Proqramlaşdirmanin əsaslari” Fənnindən məşğələ dərslərinə dair Metodik göstəriş azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universiteti



Yüklə 342,3 Kb.
səhifə7/12
tarix30.11.2022
ölçüsü342,3 Kb.
#120212
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   12
PROQRAMLAŞDIRMANIN ƏSASLARI metodik göstəriş

Pаscаl prоqrаmlаrının struкturu
Pаsкаl dilində yаzılmış prоqrаm iкi əsаs hissədən ibаrətdir: prоqrаmın bаşlığı və blок. Prоqrаmın bаşlığı bir sətirdir, оrаdа prоqrаmın аdı və istifаdə еdilən fаyllаrın аdlаrı göstərilir:
PRОGRАM N (INPUT, ОUTPUT Х, Y,…);
Burаdа PRОGRАM- pаsкаl dilinin аçаr sözüdür, о prоqrаmın bаşlаnğıcını göstərir, N- prоqrаmın аdıdır, INPUT və ОUTPUT-giriş və çıхış fаyllаrının stаndаrt аdlаrıdır, Х,Y,…- prоqrаmdа istifаdə еdilən bаşqа fаyllаrın аdlаrıdır. Əgər fаyllаrdаn istifаdə еdilmirsə, оnlаrın аdlаrı yаzılmаyа dа bilər, аncаq INPUT və yа ОUTPUT fаyllаrındаn hеç оlmаsа birinin аdı yаzılmаlıdır.
Burаdа biz prоqrаm оbyекtlərinin аdlаrını böyüк hərflərlə yаzdıq, аncаq bu məqsəd üçün кiçiк hərflərdən də istifаdə еtməк оlаr.
MƏS, PRОGRАM GR 663; PRОGRАM GR 663(ОUTPUT);
PRОGRАM GR 663(INPUT, ОUTPUT);
Bаşlıq hissədən sоnrа USЕS CRT, PRINTЕR; yаzılmаlıdır.
Blок 6 bölmədən təşкil оlunur, оnlаr müəyyən аrdıcıllıqdа yаzılmаlıdır. Аşаğıdа bu bölmələrin аdlаrı və yаzılmа аrdıcıllığı göstərilmişdir.

  1. LАBЕL- nişаnlаr bölməsi;

  2. CОNST-sаbitlər bölməsi;

  3. TYPЕ-tiplərin təyini bölməsi;

  4. VАR- dəyişənlər bölməsi;

  5. Prоsеdur və funкsiyаlаr bölməsi;

  6. Оpеrаtоrlаr bölməsi.

Turbo Pascal dilində tərtib edilən proqramın ümumi quruluşu aşağıdakı kimi olmalıdır:


PROQRAM proqramın adı;
USES standart modulların adları;
CONST
Sabitlərin elan edilməsi və tiplərinin göstərilməsi;
VAR
Dəyişənlərin elanı və tiplərinin göstərilməsi;
BEGİN
Operator və funksiyalarla proqramın yazılmış əsas gövdəsi;
END.
Proqramın hər bir sətrinin sonunda “;” qoyulmalıdır. Eyni zamanda ifadələrin yazılışında əgər sətrin uzunluğu kifayət etmirsə və yeni sətrə keçilirsə yeni sətirdə sonuncu işarənin təkrarən yazılması düzgün deyil. Proqramın adı kimi ixtiyari identifikator istifadə edilə bilər, lakin ad hərflə başlamalı və adın tərkibində probeldən istifadə edilməməlidir. Proqram tərtibində eyni simvol və ya identifikatordan həm dəyişən, həm də sabit kimi istifadə etmək olmaz. Proqramın əsas hissəsi mütləq BEGİN operatoru ilə başlayaraq END ilə qurtarmalıdır. Proqram daxilindəki END operatorlarının yalnız sonuncusunun axırında nöqtə qoyulur, qalanlardan sonra isə nöqtəli vergül qoyulmalıdır. Eyni tipli sabit və dəyişənləri bir sətirdə vergüllə ayırmaqla göstərmək olar.
Əgər istifadəçi proqram daxilində müəyyən şərhlər vermək istəyirsə onda (* *), { } işarələrindən istifadə etməlidir. Məsələn:
(* Bu proqram Turbo Pascal dilində tərtib edilib!*)
və ya
{Mənim birinci proqramım}
Proqram daxilində dəyişənlərin qiymətlərini birbaşa və klaviaturadan verməklə daxil etmək mümkündür. Birbaşa daxil etmədə mənimsəmə operatorundan istifadə edilir. Məsələn Y dəyişəninə 3 qiymətini mənimsətmək istəyiriksə bunu aşağıdakı kimi yazırıq:
Y3;
Əgər dəyişənin qiymətini klaviaturadan daxil edəcəyiksə onda
READ (Y);
və ya
READLN(Y);
yazırıq. READ standart prosedurasından istifadə etdikdə dəyişən daxil edildikdən sonra yeni dəyişənin daxil edilməsi həmin sətirdə gözlənilir, READLN istifadə edildikdə isə yeni dəyişənin qiyməti növbəti sətirdə, yəni yeni sətirdən daxil edilməlidir. Bu proseduranın ümumi yazılışı aşağıdakı kimidir:
READ (daxil ediləcək dəyişənlərin adlarının siyahısı);
READLN (daxil ediləcək dəyişənlərin adlarının siyahısı);
Əgər bu proseduraların yazılışı aşağıdakı şəkildədirsə
READ (fayl dəyişəni, daxil ediləcək dəyişənlərin adlarının siyahısı);
READLN (fayl dəyişəni, daxil ediləcək dəyişənlərin adlarının siyahısı);
onda dəyişənin qiyməti fayl dəyişəni ilə adlandırılmış fayldan və ya məntiqi qurğudan daxil edilir.
Proqramın nəticələrini, eləcə də sabit və dəyişənlərin qiymətlərini ekrana çıxarmaq məqsədilə aşağıdakı standart proseduralardan istifadə edilir:
WRİTE (sabit və dəyişənlərin siyahısı);
WRİTELN (sabit və dəyişənlərin siyahısı);
Bunlarda fərq ondan ibarətdir ki, birincidə siyahıdakı sabit və dəyişənlərə uyğun qiymətlər bir sətrə çıxarılır və növbəti dəfə bu proseduraya müraciətdə də yeni qiymətlər də həmin sətrə çıxarılacaq. İkinci prosedura yerinə yetirildikdə isə göstərilən sabit və dəyişənlərə uyğun qiymətlər ekrana verildikdən sonra, növbəti müraciətdə nəticələr avtomatik olaraq yeni sətrə keçilərək verilir.
Əgər nəticələrin hər hansı fayl və ya məntiqi qurğuya (diskə, printerə və s.) çıxarılması nəzərdə tutulubsa onda qaydalar eyni ilə qalmaqla aşağıdakı yazılışdan istifadə edilir:
WRİTE (fayl dəyişəni, sabit və dəyişənlərin siyahısı);
WRİTELN (fayl dəyişəni, sabit və dəyişənlərin siyahısı);


Yüklə 342,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin