160
bilmir. Ona görə də anaerob şəraitdə torpaqda hidrogen–sulfid, dəmir birləşmələri və müxtəlif
zəhərli maddələr toplanır. Bunun üçün erkən payız şumu ön kotancıqlı kotanla 25-28 sm
dərinliyində aparılır. Şumun optimal müddətdə aparılması zəhərli maddələrin təsirinin azalmasına
kömək edir. Şum tirə şəklində saxlanır ki, torpaq yaxşı havalansın. Dondurma şumu yazda becərilib
yumşaldılır. Köküpöhrəli və kökümsovgövdəli
alaqlarla zibillənmiş torpaqlar bir neçə dəfə
becərilməklə onlardan təmizlənilir.
Çəltik əkinləri üçün yaz şumunun aparılması səmərəli deyildir. Ona görə ki, yaz şumu ilə
torpaqda əmələ gələn zəhərli birləşmələrə və alaqlara qarşı mübarizə aparmaq az səmərə verir.
Oktyabrda aparılmış dondurma şumu ilk yazda malalanır, sonra isə sahə laydırlı kotanla
pərşum edilir. Pərşumdan sonra sahəyə səpindən bir neçə gün əvvəl mala və kultivasiya çəkilir,
torpağın səthi düzəldilir, ləklər və onların tirələri çəkilir. Tirələr arasında bütün ləklərə suyun
axması üçün tirələrarası şırımlar açılır.
Şoran torpaqlarda kotana dərinləşdirici bərkidilir və yaxud laydırsız kotanla 3-5 ildən bir 40-
50 sm dərinliyində yumşaldılır. Bu zaman sıxlaşmış şum altı qat dağılır, aerasiya və su keçirmə
qabiliyyəti yaxşılaşır. Belə torpaqları 2 mərtəbəli üsulda becərdikdə də yaxşı nəticə verir. Yazda
torpaq çizel kultivatorla 2 dəfə 12-16 sm dərinliyində yumşaldılır. Birinci yumşaltma erkən yazda,
2-cisi səpinə 1-2 gün qalmış aparılır. 1-ci kultivasiyadan sonra torpaq səthi qreyderlə
hamarlaşdırılır. Axırıncı kultivasiyadan sonra torpaq səthi malalanır və ya vərdənələnir. Torpağın
iki yaruslu becərilməsi PTN-40 markalı kotanla aparılır. Torpağın becərilməsində əməliyyatları
birləşdirirlər (minimum becərmə), bunun üçün kultivator-freyzerlərdən KFS-3,6 və 2,4-dən istifadə
edilir.
Dostları ilə paylaş: