Z. m. indentata sturt.
- dənləri iri, uzunsov-prizmaşəkilli, hamardır. Yarımnöv
əlaməti olaraq dənin təpəciyi çuxurlu, arxa (kürək) tərəfi uzununa iki qabırğalıdır. Buynuzşəkilli
maddə endrspermin yan tərəflərində, nişasta isə təpəciyində və mərkəzi hissəsində toplanır.
Dilşəkilli qarğıdalının sort və hibridlərinin bitkisi hündürboylu, yarpaqları sayca çox və
iridir. Yüksək yaşıl kütlə və dən məhsulu verir. Lakin digər yarımnövlərə nisbətən zəif budaqlanır.
Bərkdənlı -
Z.m. indurata sturt.
- dənləri iri və xırda, yuvarlaq, səthi hamar, ön və arxa tərəfi
basıq, təpəciyi dairəvidir. Nişasta endospermin yalnız mərkəzində toplanır, qalan hissəsi
buynuzşəkilli maddə ilə doludur. Gövdəsi hündürboylu, qüvvəli budaqlanandır. Tezyetişən
sortlarının qıcası və dənləri xırdadır.
Nişastalı -
Z.m. amylacea
sturt.
- dənləri iridir, quruluşuna görə adi qarğıdalıya oxşardır.
Ancaq endospermi nişasta ilə dolur. Buynuzşəkilli maddə ya heç olmur, yaxud da toxum qilafının
altında nazik pərdə təşkil edir.
Şəkərli -
Z. m. saccharata
sturt.
- dəni iri və orta irilikdə, səthi və təpəciyi qırışıqlıdır. Dənin
kəsiyi hədsiz parlaqlığa malikdir, normal yetişdikdə tərkibində nişasta olmur. Bitkisi ortaboylu,
nisbətən qüvvəli budaqlanandır.
Partlayan -
Z.m. everta
sturt.
- dəni xırda, yuvarlaq, zəif basıq, təpəciyi dairəvi, yaxud
pazşəkilli, sivriləşmiş kimidir səthi hamar, yaxud zəif qırışıqlıdır. Endospermində buynuzşəkilli
maddə kəskin inkişaf edir. Nişasta olmur, olsa da yalnız rüşeymində xırda ləkə kimi toplanır. Bitkisi
alçaqboylu qıcası xırdadır.
Mumvari -
Z.m. ceratina
sturt. -
dənində mumvari endosperm olur.
148
Örtüklü -
Dostları ilə paylaş: |