Mirzə Kazım bəyin elmi həyatı
Peterburqda Kazım bəy elmi fəaliyyətini daha da genişləndirmişdi. O, həm türkologiyaya, həm də Şərqin tarixinə və onun dinlərinə dair əsərlər dərc etdirmişdi. Onlardan biri də 1854-cü ildə işıq üzü görmüş "Türk dili kursu üçün dərs vəsaiti" idi . Əsərdə türk dilinin qısa qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər, 6700-dən artıq rus sözlərinin tərcüməsi olan türk lüğəti verilmişdi. Onun həmin il dərc etdirdiyi "Şərq dillərindəki sözlərə oxşar rus sözlərinin izahı" adlı məqalə rus lüğətində oriyentalizmlərin öyrənilməsi metodikasına həsr olunmuşdu.
Rusiyada XIX əsrin siyasi fəlsəfəsinin təşəkkül tapması Kazım bəyin adı ilə bağlıdır. Bu fəlsəfə indiyədək də öz müasirliyini itirməmişdir. (Aleksey Pilev, "Aleksandr Kazımbəy: Şərqdən doğan işıq"" (rus dilində), Moskva – 2003. (səh. 102))
Kazım bəyin siyasi görüşləri onun "Müridizm və Şamil", "Bab və babilər" əsərlərində əsaslı şəkildə şərh edilmişdir. "Müridizm və Şamil" Qafqaz dağlılarının çarizmin müstəmləkəçilik siyasətinə qarşı hərəkatının öyrənilməsinə böyük töhfədir. Kazım bəy bu hərəkatı xalis dini hərəkat kimi yox, siyasət bayrağı altında siyasi hərəkat kimi səciyyələndirmişdir. O, qətiyyətlə deyirdi ki, azadlıq sevən xalqları silah gücünə tabe etmək mümkün deyil. Bütün Qafqazı ancaq üç silahla- alicənablıq, təmənnasız cəsurluq və ədalət yolu ilə ram etmək olar.
Kazım bəyin Peterburqda əsir saxlanan Şamil ilə dalbadal iki dəfə görüşü onun Qafqaz dağlıları hərəkatı haqqında təsəvvürünü xeyli zənginləşdirmişdi. Şamil Kazım bəyə bir çox maraqlı əhvalatlar danışmışdı. Kazım bəy özünə xas olan uzaqgörənliklə bildirmişdi ki, dağlılar hərəkatı hələ sona çatmamışdır və istənilən vaxt yenidən qızışa bilər. Kazım bəyin İran dinlərinin tarixinə dair
1865-ci ildə nəşr etdirdiyi geniş tutumlu əsər İranda Babi üsyanlarına və bu üsyanların rəhbəri, babi təriqətinin başçısı Seyid Əli Məhəmməd Baba (Bab ərəb dilində "qapı" deməkdir) həsr olunmuşdu. Bu əsərin müqəddiməsində müəllif yazırdı ki, "islam sivilizasiyaya əngəl törədə bilən din deyildir". Abbasilər sülaləsinin hakimiyyəti zamanı yunanların bütün maarif qaynaqlarının islam paytaxtı Bağdada köçürülməsi və oradan da sonralar bütün elm və incəsənət sahələrinin müxtəlif yollarla Avropaya yayılması faktı bunun bariz sübutudur.
Mirzə Kazım bəy Şərq haqqında dünya elminin inkişafına böyük töhfələr verməkdə aparıcı rol oynayan çox istedadlı alim olmuşdur. Onun bu sahədə yaratdığı elmi məktəbin ən yaxşı ənənələri bizim əsrimizdə də davam etdirilir. Kazım bəy dünya səviyyəli oriyentalist alim, Rusiyada şərqşünaslığın əsasını qoyan çox istedadlı elm dahisi olmuşdur.
Gecəsini gündüzünə qatıb şərqşünaslıq sahəsində əhatəli tədqiqatlar aparmaqla elmi yeniliklərə imza atan Kazım bəyin səhhəti qəflətən pisləşdiyindən onun xarici ölkələrdə müalicəyə getməsini məsləhət görmüşdülər. O, bir neçə ay Almaniyada, Paris və Londonda müalicə alan vaxtlarda da elmi tədqiqatlarını davam etdirmişdi.
1859-cu ildə Peterburqa qayıdan böyük istedad sahibi fakültədə elmi quruculuq planlarını davam etdirmək üçün var qüvvəsi ilə fəaliyyət göstərmişdi. 1869-cu il noyabrın 27-də dünyasını dəyişən unudulmaz elm fədaisi Sankt-Peterburqun Pavlovsk məzarlığında torpağa tapşırılmışdır. (Aleksey Pilev, "Aleksandr Kazımbəy: Şərqdən doğan işıq"" (rus dilində), Moskva – 2003. (səh. 108))
Kazımbəy dilçiliyə xristianlığa dair əsərlərin şərq dillərinə tərcüməsi ilə başlamışdır. Sonradan fransız, alman və tatar dillərini də öyrənir. 1825-ci ildə təhsilini davam etdirmək uçün Böyük Britaniyaya, Londona dəvət olunur. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Bunun əvəzində Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Kazımbəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən Kazımbəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır.
1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranmış "Türk dilləri" fakültəsinə rəhbər təyin olunur . 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu ildə Demidov mükafatına layiq görüləcək "Türk-tatar dillərinin qramatikası" adlı fundamental elmi monoqrafiyasını yazır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri "Tatar" və ya "Türk-tatar" adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazımbəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisısini aparır.
Əsər 1846-cı ildə ikinci dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1921-ci ildə Jan Denin "Türk dilinin qramatikası" (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur.
1849-cu ildə Kazımbəy St. Pterburq universitetinə yenicə açılmış "Şərq dilləri" fakultəsinə dekan təyin göndərilir. 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edir. O şərq mədəniyyətinin öyrənilmısinə maraq göstərən tələbələrin təcrübi ekskursiyaylara göndərilməsinin təşkilinə nail olur. 1854-cu ildə türk dilinə dair yeni, "Türk dillərinin öyrənilməsində kurs dərsliyi" və 6700 sözdən (o dövrün ən irilərindən biri) ibarət rus-türk lüğəti (sözlüyü) nəşr etdirir. Həmin il "Şərq dillərindənə törəmiş rus söz və söz birləşmlərinin izahına dair" əsərini də yazmağa müvəffəq olur. (Aleksey Pilev, "Aleksandr Kazımbəy: Şərqdən doğan işıq"" (rus dilində), Moskva – 2003. (səh. 111))
1868-ci ildə rus elmi dairlərində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihısini həyata keçirmısinə imkan vermir.
Kazımbəy bir sıra tarixi mövzularda kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466—1737-ci illər aralığındakı tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqında dəyərli elmi məlumatlar verir. O həmçinin, Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-ci ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848—1852-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur: "Qurani-Kərimdə ahənglik" (1859), "Müridizm və Şamil" (1859), "İslam tarixi" (1860) və başqaları.
Dostları ilə paylaş: |