Q ƏRBİ KASPİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Tələbənin adı: Azadəliyeva Rüqəyya
Fakültə: Siyasi və ictimai elmlər
Kafedra: Pedaqogika, psixologiya və hüquq
İxtisas: Politologiya
Tədris ili: 3
Fənn: Azərbaycan siyasi təlimlər tarixi
Mövzu: Mirzə Kazım bəyin siyasi baxışları
Müəllimin adı: Şəbnəm Nuriyeva
BAKI-2021
Mündəricat
Mirzə Kazım bəyin həyatı.
Mirzə Kazım bəyin siyasi görüşləri.
Mirzə Kazım bəyin elmi həyatı.
Medalları və sahib olduğu adlar.
Ədəbiyyat siyahısı.
Mirzə Kazım bəyin həyatı
Azərbaycan xalqı özünün dünyanın elm aləmində ad çıxarmış dahi alimləri ilə həmişə fəxr etmişdir və yenə də fəxr edə bilər. Onlardan biri də Mirzə Məhəmmədəli Kazım bəydir. Bu böyük alimin siyasi, fəlsəfi və hüquqi məsələlərə dair əsərləri Şərq və Qərb elm aləminin qızıl fonduna daxil olmuşdur. Ruslar professor Mirzə Kazım bəyi özlərinin qabaqcıl ictimai fikrinin görkəmli nümayəndəsi hesab edirlər. Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın , Hollandiyanın və ABŞ-ın elmi cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Kazım bəy elm aləmində tarix, fəlsəfə, siyasət, hüquq , Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi tanınmışdır. Vətəndən uzaqlarda yaşamasına və yazıb yaratmasına baxmayaraq həmişə doğma Azərbaycana bağlı olmuş, onu ömrünün axırınadək ürəkdən sevmişdir. (A.Hüseynov, “Azərbaycan siyasi təlimlər tarixi”, Bakı – 2009. (səh. 120))
Mirzə Kazım bəyin atası Hacı Məhəmməd Qasım Kazım bəy məşhur qubalı Fətəli xanın hakimiyyəti dövründə onun maliyyə işləri üzrə naziri olmuş, 1807-20-ci illərdə Dərbəndin şeyxülislamı kimi fəaliyyət göstərmişdir. Məhəmməd peyğəmbərin adı ilə bağlı olan müqəddəs yerlərə ziyarət zamanı Rəştin qubernatoru Mirbağır xanın qızı ilə evlənmişdi. Mirzə Kazım bəy 1802-ci il iyunun 22-də Rəşt şəhərində doğulmuşdur. O, 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına getmişdi.
Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən Kazım bəy atasının köməyi ilə müsəlman məzhəbinin tam kursunu bitirmiş, Azərbaycan, tatar, fars dillərini mükəmməl öyrənmişdi. O, eyni zamanda ərəb, rus və türk dillərinə də dərindən yiyələnmişdi. Kazım bəy 17 yaşında ikən özünün ərəb dilində ilk əsərini yazmışdı.
Əsər "Ərəb dilinin qrammatikası təcrübəsi" adlanırdı. Atası oğlu Məhəmmədəlinin dərin zəka sahibi olduğunu bildiyindən onu özünün gələcəyi hesab edir və buna çox sevinirdi. Xoşbəxt ata oğlunun mükəmməl islami biliklərə yiyələnməsi üçün onu İrana və Ərəbistana göndərmək arzusunda idi. Lakin bu arzusu həyata keçmədi. Onu gözü götürməyənlərin böhtanla dolu xəbərçiliyi nəticəsində çar hökuməti Hacı Məhəmməd Qasımı guya Rusiyaya İranın xeyrinə xəyanət etməsi səbəbindən şeyxülislamlıqdan kənarlaşdırdı və məhkəmənin hökmü ilə Həştərxana sürgün olundu. Şeyxülislama qarşı ədalətsizliyin bir səbəbi arvadının fars qızı olması idi. (A.Hüseynov, “Azərbaycan siyasi təlimlər tarixi”, Bakı – 2009. (səh. 121))
Kazım bəy Dərbənddə yaşadığı illərdə atasının tanışlarından olan Şotlandiya xristian missionerləri ilə tanış olmuşdu. O, şotlandiyalılar ilə söhbətlərində xristian missionerlərini islamın üstünlüklərindən faydalanmağa, düz yola qayıtmağa inandırmağa çalışırdı. Kazım bəy xristianlığın mahiyyətini anlamağa çalışdığından yəhudi və ingilis dillərini öyrənməyə başlamışdı.
Məhəmmədəli atasına baş çəkməkdən ötrü 1821-ci ildə Həştərxana getmişdi. Onun bir məramı da oradan Şərq ölkələrinə getmək və təhsilini başa çatdırmaq idi. Məhəmmədəli Həştərxanda yenə də Şotlandiya missionerləri ilə rastlaşdı. O, şotlandiyalılara Şərq dillərini öyrətməyə, onlardan isə Avropa dillərini öyrənməyə başladı. Şotlandiyalılar özlərinin missionerlik əməllərinə sadiq qalaraq təcrübəsiz və fanatik müsəlman gənci yolundan döndərməyə çalışırdılar. Nəhayət ki, istəklərinə nail ola bildilər.
Fanatik müsəlman Məhəmmədəli islamdan uzaqlaşdı və xristianlığın bir qolu olan presviterianlığı (İngiltərə və Amerikada protestant məzhəbinin tərəfdarlarının dinini) qəbul etdi. O vaxtdan sonra Mirzə Aleksandr Kazım bəy adı ilə fəaliyyətə başladı.
Valideynləri və digər müsəlmanlar kafir saydıqları Məhəmmədəlidən üz döndərdilər. Kazım bəy Həştərxanda qaldığı dörd il ərzində ingilis, fransız, alman və qismən yəhudi dillərini öyrəndi. Sonralar altı xarici dildə yaza, oxuya və danışa bilirdi. Kazım bəyi 1824-cü ildə Avropa elmlərini mükəmməl öyrənməsi üçün İngiltərəyə dəvət etdilər.
Lakin çar hökuməti ingilislərin Kazım bəydən öz xeyirlərinə istifadə edəcəklərindən qorxaraq onu ingilislərdən təcrid etmək qərarına gəldi. Qafqazda baş komandan A.P.Yermolovun raportuna əsasən o, Sibirin Omsk şəhərinin kadet korpusuna göndərildi və tatar dili müəllimi vəzifəsinə təyin olundu. Bu, əslində sürgünə göndərilmək idi.
1826-cı ilin əvvəlində Omska gedərkən yolda ağır xəstələnən Kazım bəy Kazanda dayanmaq qərarına gəldi. Kazan Universitetinin rektoru, professor K.F.Fuksun təklifi ilə onun evində qonaq oldu. Kazım bəyin istedadından heyrətə gələn professor onu şəhərin çox görkəmli adamları ilə tanış etdi və o, 1826-cı ilin oktyabr ayında Kazan alimlərinin xahişi ilə ərəb-fars dilləri üzrə lektor (baş müəllim) təyin olundu. (A.Hüseynov, “Azərbaycan siyasi təlimlər tarixi”, Bakı – 2009. (səh. 123))
Hələ Dərbənddə yaşadığı dövrdə tez-tez şotland-dini missionerlər ilə görüşür və onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Kazımbəyi Xristian dinin əsaslarına dair mütəmadi suallara aparırır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Və ciddi götür-qoydan sonra bu dini qəbul etmək qərarına gəlir. Bu hadisə onun ailəsi ilə münasibətlərinin pozulması ilə nəticələnir. Ömrünün sonunadək Xristianlıq dininə sitayiş edir.
Dostları ilə paylaş: |