Əkin materialının səpinə hazırlanması. Başqa bitkilərə nisbətən kartofun məhsuldarlığı
əsasən əkin materialının keyfiyyətindən çox asılıdır. Səpin üçün götürülən kartof yumruları
toxumluq sahədə yüksək aqrotexniki fonda becərilmiş olmalıdır. Payızda məhsul yığılarkən
yumrular sağlamlığına və iriliyinə görə seçilir. Toxum üçün seçilmiş yumrular nazik qatla sərilib
qurudulur. Günəş altında yumrular yaşıllaşır. Bu cür hazırlanmış yumrular anbarlarda yaza qədər
saxlanılır. Yazda seçilərək maşınla basdırılmaq üçün kolibirlənir. Kolibirləşdirilmiş yumrular eyni
vaxtda cücərti verir. Kolibirləşdirmə KCP-15, KCP-25 maşınlarında aparılır. 50-80 qramlıq
yumrular daha keyfiyyətli səpin materialı sayılır. Kütləsi 80 qr-dan ağır olan yumrular ərzaq üçün
istifadə olunur. Kütləsi 80-100 qram olan yumrular da yaxşı əkin materialıdır, onların əkini zamanı
ən yüksək məhsul alınır. Lakin əkin materialına əhəmiyyətli dərəcədə çəkilən böyük xərc demək
olar ki, iqtisadi cəhətdən daim özünü doğrultmur.
Əkin materialı kimi yalnız eyni ölçülü (kalibirlənmiş) yumrular götürülməlidir. Müxtəlif
ölçülü yumrulardan istifadə olunması yolverilməzdir, belə ki, çıxışlar bir bərabərdə alınmır,
seyrəklik yaranır və məhsul az toplanır.
Əkin materialının səpinqabağı cücərdilməsi daha çox yayılmış yüksək səmərəli aqrotexniki
üsuldur. Bu üsul cücərtilərin alınmasını sürətləndirir, bitkinin tez inkişaf etməsinə və məhsulun
yaranmasına köməklik edir. Tez yetişən sortlardan keyfiyyətli əkin materialı (toxumluq) almaq
üçün becərərkən bu üsul son dərəcə böyük əhəmiyyət kəsb edir. Ərzaq üçün becərilən kartofun
vegetasiya dövrü qısa olduğundan yerüstü kütlə yığım vaxtına qədər ölüşkəmir.
Yumruların cücərdilməsi işıqlanması və havalanması yaxşı olan yerlərdə (otaqlarda,
anbarlarda, zirzəmilərdə, çardaqlarda və s.) 25-30 gün ərzində 12-15
0
C temperaturda aparılmalıdır.
Əgər yumruların cücərdilməsi işıq düşməyən isti yerlərdə aparılarsa bu zaman 15 gün kifayətdir ki,
cücərtilərin uzunluğu 1,5-2 sm-i keçməsin. Yumruları 10-12 kq-lıq yeşiklərdə cücərdirlər.
Cücərtmənin müddəti sortdan və şəraitdən asılıdır. Cücərtməni 12-15 mm diametrində deşikləri
olan kisələrdə (meşok) havalanması yaxşı olan yerlərdə də aparmaq mümkündür. Yumruları parnik
çuxurlarında da sərbəst cücərtmək olar.
Əkin materialı çatışmadıqda yumruları kəsməklə (yarıya bölmək) də spin aparmaq olar.
Adətən yumruları əkin aparılan günü kəsirlər. Lakin bir çox alimlər yumruların əkinə bir neçə həftə
qalmış kəsilməsini təklif edirlər, ona görə ki, kəsilmiş yerdə kambi (mantar) qatı əmələ gəlsin. Bu
yumruların torpaqda çürüməsini və müxtəlif xəstəliklərə tutulması faizini azaldır. Yumruları elə
kəsmək lazımdır ki, onun hissələrində gözcüklərin miqdarı az-çox bərabər olsun. Yazda yumrular
10-12
0
C temperaturda və 80% nisbi rütubəti olan işıqlı binada 30- 40 gün yarovizasiya edilir.
Kartof yumruları yarovizasiyaya qoyulmazdan əvvəl 0,5%-li formalinlə dərmanlanır. 5
dəqiqə formalinə qoyulan yumrular 2 saat brezent materialda saxlanılır. Bu zaman xəstəlik törədən
göbələklərin sporları məhv olur. Sonra açıq havada yumrular qurudulur. Dərmanlamaq üçün 1 ton
yumruya 5-7 kq hesabı ilə TMTD və ya 0,02%-li mis kuporosu məhlulundan istifadə edilə bilər.
Əkindən qabaq yumrular zəif manqan-sulfat (0,15%-li), bor turşusu, sink-sulfat (0,05%),
ammonium-molbidenat (0,05%), kobalt-sulfat (0,01%-li), kalium-yod (0,01%-li) məhlulları ilə
işlənir.
Kartof torpaqdan böyük miqdarda qida maddələri aparır. Orta hesabla kartof hər 100 sentner yumru və ona müvafiq bəlimlə (yerüstü kütlə) torpaqdan 50 kq N, 20 kq P 2 O 5 , 90 kq K 2 O, 40 kq-a yaxın CaO və 20 kq MgO aparır
228
(cədvəl 44). Bu mənada əsas elementlərlə qidalanmada o, ən çox kalium, sonra azot və nisbətən az fosfor tələb edir. Müxtəlif kartof sortları müxtəlif miqdarda və nisbətlərdə qida mədədləri sərf edir. Kartof müxtəlif inkişaf fazalarında müxtəlif qida maddələri alır. O, çiçəkləmənin başlanğıcında və yumruların əmələ gəlməsi dövründə ən çox qida maddələri tələb edir. Azot və fosfor çatışmadıqda kartof yarpaqlarının rəngi daha açıq olur və dik durur. Kalium çatışmadıqda kartofun yarpaqları tunc rəng alır. Yarpaqlar qırışır, kənarları aşağı qatlanır, qonur-yaşıl rəng alır və vaxtından əvvəl quruyur. Kartofun quru kütləsində 26 müxtəlif kimyəvi element tapılmışdır. Onlardan kartof əsasən 3 elementə – azot, fosfor və kaliuma daha çox tələbat göstərir. Bunu aşağıdakı cədvəldən görmək olar. Cədvəl 44