Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri gözlənilir

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 92.6 Kb.
tarix21.10.2017
ölçüsü92.6 Kb.

NAXÇIVANDA

İNSAN HÜQUQLARI VƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN MONİTORİNQİ

Bakı, Azərbaycan
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi  “İnsan Hqları və Mətbuatın Monitorinqi” layihəsinin HESABATI

(01 sentyabr 2010 – 20 may 2011) 

ÜMUMİ MƏLUMAT

Hesabat RATİ əməkdaşlarının  apardığı monitorinq, araşdırmalar və onlara sakinlər tərəfindən  təqdim edilən müraciətlər əsasında hazırlanmışdır.

Layihənin icra olunduğu bu müddət ərzində Muxtar Respublikada olan 7 rayonun (Şərur, Sədərək, Kəngərli, Babək, Şahbuz, Culfa, Ordubad) hər birinə səfərlər edilib. Layihənin icrası zamanı yerli mətbuatın vəziyyəti və insan haqları ilə bağlı araşdırmalar aparılıb. Hüquqları pozulan Naxçıvan Muxtar Respublika vətəndaşlarının təşkilatımıza olan müraciətləri araşdırılıb.  Hüququ pozulan insanlar və onların ailə üzvləri ilə  görüşlər keçirilmişdir.

 7 noyabr 2010-cu il parlament və Naxçıvan MR Ali Məclisinə seçkilər dövründə seçki öncəsi, seçkilər günü və seçkilərdən sonra monitorinqlər aparıldı, qeydə alınmış narazılıqlar, qanun pozuntuları araşdırıldı. Baş vermiş hadisələrlə bağlı faktlar toplandı, foto çəkilişlər aparılaraq məlumatlar hazırlandı,  Azərbaycan və ingilis  dillərində www.nakhchivan.org.az  saytına yerləşdirildi. Habelə hazırlanmış məlumatlar (Azərbaycan və ingilis  dillərində) və fotolar press-reliz şəkildə e-mail ünvanları vasitəsilə  yayıldı. Hüququ pozulmuş insanların problemləri ictimaiyyətə, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına çatdırıldı. Problemlərlə bağlı müxbirlərimiz digər KİV-lərdə (“Azadlıq” radiosunda, “Azadliq”, “Ayna”, “Yeni-Müsavat” və sair qəzetlər)  çıxışlar etdilər. Həmçinin pozulmuş hüquqlarının bərpası üçün sakinlərə hüquqi məsləhətlər verildi. Muxtar Respublikaya səfər edən Böyük Britaniyanın səfiri, ATƏT-in Azərbaycan Respublikası Parlament Seçkiləri 2010 seçkilərin müşahidə missiyasının başçısı səfir Odri Qloverlə,. görüşlər keçirildi. Muxtar Respublikadakı İnsan haqlarının vəziyyəti, seçki öncəsi vəziyyət müzakirə olundu.

Mülkiyyət hüququ, əmək hüququ, sahibkarlıq hüququ, seçki hüququ pozulan, polis zorakılığına məruz qalan, məmurlar tərəfindən bürokratik əngəllər törədilən çoxlu sayda  vətəndaşın müraciət etməsi nəticəsində onların qarşısında yaradılan bürokratik əngəllər aradan qaldırıldı və onların hüquqlarının bərpasına kömək edildi.

Hüququ pozulan bir sıra vətəndaşlara hüquqlarının bərpası üçün aidiyyatı orqanlara müraciətlər olunmasına texniki və hüquqi yardım göstərildi. Ədalətsiz məhkəmə qərarından apellyassiya və kassasiya şikayətlərinin verilməsinə köməklik göstərildi. Müraciət edən vətəndaşların mülki məhkəmə proseslərində iştirak etməklə hakimlərin ədalətsiz qərarlar verməsinin, yuxarıların sifarişinin qisməndə olsa qarşısı alındı.

2 yerli televiziya kanalının (Naxçıvan dövlət televiziyası (NTV), “Kanal 35”), bir yerli radionun (“Naxçıvanın səsi”) və bir yerli qəzetin (“Şərq qapısı”) monitorinqi aparılır.

KİV

Naxçıvan Muxtar Respublikasında 2 yerli televiziya (“Naxçıvan” və “Kanal 35”), 2 radio (“Naxçıvanın səsi”  və Naxçıvan dövlət radiosu) fəaliyyət göstərir. MR-da  9 yerli qəzet: Ali Məclisin orqanı olan “Şərq qapısı”,  Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan “Nuh yurdu”, Şahbuz rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz səsi”, Şərur rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi”, Sədərək rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz yurdu”, Kəngərli rayon İcra Hakimiyyətinin orqanı olan “Yeni həyat”, Babək rayon İcra Hakimiyyətinin orqanı olan “Şərqin səsi”, Culfa rayon İcra Hakimiyyətinin orqanı olan “Arazın səsi”, Ordubad rayon İcra Hakimiyyətinin orqanı olan “El həyatı” qəzetləri çap olunur.

Fəaliyyət göstərən yerli mətbuat orqanlarında ən çox tirajlısı “Şərq qapısı” qəzetidir. Bu qəzet həftədə 5 dəfə 3700 nüsxə, “Şərurun səsi” həftədə 1 dəfə 800 nüsxə və digər qəzetlər həftədə 1 dəfə 500 nüsxə olmaqla çap olunur. Muxtar Respublika Ali Məclisin orqanı olan “Şərq qapısı” qəzetinin, digər qəzetlərin, eləcədə Naxçıvan Dövlət televiziyasının veb səhifələri yoxdur.

“Naxçıvan”(NTV) hər gün saat 10.00-dan 24.00-a kimi , “Kanal-35” televiziyası isə hər gün saat 08.00-dən 24.00-ə kimi efirə çıxır. “Naxçıvan” televiziyası əsasən konsert, elmi-bədii verilişlər, xəbərlər proqramı, bədii filmlər, Naxçıvandakı abadlıq-quruculuq işləri, yeni istifadəyə verilən obyektlərin açılışları və şənbə iməciliklərinə həsr olunmuş verilişlərlə efirə çıxır. Xəbərlər proqramında Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları, eləcədə Muxtar Respublika Ali Məclisi sədrinin sərəncamlar, şənbə iməcilikləri və abadlıq işləri haqqında məlumatlar verilir. Kanalda daha çox hakim Yeni Azərbaycan Partiyasının sədri olan Prezident İlham Əliyev və Ali Məclisin sədri Vasif Talıbovla bağlı xəbərlər üstünlük təşkil edib. Əhəmiyyətindən asılı olmayaraq informasiya proqramlarında İ.Əliyev və V.Talıbovla bağlı məlumatlar ilk  və əsas məlumatlar kimi təqdim olunur  (məsələn - 04 oktyabr). Oktyabrın 4-də prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı yeni tikilən sosial obyektlərin açılışından hazırlanmış reportaj bir neçə gün ardıcıl olaraq saatlarla göstərilib. Reportaj ərzində İ.Əliyev və V.Talıbov birbaşa və dolayısı ilə işıqlandırılaraq təriflənib. Bakıda və rayonlarda yeni tikilən obyektlərin açılışından hazırlanmış reportajlar da bu müddət ərzində göstərilib. Reportajlarda İ.Əliyevlə bərabər xanımı  Mehriban Əliyeva da göstərilib. Məsələn, 10 oktyabrda Bakıda yeni yəhudi məktəbinin açılışı və  14 oktyabrda İ.Əliyevin Mingəçevir şəhərinə səfərini misal göstərmək olar. Naxçıvanda yeni tikilən obyektlərin açılışı zamanı və bir sıra tədbirlərdə, ümumiyyətlə V.Talıbovun iştirak etdiyi tədbirlərin hamısında iştirakçıların əllərində İ.Əliyevin böyük portretləri göstərilib( Məsələn 11 oktyabr).

2010-cu il parlament və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə Namizədlərə Naxçıvan televiziyasında (NTV) çıxışlar üçün 10 dəqiqəlik efir vaxtı ayrılıb. Çıxışlar birbaşa  efirə verilməyib. Əvvəlcədən çəkiliş aparılıb bir neçə saatdan sonra isə efirə verilib. Parlament seçkiləri ilə bağlı dəyirmi masa, tok-şou, müzakirə xarakterli verilişlər olmayıb.

             “Kanal 35” televiziyası əsasən konsert, əyləncəli proqramlar , heyvanlar ailəmi və elmi-bədii verilişlərlə efirə çıxır. Naxçıvanla bağlı , Naxçıvanın abadlığı ilə bağlı sujetlər göstərilərkən H. Əliyevin adına olan ərazilər və obyektlər, H.Əliyevin heykəlləri və İ.Əliyev nümayiş olunur.

Naxçıvan MR-da mövcud olan dövlət qurumlarının İnternet resurs ehtiyatları, başqa sözlə desək, veb-səhifələri yox səviyyəsindədir. Belə ki, 45-dən artıq dövlət qurumunun mövcud olmasına baxmayaraq onlardan cəmi 5-in veb-səhifəsi (MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, NMR Mərkəzi Seçki komissiyası, MR Xarici İşlər idarəsi, NMR Ali Məhkəməsi, NMR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti) mövcuddur:

Səyyar qəzet satıcılarının məlumatına görə 400 mindən artıq əhalisi olan Naxçıvan Muxtar Respublikasında (NMR) müstəqil və müxalifətyönlü qəzetlərin satışı 50 nüxsəni keçmir. Azərbaycanda 4 minə qədər qəzet və jurnalın qeydiyyatdan keçməsi, onlardan təxminən 100-150-nin dərc olunduğunu, mətbuat orqanlarından  təxminən 20-nin gündəlik, digərlərinin həftəlik və ya ayda 1 dəfə nəşr olunduğunu nəzərə alsaq, qəzet köşklərində, səyyar qəzet satıcılarında qəzet və jurnalların müxtəlifliyi gözə dəymir. Köşklərdə bəzi iqtidar qəzetləri (“Azərbaycan”, “Xalq”, “İki sahil” )   “525” və “Ekspress” qəzetləri, səyyar qəzet satıcılarında isə “Yeni Müsavat” ,“Azadlıq”, “Bizim yol” və “Krossvord”   qəzetlərinə rast gəlinir. NMR-də Naxçıvan şəhəri daxil olmaqla 8 inzibati ərazi olduğunu nəzərə alsaq müstəqil və müxalifətyönlü qəzetlərin satışı inzibati ərazilər üzrə 3-4 nüsxəni keçmir.

Dövlət məmurlarına müxalifət qəzetlərini oxumaq qadağan olunub. Bu cür qəzetləri oxuyan məmur işdən qovulma təhlükəsi ilə üz-üzə qalır, dəfələrlə səyyar qəzet satıcılarının polis şöbələrinə aparılması, satdığı qəzetlərin əllərindən alınması kimi faktlara rast gəlinib. 6 aprel 2011-ci ildə Şərur rayonunda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçiləri tərəfindən Oqtay adlı səyyar qəzet satışı ilə məşğul olan şəxsin əlindən satdığı qəzetləri alıb və müxbirimiz bu hadisənin şahidi olub. Qəzetlərin alınmasına səbəb isə “İctimai Palata”nın Bakıda keçirdiyi 2 aprel mitinqindən çəkilmiş şəkillərin qəzetlərdə dərc olması olub.

Habelə iqtisadi vəziyyətin ağırlığı sadə vətəndaşların gündəlik qəzet almasına imkan vermir. Dövlət idarəetməsinin insan hüquqlarına riayət etməməyi və sərtliyi əhalinin aktiv təbəqənin Muxtar Respublikanı tərk etməsinə səbəb olub. Bu amillərin hamısı mətbuat sahəsində və qəzetlərin satışında problemlərin yaranmasına səbəb olub.

Muxtar Respublikada ”Turan” İnformasiya Agentliyinin, “İnterfaks” İnformasiya Agentliyinin və “APA” (Azəri-press) İnformassiya agentliyinin, “525-ci qəzet”, “ Yeni Müsavat” qəzetlərinin, “İctimai” televiziyanın, , “Lider” TV-nin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbirləri fəaliyyət göstərir.

Amma rəsmi dövlət tədbirlərinə, konfrans və brifinqlərə və digər tədbirlərə müstəqil jurnalistlər dəvət olunmayıb və tədbirlərə buraxılmayıb.

 Jurnalistlərə təzyiqlər və peşə fəaliyyətinə maneçilik

1 sentyabr 2010-cu il tarixdə Naxçıvan  şəhərin mərkəzi küçələrindən birində ictimaiyyət qarşısında Naxçıvan şəhər 5 Saylı Mənzil İstismar İdarəsinin mühasibatlığında  işləyən Ləzifə Kərimova  RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasova  yaxınlaşaraq ona qarşı təxribat xarakterli, qadına yaraşmayan nalayiq ifadələrlə söyüb və təhqir edib.  Həmin gün RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu  Mehdiyevin yaxınlarına təzyiq olunaraq onunla ünsiyyət qurmamaq və evinə gedib gəlməmək tələb olunub. Həmçinin Naxçıvan Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzinin əməkdaşı İlqar Nəsibov bir neçə öyrədilmiş şəxs tərəfdən söyülərək təhqir olunub. Həmin şəxslər onu həbs etdirməklə hədələyib.

29 oktyabr 2010-cu il tarixdə seçkilərlə bağlı reportaj hazırlamaq istəyən RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyev (Həkimedostu Mehdiyev həm də “Yeni Müsavat” qəzeti ilə əməkdaşlıq edir) və Elman Abbasov 1 saylı Şərur Dairə Seçki Komissiyasının sədri Asəf Məmmədovun göstərişi ilə həmin dairənin 3 saylı seçki məntəqəsinə buraxılmayıblar.

5 Noyabr 2010 cu il tarixində Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İsfəndiyar Nağıyevin sədrliyi ilə 13 avqust 2010-cu il tarixdə səhər saat 5 radələrində yaşadığı evdən çağırılaraq bıçaqla qətlə yetirilən, 1980-ci il təvəllüdlü  Bayramov Mamed Rövşən oğlunun qətlində təqsirli bilinərək həbs olunmuş və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılmış Nadirov Rəsul Samil oğlunun məhkəməsinə hazırlıq prosesi keçirilib. Məhkəmənin hazırlıq iclasının açıq keçirilməsinə baxmayaraq  RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasov məhkəməyə buraxılmayıblar.

7 noyabr parlament seçkiləri ilə bağlı  reportaj hazırlayan və seçkilərin gedişini müşahidə etmək istəyən RATİ-nin Naxçıvandakı müxbiri, eyni zamanda “Yeni Müsavat” qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyev, hüquq müdafiəçisi, habelə  ”Turan” İnformasiya Agentliyinin müxbiri Məlahət Nəsibova və Naxçıvan Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzinin əməkdaşı, jurnalist İlqar Nəsibov seçki məntəqələrinə buraxılmayıblar. Məlahət. Nəsibova və İlqar Nəsibov 4 saylı DSK-nın  7 saylı məntəqəsinin sədri Məmmədov Səməd Məmməd oğlu tərəfindən seçki məntəqəsinə buraxılmayıblar və məntəqə sədri onlarla qarşı kobudluq edərək, jurnalistləri itələməklə məntəqədən kənarlaşdırıb.

16 dekabr 2010-cu il tarixində bir qrup hüquq müdafiəçisi - RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Elman Abbasov və Həkimeldostu Mehdiyev, Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova, eyni zamanda RATİ-nin Bakıdan gələn nümayəndəsi Rəsul Cəfərov Naxçıvanın Püsyan kəndində təzyiqə məruz qalıblar. Püsyan kəndində bir həftə əvvəl repressiyalara məruz qalmış ailəyə baş çəkən hüquq müdafiəçilərinin kənddən çıxamasına maneələr törədilib. Kəndin girişi və çıxışında yollar bir qrup mülki geyimli şəxslər tərəfindən kəsilib, hüquq müdafiəşilərinin olduğu avtomobilin gəldiyini görə şəxslər yol boyu 3 maşını saxlayaraq avtomobilin dayandırılmasına cəhd göstəriblər. Bununla yanaşı bir neçə nəfərdən ibarət olan qruplar maşının qarşısına atılaraq onun saxlanmasına cəhd ediblər. Nəticədə yalnız sürücünün sayıqlığı nəticəsində avtomobili dayandırmaq və qapılarını açmaq mümkün olmayıb, avtomobilin qabaq hissəsi naməlum şəxslərdən birinin zərbəsi nəticəsində zədələnib.

15 Fevral 2011-ci il tarixdə Naxçıvan şəhər sakini Nadir Məmmədov ona qarşı yol polislərinin etdiyi qanunsuzluqlarla bağlı prezident İlham Əliyevə müraciət etdiyi və RATİ-nin Naxçıvandakı müxbirlərinə müsahibə verdiyi üçün DİN-ə çağırılıb. Şəxsən nazir Əhməd Əhmədov onu təhqir edib və ona bir neçə zərbə endirib. Bundan başqa Əhmədov onun üç barmağını kəlbətinlə əzib və deyib ki, ya Naxçıvanı tərk eləsin, ya da DİN-dən cıxan kimi RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasovun sifətinə bir sillə vursun ki,  onu rahat buraxsınlar.

12 mart 2011-ci il tarixində RATİ-nin Naxçıvandakı müxbirləri Culfa sərhəd keçid məntəqəsinin qrşısında reportaj hazırlayarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının təzyiqinə məruz qalıblar. Müxbirlərdən ərazini tərk etmələri  tələb edilib. Çəkiliş apararkən isə mayor rütbəli, özünü Culfa sərhəd keçid məntəqəsinin rəisi kimi təqdim edən zabit müxbirləri itələyərək ərazidən kənarlaşdırmağa çalışıb.

22 aprel 2011-ci il tarixində Babək rayon Nehrəm kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Elman Abbasova, Həkimeldostu Mehdiyevə və jurnalist İlqar Nəsibova Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov tərəfindən  təzyiq olunub və onların peşə fəaliyyətlərinə maneçilik törədib. Təvvəkkül Ələkbərov əl-qol hərəkətləri ilə müxbirlərə diktofonları söndürməyi, çəkiliş aparmamağı , təkidlə binanı tərk etməyi tələb edib.

15 may 2011-ci ildə   Naxçıvan şəhər sakini Abdullayev Hacı Eldar oğlunun VAZ-2107 markalı 44-BM-884  dövlət nömrə nişanlı  şəxsi avtomobili heç bir qaydanı pozmadan Muxtar Respublika Dövlət Yol Polisinin əməkdaşları tərəfindən zorla əlindən alınaraq Cərimə meydançasına aparılıb. Yol polisləri avtomobili saxlayarkən özlərini təqdim etməyiblər, sürücüyə və yanındakılara qarşı kobud davranıblar, avtomobili hansı səbəbdən cərimə meydançasına aparmaları haqda izahat verməyiblər və sənəd təqdim etməyiblər.



QHT-lər

5 may 2010-cu ildə təsis edilmiş “İnsan Hüquqları və Mətbuatın Monitorinqi” ictimai birliyini Naxçıvan MR Ədliyyə Nazirliyi qeydiyyata almayıb. 20 may 2010-cu il tarixdə dövlət qeydiyyatına alınması üçün təşkilatın sənədləri MR Ədliyyə Nazirliyinə göndərilsə də, təşkilatın qeydiyyata alınması qəsdən yubadılıb və  qeydiyyata alınıb alınmaması haqda təsisçilərə məlumat verməkdən imtina edilib. Bu səbəbdən  təsisçilər 17 sentyabr 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı Naxşivan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər. Birliyi  dövlət qeydiyyatına  alınmaması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində Naxçıvan Muxtar Respublika Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddia icraata götürülməyib. 



Polis, məmur özbaşınalığı və rüşvətxorluq

Muxtar Respublika Pasport və Viza Qeydiyyat İdarəsində ümumvətəndaşlıq pasportu alan vətəndaşların  hər birindən 10 manat qanunsuz ödəniş tələb olunur və bu ödənişi etməyənlər  incidilir. Şərur rayon sakini Telman Mehdiyev Muxtar Respublika Pasport və Viza Qeydiyyat İdarəsində ümumvətəndaşlıq pasportu alarkən ondan 10 manat qanunsuz ödəniş tələb olunub və bu ödənişi etməyənə qədər süründürməçiliklə üzləşib. Tələb edilən  məbləği ödəyəndən sonra isə ona  ümumvətəndaşlıq pasport verilib. Amma ona etdiyi əlavə  ödənişin əvəzində qəbz verilməyib.

Yerli sahibkarların paytaxtdan Muxtar Respublikaya gətirmək istədiyi mallardan Muxtar Respublikanın gömrük keçid məntəqələrində qanunla nəzərdə tutulmayan ödənişlər rüsum adı ilə tələb olunur.

İstehsal tarixi 2006-cü ilə qədər olan avtomobillərin xarici dövlətlərdən və paytaxt  Bakıdan Naxçıvan Muxtar Respublikasına gətirməsi qadağan edilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həmin avtomobillər gömrükdən geri qaytarılır və ya Muxtar Respublika Dövlət Yol Polisi (DYP) tərəfindən onlara dövlət nömrə nişanı verilmir

2010-cu ilin sentyabr ayında Ümid Partiyasının MR təşkilatının sədri  Faiq Əliyevin Gürcüstandan alaraq Naxçıvana gətirdiyi 2000-ci il Yaponiya istehsalı olan  “MİTSUBİSHİ PAJERO” markalı avtomobil qanunsuz olaraq Muxtar Respublika (MR) Dövlət Yol Polisi tərəfindən dövlət qeydiyyatına alınmayıb və dövlət nömrə nişanı verilməyib.

12 Noyabr 2010-cu il tarixdə  7 noyabr parlament seçkilərində 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” seçki blokunun vahid namizədi olmuş Səxavət Əliyevin qardaşı Sabit Əliyev Püsyan kənd icra nümayəndəsi Amili Əbilov, Püsyan kənd orta məktəbinin direktor əvəzi Asəmin Mahmudovu, kəndin mollası Yasin Əliyev tərəfindən şərləndiyi üçü Şərur rayon Polis Şöbəsinə çağırılıb və məhkəmənin hökmü olmadan, qanunsuz olaraq 21 noyabr tarixədək polis şöbəsində saxlanılıb. Evə buraxılarkən S. Əliyevdən yaşadığı ərazini tərk etməmək haqda iltizam alınıb. 

10 dekabr 2010-cu il 7 noyabr parlament seçkilərində 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” seçki  blokunun vahid namizədi olmuş Səxavət Əliyevin qardaşı Çapay Əlisoyun evinə polis basqın edib. Onun həyətində olan kiçik dükanı traktorla dağıdılıb. Ç.Əlisoy, bacısı Rəxşəndə Tağıyeva, əmisi qızları Gülarə və Balaxanım Əliyevalar, bacılarından Rəxşəndə Tağıyevanın həyat yoldaşı Bayram Tağıyev, bacıoğlusu Zakir Babayev polislər tərəfindən qəddarlıqla döyülüblər. Döyülənlərin vəziyyəti ağır olmasına baxmayaraq onlara tibbi yardım göstərməkdən imtina edilib. Basqına rəhbərliyi Şərur rayon Polis İdarəsinin rəisi Məmməd Hüseynov və İbadullah Polis Bölməsinin rəisi Əhməd Təhməzov edib.

24 noyabr 2010-cu il tarixində Babək Rayon İcra Hakimiyyətinin başçısı  Elçin Hüseynəliyev 7 noyabr 2010-cu il parlament seçkilərindən 6 saylı Culfa-Babək  Seçki Dairəsindən “AXCP-Müsavat”  seçki blokunun, eyni zamanda 18 saylı Nehrəm Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinin namizədi olmuş, AXCP Naxçıvan Muxtar Respublika Təşkilatının sədr əvəzi, Yaşar Bağırsoyun qardaşı fermer Zeynalabdin Bağırzadə Bağır oğluna məxsus fermer təsərrüfatının ərazisinə gələrək kəndin icra nümayəndəsinin, bələdiyyə sədrinin və Nehrəm Kənd Su Asossasiyasının sədrinin, torpaq komitəsinin nümayəndəsinin yanında onu təhdid edib. Qardaşı Yaşar Bağırsoy müxalifətçi olduğu üçün ondan fermer təsərrüfatını satmağı tələb edib.

13 avqust 2010-cu il tarixdə səhər saat 5 radələrində yaşadığı evdən çağırılaraq bıçaqla qətlə yetirilən, 1980-ci il təvəllüdlü  Bayramov Mamed Rövşən oğlunun ailə üzvləri Naxçıvan şəhər prokurorluğunun işlə bağlı apardığı istintaqın gedişindən narazı olduqlarını bildirdikləri üçün Naxçıvan Şəhər prokurorluğunda təzyiq və hədələrə məruz qalıblar. Onlar ibtidai istintaqı aparan Naxçıvan şəhər Prokurorluğunun müstəntiqi Babayev Rəşad Mübariz oğlu tərəfindən həbs olunmaqla hədələnib.

2011 ci ilin Fevaral ayından başlayaraq Naxçıvan şəhərində yerləşən  “Cahan” ticarət mərkəzində Naxçıvan Muxtar Respublikası Vergilər  Nazirliyinin işçiləri yoxlamalara başlayıb. Ticarətlə məşğul olan 100-dən artıq dükan sahibinin hər birindən 1-5 min manat arasına olan məbləğdə (yəni dükanı balaca olanlardan min, orta 3 min, böyük olanından 5 min)pul tələb olunub. Sahibkarlar onlardan tələb olunan məbləği verməyənə qədər vergi işçiləri onların işləməsinə imkan verməyib. İstənilən məbləği ödəmədikdən imtina edənlərdən isə dükanları təhvil verib getmələri tələb olunu. Pulu aldıqdan sonra isə hansısa bir nöqsan olması haqda akt yazılıb, aldıqları pulun az bir hissəsi sənədləşdirilərək cərimə şəkilində dövlətə keçirilib. Qalan hissəsi isə mənimsənilib.

Hesabat dövründə Muxtar Respublika Dövlət Yol Polisində (DYP) özbaşınalıq, sürücülərin qanunsuz cərmələnməsi, sürücülərdən qanunsuz ödənişlər tələb olunması hallarına rast gəlinib. Belə ki, 13 fevral 2011-ci il tarixdə saat 10.00 radələrində Naxçıvan şəhərində N.Məmmədovun idarə etdiyi 1988-ci il buraxılış VAZ 21-011 markalı avtomobil heç bir qanun pozuntusuna yol verilmədiyi halda DYP əməkdaşları tərəfindən saxlanılıb. Ona  avtomobilin güya çirkli olduğunu əsas gətirərək cərimə olunması üçün protokol yazılıb. Protokola imza atmaqdan imtina etdiyini üçün  onun sənədləri yol polisləri tərəfindən götürülüb. N.Məmmədova bundan əvvəl də bir neçə dəfə əsasız olaraq cərimə olunub. Amma ödədiyi cərimənin əvəzinə ona heç qəbz də verilməyib.    Cərimə yazılmasına etiraz etdikdə isə onun idarə etdiyi avtomobili cərmə meydançasına aparmaqla hədələyiblər.

Fevralın 15-də Naxçıvan şəhər sakini Nadir Məmmədov ona qarşı yol polislərinin etdiyi qanunsuzluqlarla bağlı prezident İlham Əliyevə müraciət etdiyi və RATİ-nin Naxçıvandakı müxbirlərinə müsahibə verdiyi üçün DİN-ə çağırılıb. Şəxsən nazir Əhməd Əhmədov onu təhqir edib və bir neçə zərbə endirib. Bundan başqa Əhmədov onun üç barmağını kəlbətinlə əzib.

Sədərək Keçid Məntəqəsindən Türkiyəyə keçib gedən  bütün avtomobillərdən əsassız olaraq 20 manat rüsum tələb olunub və bunun müqabilində verilən qəbzlər isə gömrükdən çıxmamış sürücülərdən alınır. Martın 2-də RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyev sərhəd keçid məntəqələrindəki vəziyyətlə yaxından tanış olmaq məqsədi ilə Sədərək Keçid Məntəqəsindən Türkiyəyə keçib və geri qayıdıb. Həmin məbləği müxbirdən da istəyiblər. Müxbir özünü təqdim edərək, məbləğin nə üçün alındığını izah etmələrini xahiş  edib. Ondan rüsum tələb edən Dövlət Gömrük Xidmətinin əməkdaşı Əli Novruzov açıqlama verməkdən imtina edərək müxbiri təhqir edib.

Mayın 13-də  Naxçıvan Şəhər 1 Saylı Polis Bölməsinin 3 nəfər əməkdaşı Naxçıvan şəhər sakini Əsədov Vilayət Musa oğlundan qanunsuz istədikləri pulu vermədiyi üçün polis bölməsinə gətiriblər.  Polislər onun qolunu qandallayaraq özündən gedənə qədər döyüblər. Nəticədə Vətəndaş ciddi bədən  xəsarətləri alıb və sol ayağı qırılıb, ayaqlarının damarları partlayıb.

7 may 2011-ci il tarixdə Şərur rayon Kürkənd sakini, Şərur rayon bazarında arabaçı işləyən İsmayılov Səttar Aydın oğlu Kəngərli rayon Polis şöbəsinə çağırılaraq bölmənin baş müstəntiqi Nəhayət Əhmədov, rəis müavini Malik Səfərov və Seyidəli adlı polis nəfəri tərəfindən döyülüb. Döyülməsinə səbəb isə 7 may tarixdə səhər saat 8 radələrində işlədiyi bazarın qraşısında 2 gün əvvəl ailə daxili mübahisəyə görə evlərindən qaçmış,  Kəngərli polisi tərəfindən axtarılan gənc bir qadına rast gəlməsi və həmin qadının valideynlərinin telefonunu öyrənərək qızlarının yeri haqda onlara məlumat verməyi olub. Polislər heç bir əsas oilmadan S.İsmayılovdan həmin qadının evdən qaçmasının səbəbkarı olması haqda izahat verməsini tələb ediblər. O, isə bundan imtina edib. Bundan sonra polislər onu döyərək 1000 manat pul gətirməsini tələb ediblər.

Məhkəmə

Noyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İsfəndiyar Nağıyevin sədrliyi ilə 13 avqust 2010-cu il tarixdə səhər saat 5 radələrində yaşadığı evdən çağırılaraq bıçaqla qətlə yetirilən, 1980-ci il təvəllüdlü  Bayramov Mamed Rövşən oğlunun qətlində təqsirli bilinərək həbs olunmuş və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılmış Nadirov Rəsul Samil oğlunun məhkəməsinə hazırlıq prosesi keçirilib. Məhkəmənin hazırlıq iclasının açıq keçirilməsinə baxmayaraq  RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasov məhkəməyə buraxılmayıblar.

17 sentyabr 2010-cu il tarixdə “İnsan Hüquqları və Mətbuatın Monitorinqi” ictimai birliyi  dövlət qeydiyyatına  alınmamağı ilə bağlı Naxçıvan Muxtar Respublika Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddia Naxçıvan Şəhər Məhkəməsində icraata götürülməyib.

 Sərbəst hərəkət etmə hüququnun məhtudlaşdırılması

Hesabat dövründə  Muxtar Respublikanın bir-çox sakininin  qonşu İran və Türkiyəyə səfər etməsinə  məhdudiyyətlərin qoyulduğu müşahidə edilib. Vətəndaşların adı çəkilən ölkələrə hər gün gedib-gəlməsinə qanun yol  versə də, gömrük keçid məntəqələrində  sakinlərin adı çəkilən dövlətlərə 15 gündən bir getməsinə icazə verilib.

Şərur rayon Muğanlı kənd sakini, Bakı İslam Universitetinin məzunu, İran İslam Respublikasının Qum şəhərində dini təhsil almış, Axund İmanaov Kamil Teymur oğlunun hüquq mühafizə orqanları tərəfindən sərbəst hərəkət etməsinə məhdudiyyət qoyulması davam edir. Onun xarici dövlətlərə çıxışı heç bir əsas olmadan qadağan olunub.  O İranda və Türkiyədə yaşayan qohumlarımın yanına, ziyarətgahlara gedə bilmir. Keçiddə dövlət sərhəd xidmətinin əməkdaşları onu saxlayaraq geri qaytarırlar. Buna səbəb kimi isə pasportumda xarici ölkələrə çıxmağına qadağa qoyulduğu bildirilsə də, səbəbi açıqlanmayıb.

 Vətəndaşların istismarı

              Hesabat dövründə hər həftənin şənbə günləri Muxtar Respublika ərazisində bütün idarə və müəssisələrin, məktəblərin, xəstəxanaların işçiləri  məcburi qaydada iməciliklərə çıxarılması davam etdirilib. Bütün idarə və müəssisələrin hər birinə bağ salmaq və təmizlik işləri görmək üçün sahələr ayrılıb. İməciliklərdə iştirak etməkdən imtina edənlər işdən çıxarılmaqla hədələniblər (Məsələn, 2007-ci ildə Ordubad rayon sakini Təvəkkül Süleymanov iməciliyə çıxmaqdan imtina etdiyi üçün işlədiyi məktəbdə müəllimlikdən azad edilib və hələ də işə bərpa olunmayıb).

 Muxtar Respublikaya gətirilən ərzaq və sənaye mallarına məhdudiyyət

            İran və Türkiyədən yumurta, toyuq əti, kartof, bəzi meyvə-tərəvəz məhsulları, şirələr, sənaye malları və sair gətirilməsinə məhdudiyyətlər qoyulub. Sakinlərin İran və Türkiyədən ailə tələbatlarını ödəmək üçün gətirmək istədikləri ərzaq malları əllərindən alınaraq müsadirə edilir və  ya onlar həmin malları gömrükçülərə təhvil verməmək üçün Araz çayına atırlar. Naxçıvan şəhər sakini Sevda Məmmədova İrandan gətirdiyi bir kaset (30 ədəd) yumurtanı gömrükçülərə təhvil verməmək üçün Araz çayına atıb.

Yerli sahibkarların paytaxtdan Muxtar Respublikaya gətirmək istədiyi mallardan gömrük keçid məntəqəsində qanunsuz rüsumlar tələb olunub.  Bakıdan gətirdiyi 50 cüt fəhlə əlcəyi üçün Culfa Keçid Məntəqəsində Namiq Rəhimovdan qanunsuz 15 manat istəyiblər.

Siyasət

Naxçıvan Muxtar Respublikasında  əsasən müxalifət partiyalarından AXCP, Müsavat Partiyası, Ümüd Partiyası, Böyük Quruluş Partiyalarının yerli təşkilatları vardır. Bu partiyalar seçkilərə iştirak etməsinə baxmayaraq partiyaların yerli təşkilatları fəaliyyətsiz olublar. Bu partiyalardan 7 noyabr parlament seçkilərində aktivlik göstərən şəxslər isə təqibə məruz qalıblar.

Məsələn, Müsavat Partiyası Şahbuz rayon təşkilatının sədri, Məmmədqulu Əliyev və onun ailəsinə  qarşı onun oğlu Hafiz Əliyev seçkilərdə müşahidəçi kimi iştirak etməsi və seçki saxtakarlığına etiraz etməsindən sonra təzyiqlər başlanıb. Həm ata, həm də oğul Əliyev işdən çıxarılıblar. Məmmədqulu Əliyev Şahbuz rayonun Keçili kənd orta məktəbində, oğlu Hafiz Əliyev Şahbuz Rayon Ağbulaq kənd orta məktəbində müəllim işləyirmişlər. Məmmədqulu Əliyev bu haqsızlığa etiraz əlaməti olaraq noyabrın 22-dən başlayaraq bir həftə ərzində acliq aksiyası da keçirib. Rayon rəhbərliyinin və hüquq mühafizə orqanlarının təzyiqi və təsiri ilə M.Əliyev Müsavat Partiyası Şahbuz rayon təşkilatının sədrliyindən istefa verərək partiya sıralarını tərk edib.

 Habelə 2 saylı Şərur Dairə Seçki Komissiyasının 6 saylı seçki məntəqəsində öz təşəbbüsü ilə 7 noyabr parlament seçkilərində müşahidəçi olmuş, Şərur rayon Rabitə İdarəsində poçtalyon işləyən, Şərur rayon sakini Zakir Əsgərov da eyni motivlə işdən çıxarılıb.

7 noyabr 2010-cu il parlament seçkilərindən sonra 6 saylı Culfa-Babək  Seçki Dairəsindən “AXCP-Müsavat”  blokunun, eyni zamanda 18 saylı Nehrəm Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinin namizədi olmuş, AXCP Naxçıvan Muxtar Respublika Təşkilatının sədr əvəzi, Yaşar Bağırsoya və ailə üzvülərinə qarşı Babək Rayon Hakimiyyətinin başçısı  Elçin Hüseynəliyevin tapşırığı ilə təzyiqlər başlayıb. Tez-tez evlərinə polis göndərilir, izlənilir və daima nəzarətdə saxlanılır. Özünə və fermer qardaşı Zeynalabdin Bağırzadə Bağır oğluna və digər qohumlarına məxsus əkin sahələrinə gələn su xətləri qaynaq edilib.  Bu səbəbdən ona məxsus olan 5 hektar taxıl sahəsi, qardaşının isə 6 hektar əkin sahəsi 2000 ədəd meyvə ağacı əkilmiş bağı su verilməməsi səbəbindən məhv edilir. Yaşar Bağırsoya AXCP-ni tərk etmək təklif olunur və bunun müqavilində bütün problemlərin həll olunacağı vəd edilir. Noyabrın 24-də rayon icra başçısı müxalifətçinin qardaşı fermer Zeynalabdin Bağırzadə Bağır oğluna məxsus fermet təsərüfatının ərzisinə gələrək kəndin icra nümayəndəsinin, bələdiyyə sədrinin və Nehrəm Kənd Su Asossasiyasının sədrinin, torpaq komitəsinin nümayəndəsinin yanında onu təhdid edərək qardaşının müxalifətçi olduğu üçün ondan fermer təsərrüfatını satmağı tələb edib. Bundan sonra təsərrüfatın dağıdılması prosesi başlanıb. Fermerin. 21 aprel tarixdən isə öyrədilmiş şəxslər tərəfində mal-qara ötürülərək onun əkin sahələri otarılır.

 Seçki azadlığı

           7 noyabr 2010 parlament seçkiləri Naxçıvan Muxtar Respublikasında 7 Dairə Seçki komissiyası üzrə, 316 məntəqə seçki komissiyasında keçirilib. Seçki məntəqələrinin 292-si açıq, 24-ü isə qapalı olub. 7 deputat yerinə qarşı müxtəlif partiya və bloklardan olmaqla 29 nəfərinin namizədliy qeydə alınıb. Seçici siyahısında Muxtar Respublika üzrə 256 min 317 seçici olub.

DSK və MnSK-ların tərkibində  müxalifətdən olan nümayəndələr təmsil olunmayıb. Parlamentdə təmsil olunan partiyaların və bitərəflərin adından DSK və MnSK-larda İcra Hakimiyyətinin başçılarının təyin etdiyi nümayəndələr təmsil olunub. 1 saylı DSK-da BXCP, 2 saylı DSK-da Sosial Rifah Partiyasının (SRP), 3 saylı  Babək-Kəngərli-Naxçıvan DSK-da Vətəndaş Həmrəylik Partiyası (VHP) və Ədalət (ƏP),  4 saylı Naxçıvan şəhər DSK-da Bətəndaş Birlik Partiyası (VBP), 5 saylı Şahbuz-Babək DSK-da Böyük Quruluş (BQP), 6 saylı Babək –Culfa DSK-da BXCP, 7 saylı DSK-da ƏP və VHP-ni  MnSK-larda təmsil edən nümayəndələr İcra hakimiyyəti başçıları tərəfindən təyin olunmuş hakim YAP üzvləri və ya partiyaya yaxınlığı ilə seçilən şəxslər olub. MnSK-larda sədr və katiblər dövlət müəssisələrində işləyən məmurlardan ibarət olub.

 Seçki öncəsi  durum

            Muxtar Respublika ərazisində seçki öncəsi seçki mühiti, seçki aktivliyi müşahidə olunmayıb. Mitinqlərə yer verilməyib. Təşviqat dövründə müxalifətdən olan namizədlər qapı-qapı kompaniyasına, məhəllələrdə görüşə üstünlük verib. Yerlərdə YAP-dan olan namizədlərin seçicilərlə görüşünü icra nümayəndələri  DSK-lar təşkil edib. Onların görüşünə Universitet tələbələri, məktəb kollektivləri,  idarə və müəssisələrin kollektivləri cəlb olunub.

            1 saylı Sərur–Sədərək seçki dairəsindən “AXCP-Musavat” blokunun vahid namizədi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova alternativ Abdullayev İlyas Abbas oğlu Naxçıvanda seçki mühitinin olmamağını, insanların qorxu içində yaşamasını, MnSk-larda AXCP və Müsavat Partiyasının təmsil olunmamağını, MnSK-lara müşahidəçi, səlahiyyətli nümayəndə verməsinin qarşısının alındığını, alternativi Vasif Talıbovun NMR Ali Məclisinin sədri vəzifəsini icra etməsini və bütün inzibati resursların onun əlində olmasını əsas gətirərək seçkilərdə iştirakdan imtina edib.

2 Saylı Şərur DSK-dan YAP namizədi İsa  Həbibbəyli seçicilərlə görüşündə ətrafda yerləşən  MnSK-ların  üzvüləri, məktəb müəllimləri, sosial müdafiə fondunun işçiləri, icra nümayəndələri və digər dövlət müəssisələrinin işçiləri gətirilib. İsa Həbibbəylinin görüşlərini 2 saylı DSK sədri Kamal Abdullayev və Şərur rayon İcra hakimiyyətinin müavini Rövşən İsgəndərov  təşkil edib.

2 saylı Şərur Dairə Seçki Komissiyasından(DSK) AXCP-Müsavat blokunun vahid namizədi Səxavət Əliyevin verdiyi 26 nəfər müşahidəçi DSK tərəfindən qeydiyyata alınmayıb.

Seçkilərə iki gün qalmış namizəd 2 saylı DSK-nın 3 saylı məntəqəsində əvvəlcədən yazılmış seçkilərin nəticəsi ilə bağlı yekun protokolu əldə edib və həmin protokolda yazılanlar seçki günü həmin məntəqənin nəticələri ilə eyni olub.

5 saylı DSK-da YAP-n namizədi Siyavuş Novruzovun da təşviqatına bütün inzibati resurslar istifadə olunub.

4 saylı Naxçıvan şəhər DSK-dan YAP Namizədi Eldar İbrahimovun seçicilərlə görüşlərini Naxçıvan Şəhər İcra Hakimiyyətinin Başçısı V. Səfərov təşkil edib. Namizədin görüşlərinə məcburi qaydada Universitet tələbələri, ərazidə olan bütün məktəblərin, dövlətin idarə, müəssisələrinin kollektivləri cəlb olunub.

6 saylı Culfa-Babək Dairə Seçki Komissiyasından(DSK) “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Yaşar Bağırsoyun seçki məntəqələrinə təqdim etdiyi müşahidəçilərin sənədləri DSK tərəfindən qəbul olunmayıb. Namizədin təşviqat materialları cırılıb. DSK və MSK-ya etdiyi şikayətlərə reaksiya verilməyib.

7 saylı Ordubad-Culfa Dairə Seçki Komissiyasında Azərbaycan Milli Məclisinə qeydə alınmış namizədlərə təşviqat aparmaq üçün fərqli münasibət göstərilib. Digər namizədlərdən fərqli olaraq “İslaht” blokun vahid namizədi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BXCP) sədri Qüdrət Həsənquliyevin təşviqat kompaniyasına dövlət qurumları yardım edib, onun seçicilərlə görüşünə məcburi qaydada bütün məktəblərin, dövlətin idarə, müəssisələrinin kollektivləri cəlb olunub. Dövlət işçilərinin hamısına 7 noyabr seçkilərində BXCP-nin namizədini dəstəkləmək tapşırığı verilib.

 Bütün namizədlərin təşviqat materialları Ali Məclisin orqanı olan “Şərq qapısı” qəzetində çap olunub və Naxçıvan televiziyasında (NTV) çıxışlar üçün 10 dəqiqəlik efir vaxtı ayrılıb. Çıxışlar birbaşa  efirə verilməyib. Əvvəlcədən çəkilib bir neçə saatdan sonra efirə verilib. Parlament seçkiləri ilə bağlı dəyirmi masa, tok-şou, müzakirə xarakterli verilişlər olmayıb.

Seçki günü

Seçkiləri günü MR-də olan DSK-ların ərazisində yerləşən MnSK-larda total saxtakarlığa yol verildiyi müşahidə olunub. Gün ərzində yerli  icra nümayəndələri seçkili məntəqələrində seçkinin gedişinə açıq şəkildə müdaxilə edib (məsələn 4-35 saylı MnSK). Müstəqil və müxalifətdən olan müşahdəçilər seçki məntəqələrinə buraxılmayıb (4-6 saylı MnSK). “Karusel” əməliyyatı aparılıb. “Karusel”-də məcburi qaydada bütün rayonların məktəb kollektivləri, sosial müdafiə fondunun, məşğulluq, vergi, maliyyə idarələrinin, hakimiyyətə yaxınlığı ilə seçilən özəl şirkətlərin işçiləri yaxından iştirak edib (Veb kamera quraşdırılan 4 saylı Naxçıvan Şəhər DSK-nın 15 saylı və 17 saylı seçki məntəqələrində Culfa və Kəngərli rayonunda pasport qeydiyyatında olan şəxslər səs verib). Məntəqə Seçki komissiyasının üzvləri tərəfindən seçki qutularına topa bülleten atılıb. Bülletenlərin küncləri topa halda kəsilib, seçicilərə seçki bülletenləri iki-iki verilib (4-25 saylı MnSK). Seçicilərin barmaqları ultrabənövşəyi şüa ilə yoxlanmadan seçki məntəqələrinə buraxılıb (4-35 saylı MnSK). Eyni adamlar bir nəfər bir neçə dəfə səs verib. Qutulara topa bülleten atıldıqdan sonra seçici siyahısını seçicilərin əvəzinə komissiya üzvləri tərəfindən  imza atıb (4-25 saylı MnSK).

            Seçki günü bir çox məntəqələrdə Prezident İlham Əliyevin böyük portreti səsvermə kabinələrinin qarşısında divardan asılıb (1 saylı DSK-nın 2 saylı seçki məntəqəsində, 3 saylı DSK-nın 41 saylı seçki məntəqəsində, 4 saylı DSK-nın 15 saylı seçki məntəqəsində).

 Seçki məntəqələri bağlandıqdan sonra seçki bülletenləri sayılmayıb. Seçkinin nəticələri yekun protokolda düzgün əks olunmayıb( 2 saylı DSK 3 saylı MnSK). Yekun  protokolların surəti müşahidəçilərə və səlahiyyətli nümayəndələrə verilməyib.

7 noyabr parlament seçkilərində seçkilərə bağlı reportaj hazırlayan və seçkilərin gedişini müşahidə etmək istəyən RATİ-nin Naxçıvandakı müxbiri, eyni zamanda “Yeni Müsavat” qəzetinin bölgə müxbiri H.Mehdiyev 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur Dairə Seçki Komissiyalarının sədrlərinin göstərişi ilə seçki məntəqələrinə buraxılmayıb.

 Hüquq müdafiəçisi ”Turan” İA-nın müxbiri M.Nəsibova və Naxçıvan Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəznin əməkdaşı yurnalist İ. Nəsibov 4 saylı DSK-nın 4-7 saylı məntəqəsinin sədri Məmmədov Səməd Məmməd oğlu tərəfindən seçki məntəqəsinə buraxılmayıblar və məntəqə sədri onlarla kobud davranaraq fiziki güc tətbiq edib və onların peşə fəaliyyətlərinə mane olub.



Seçkidən sonra

12 Noyabrın 2010-cu il tarixdə  7 noyabr parlament seçkilərində 2 saylı Şərur Dairə Seçki Komissiyasından (DSK) “AXCP-Müsavat” seçki blokunun vahid namizədi olmuş Səxavət Əliyevin qardaşı Sabit Əliyev Püsyan kənd icra nümayəndəsi Amili Əbilov, Püsyan kənd orta məktəbinin direktor əvəzi Asəmin Mahmudovu, kəndin mollası Yasin Əliyev tərəfindən şərləndiyi üçü Şərur rayon Polis Şöbəsinə çağırılıb və məhkəmənin hökümü olmadan, qanunsuz olaraq 21 noyabr tarixədək polis şöbəsində saxlanılıb. Evə buraxılarkən S. Əliyevdən yaşadığı ərazini tərk etməmək haqda iltizam alınıb. 

5 saylı Şahbuz-babək dairəsindən 7 noyabr 2010-cu il parlament seçkilərində “Qarabağ” blokunun vahid namizədi Məmmədov Əbdül Cəlal oğlu seçki günü məntəqə seçki komissiyalarında (MnSK) baş verən qanun pozuntuları və saxtakarlıq faktları ilə bağlı Dairə Seçki Komissiyasına (DSK) və Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək, seçkinin nəticəsini ləğv etməyi tələb edib.

Naxçıvan MR Ali Məclisinə seçkilər

             Naxçıvan MR Ali Məclisinə seçkilər 7 noyabr parlament  seçkiləri ilə eyni gündə keçirilib. Ali Məclisinə seçkilər 45 dairə üzrə 292-si açıq və  24-ü qapalı olmaqla  316 məntəqədə keçirilib. Seçici siyahısında muxtar respublika üzrə 256 min 317 seçici olub. MR Ali Məclisə seçkiləri keçirmək üçün yaradılmış DSK və MnSk-ların tərkibinin formalaşdırılması  üçün keçirilən püşkatma siyasi partiyaların iştirakı olmadan keçirilib və yerli hakimiyyət özünə yaxın olan insanları DSK və MnSK-lara yerləşdirib. 7 nəfərdən ibarət DSK-lar və 5 nəfərdən ibarət MnSK-ların tərkibi hakim Partiyaya yaxınlığı ilə seçilən şəxslər olub.

Ali Məclisə seçkilər Azərbaycan Respublikasının parlamentinə seçkilərlə eyni vaxtda keçirilməsi, MnSK-ın eyni otaqda yerləşməsi qarışıqlıq yaradıb və bundan istifadə edilərək seçkilər asanlıqla saxtalaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali  Məclisinə seçkilərdə namizədliklərini müstəqil şəkildə irəli sürmək istəyənlərə müxtəlif problemlər yaradılır. Dairə Seçki Komissiyalarında (DSK) namizədliklərini fərdi qaydada irəli sürmək istəyənlərə ərizə və digər sənədləri təqdim etməkdən imtina edib. Həmin şəxslərə Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məhərrəm Qasımovun yanına gedərək onunla məsləhətləşmək məsləhət görülüb.  Şərur rayon 5 saylı “Alışar “seçki dairəsindən Namizəd olmaq istəyən  Muğanlı kənd sakini, Axund İmanaov Kamil Teymur oğluna və 18 saylı Nehrəm Seçki Dairəsində MR Ali Məclisinə namizədliyini irəli sürmək istəyən Nehrəm Kənd sakini Sahib Hüseynova namizədliklərini irəli sürmək üçün lazımı sənədləri təqdim etməkdən imtina edilib.

32 saylı Naxçıvan şəhər DSK-sında YAP-n dəstəklədiyi namizəd Babalı Nazim Səfəralı oğlu öz alternativinə də imza toplayıb.

Seçkilərdə 45 deputat yerinə 140 nəfərin namizədliyi qeydə alınıb. NMR MSK-nın açıqlamasına görə namizədlərdən 80 nəfəri Yeni Azərbaycan Partiyasını (YAP), 41 nəfəri bitərəf, 2-si Ümidi, 3-ü Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP), 7-i Bütöv Azərbaycan Xalq Cəbhəsini (BXCP) və 7-si Böyük Quruluş partiyasını ( BQP) təmsil edib. MSK AXCP-dən üç nəfərin namizədliyinin qeydə alındığını bildirsə də, AXCP-nin MR təşkilatından partiyanın Ali Məclisə yalnız bir nəfər namizədi olduğunu, digər 2 nəfərin  isə AXCP-yə aid olmadığı bildirilib.



18 saylı Nehrəm seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Bağırsoy Yaşar Bağır oğlunun seçki məntəqələrinə verdiyi müşahidəçilərin sənədləri seçki dairəsinin sədri tərəfindən   qəbul olunmayıb, təşviqat lövhələrinə vurduğu təşviqat materialları  cırılaraq məhv edilib.

Seçkilərin rəsmi nəticələrinə görə,  Ali Məclisə 45 deputat yerinin 42-sini YAP, ikisini bitərəflər, birini isə AXCP nümayəndəsi tutub. AXCP adından Naxçıvan MR Ali Məclisinə 43 saylı “Yuxarı Əylis” DSK üzrə seçilən Cəfərli Əhəd Məmməd oğlu əslində AXCP-nin yox, Klassik Xalq Cəbhəsi Partiyasının  üzvüdür.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə