrlə döyüşən Qatlağ xan deyil.

4 Şiələrin Qumdakı həzrət Məsumənin (ə) ziyarətinə getdikləri kimi, Şirazdakı Rəsulallahın (s) nəvəsi olan imamzadənin də ziyarətinə getmələri yaxşı olardı. Onları ziyarət etmənin böyük savabı vardır.

1 Məhməl ‒ dəvə üzərinə bağlanılan bir daşıma sandığı və ya səbət.

2 «Azğın» deməkdir.

3 «Sevməyən», «nifrət edən» mə᾽naların ifadə edir.

1 «İnsafsızlıqda həddi aşma» deməkdir.

2 Zülmdən şikayət etmək.

3 «Fəsad» sözündən götürülüb. Ərəb sözü olub, «fəsad törədən», «fitnəçi», «araqarışdıran» deməkdir.

4 Hal-hazırda «Gürqan» adlandırılır.

1 Ov itinə deyilir.

2 Pələngə oxşayan yırtıcı heyvan.

3 «Nəcəf», lüğətdə suyun yetişdiyi təpəyə deyilir. Nəcəf selin ev və məzarlara mane olan Kufənin arxasındakı su bəndinin adıdır. Həzrəti Əlinin (ə) məzarı o bəndin yaxınlığındadır. Bu səbəbdən, Firuzabadi Kamsun da Nəcəfi bu şəkildə mə᾽na etmişdir. (Digər bir rəvayətə görə, Nəcəfin əsl adı «Ney Cəf», yə᾽ni «quru qamış»dır. Mütərcim).

1 Mütəhhər mə᾽sum imamlar.

2 Söz sözü gətirir.

3 Bütün millətlərə aid olan yurd.

1 «Hairi» ləqəbiylə məşhurdur.

2 Həzrət Hüseynin (ə) hərəmi.

3 Yavaş-yavaş şəhər genişləndi. Qacar səltənətinin əvvəli olan Məhəmməd xan Qacarın səltənəti zamanına qədər artıq şəhərin çevrəsindəki xəndək və çuxurlar şəhərin cüz᾽i bir hissəsi oldu. İmamzadələrin ərəbi evlərdə təbliğat apardıqları məhəllə indi də Şirazda məhşurdur. O məhəllədə məhşur olan məscid, İran padşahı Kərim xan Zəndin qardaşı mərhum şeyx Əli xan Zənd tərəfindən o əsrlərin məhşur alimlərindən olan bizim böyük cəddimiz mərhum Hacı seyid İbrahim Müctehid üçün tikdirilmişdi.

1 «Məqul» və «mənqul», əqlə və nəqlə söykənən sözlərə deyilir.

2 Mərhum Bəhrilul hicri. 1308-ci ildə vəfat etmişdir. Kərbəlayi Molla da Mirzə Musa Balkonuyla həzrət Hüseynın (ə) başının arxa tərəfi arasında cəddi mərhum seyid Həsəni Vaizi Şirazinin qəbrinin kənarında dəfn edildi.

3 Əşrəfül-Vaizi Şirazi 21 şəban h. 1351-ci ildə, 83 yaşında ikən Kirmanşahda Allahın rəhmətinə qovuşdu. Üç gün tə᾽tildən sonra mərhumun cənazəsi Də᾽vətçinin ittifaqıyla birlikdə müqəddəs ziyarətgahlara aparıldı. Böyük alim, tüccar, əsnaf və s.-dən ibarət Kərbəla xalqının müşayəti ilə həzrət Seyyidüş-şühədanın (ə) mütəhhər ziyarətgahında (böyük cəddi seyid İbrahim Mücabın qəbri kənarında) dəfn edildi.

4 Mərhum seyid Əbül Həsəni İsfani 9 zilhiccə h. 1365-ci ildə Kazımeyində, 30 il dünya müsəlmanlarının riyasət və liderliyindən sonra 88 yaşında ikən Allahın rəhmətinə qovuşdu. Mərhum şeyx Mufiddən (r.ə.) sonra bənzəri görülməmiş qəribə bir cənazə ilə Nəcəfül-Əşrəfə qaldırılıb, qızıl eyvanın qarşısında yerləşən səhnin kənarındakı hücrədə basdırılmışdır.

1 17 Zilqəddə h. 1355-ci ildə Qum şəhərində dünyasını dəyişdi və «Mədrəseyi-Balasər»də dəfn edildi.

2 «Əzhab» surəsi, ayə 39.

1 Sima və davranış.

2 Təsdiq edirəm ki, həqiqətən sən Rəsulallahın (s) övladısan.

1 «Nəcm» surəsi, ayə 3.

1


2


3 «İman gətirib saleh əməllər edənlər isə, yaradılmışların ən xeyirliləridirlər. Rəbbləri yanında onların mükafatı, içində ağacları altından çaylar axan Ədn cənnətidir. Allah onlardan razı, onlar da Allahdan razıdırlar».

4 Rəvayəti nəql edənlərin adı söylənilmədən hədisi bir mə᾽sumdan nəql etmək.

1 Əl və dəstamaz əzaları nurlu olanlar.

2


3 İbni Xəllaqan «Vəfəyatul-əyan», Zəhəbi «Təzkirətül-Huffaz», Xarəzmi «Ricali müsnədi Əbu Hənifə» və «Təbəqati-Şafeiyyə»də Hafiz Əbu Said öz tarixində onu tə᾽rifləmiş və e᾽tibarlı şəxs olduğunu söyləmişlər. İbni Əsakir öz zamanında hədis əhli imamı, elmi çox, e᾽tibarlı və təqvalı bir şəxs və 550-ci ildən əhli-sünnət camaat alimləri arasında ən elmli imiş.

4 Yə᾽ni yaradılmışların ən xeyirlisisiniz.

5 Təbərri ‒ üz çevirmək, sevməmək.

6 Muvassaq ‒ e᾽tibarlı, əmin.

1 Ğulat ‒ ifratçılar, həzrət Əlini Allah və Allahın şəriki bilənlər.

2 Məzkur kitablar, son gecəyə qədər Də᾽vətçinin yanında qaldı.

3 Utanmaq.

1 cild 1, səh. 172.

1


1 İran şəhəri.

2 İslami adı «Mahmud»dur.

3 Məhəmməd şah Xudabəndəyə

1 İraqda yerləşir.

2 Təqiyyə ‒ bə᾽zi can və mala gələcək zərərlər üçün din, məzhəb və inancı büruzə verməmək (Mütərcim).

3 Hülul ‒ Tənasüx inancına görə, ruhun bir bədəndən çıxdıqdan sonra başqa bədənə girməsi (Mütərcim).

4 Varlıq aləminin ən uca mərtəbəsində Allah-təalanın varlığı olmaq üzərə canlı və cansız bütün varlıqların bir vücud olmasına «vəhdətu-vücud» deyilir. Belə bir inanca görə, varlıqlar, güclü və gücsüz baxımından fərqlidirlər. Vücudun onlara görə iki tərəfi vardır. Bir tərəfi Vacibül-vücud (varlığı lazımlı) olan Allah-təaladır; digər tərəfi isə, heyula və ya başqa bir tə᾽birlə, ən zəif və gücsüz olan varlıqlardır.

İlahiyyatçılar bu mövzuda iki qismə ayrılmışlar. Bir qrup yaradıcı olan Allah-təalanın vücudunu aləmin vücudunun xaricində zənn edirlər. Digər bir qrup isə, Allahın vücudunu ‒ varlığını, aləmin vücudunun bir cüz᾽i hissəsi olaraq qəbul edirlər. Bu fərqlə ki, Allahın vücudu, varlığı daha güclü və daha şiddətli bir dərəcədədir.



Qayseyi və Sədrəddin kimi kimsələr də, vəhdətu-vücudun bir qrup sıxancları olduğuna görə, vücudun vəhdəti ‒ birliyi, mövcudun isə, kəsrəti ‒ çoxluğu əqidəsindədirlər. Bu nəzər sahibləri deyirlər ki, vəhdətu-vücud müxtəlif mərtəbələrə sahib olması ilə birlikdə, Vacibül-vücudun ‒ Allah-təalanın feyz və təcəlliləridir; sadəcə bir vücud ‒ varlıq bütün aləmi əhatə etmişdir. Var olan mövcudat ‒ varlıqlar, o bir vücudun dalğalarıdır. Bu dalğalar da, o vücudun özüdürlər. Çünki dalğalar dənizin özündəndirlər; amma eyni zamanda, dəniz də deyilrlər (Mütərcim).

5 Nazil bəmənziləyi-haqq ‒ Allah-təalanın mərtəbəsində olmaq (Mütərcim).

1 İtalyanın diktator rəhbəri Mussalini (Benito), öz təmsilçisinin beynəlxalq toplantıdan çıxmasını əmr etdi. Çünki Həbəşi zəncilərinin qatıldığı bir toplantıya onun təmsilçisinin qatılması, onun üçün bir təhqir idi. Amma İslam Peyğəmbəri (s) on dörd əsr əvvəl Həbəşi zənci olan Bilalı bağrına basıb, ona «Ya Bilal! Bizə Qur᾽an oxu, bizi məsrur et» buyurmuşdu.

İndi əziz oxucular yolun hardan haraya fərqli olduğuna bir diqqət etsinlər.



1


2 Nəzm ‒ ölçülü və qafiyəli söz və ya yazı (Mütərcim).

3 Təbii danışma tərzində söz və ya yazı (Mütərcim).

1 Müfəvvize ‒ bu söz lüğət e᾽tibarı ilə işləri başqasının öhdəsinə buraxmaq mə᾽nasını verir. Amma istilah olaraq, «Allah-təala insanları yaradıb, hər şeyi onların öz üzərinə buraxmışdır» deyən kimsələrə deyilir (Mütərcim).

2 «Rəd» surəsi, ayə 16.

1 «Əzhab» surəsi, ayə 56.

1 «Səffat» surəsi, ayə 79, 109, 120.

2 Zübür və Bəyyinənin nə olduğunu müəllif qarşıda özü açıqlayır.

3 Əbcəd hesabı ‒ ilk olaraq bunu aydınlaşdırım ki, «Əbcəd» ərəb əlifbasını meydana gətirən həriflərin yaddaşda saxlanılmasını asanlaşdırmaq üçün düşünülən səkkiz kəlmədən ilkidir. Digərləri isə, bunlardır: «Həvvəz», «Hutti», «Qələmən», «fəs», «Qərəşət», «Səhhaz», «Daziğ». Bu sadalamada birdən ona qədər olan hər hərif bir sayılır; ondan sonrakı həriflərin hər birisi isə, on sayılır (Mütərcim).

1 «Əzhab» surəsi, ayə 33.

2 «Şura» surəsi, ayə 23.

Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin