Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Yemlərin tədarük olunması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə305/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   301   302   303   304   305   306   307   308   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Yemlərin tədarük olunması. 
Bütün paxlalı otların quru ot və senaj üçün daha yaxşı yığım 
müddəti qönçələmə fazası və çiçəkləmənin başlanğıcıdır. Bu müddətə onlar tərkibində yüksək zülal 
olan məhsulun əsas kütləsini formalaşdırırlar. Biçindən sonra otu təbii halda qurutduqda
 
əsas 
məhsulun tərkibindəki qida maddələrinin 35-40%-i itirilir. Xüsusən zülal və karotinin itkisi böyük 
olur. Onlar qurutma zamanı, quru otun dırmıqlanması və tədarükü prosesində yarpaqların 
tökülməsinə səbəb olur. Bütün paxlalı otların gövdəsinə nisbətən yarpaqlarında qida maddələrinin 
miqdarı 1,5-2 dəfə çoxdur. Məsələn, çəmən üçyarpağının gövdəsinə nisbətən yarpaqlarında xam 
zülal 2-3 dəfə yüksəkdir, sellüloza isə 2,5 dəfə azdır. Hətta əlverişli qurutma şəraitində tarlada 


270 
yarpaqlar 15-25% itirilir. Əgər hava nəmişli yaxud yağışlıdırsa və qurudulma uzun müddət davam 
edirsə yarpaqların itirilməsi 50-55%-ə çatır, lakin karotin əsas məhsulun 90%-ə qədərini təşkil edir. 
Otun yığılması 40-45% nəmlikli biçilmiş otun fəal havalandırma üsulu ilə qurudulması təbii 
qurutmaya nisbətən yarpaqların itirilməsini kəskin azaldır, yüksək keyfiyyətli quru ot alınmasına 
imkan verir. Təbii qurudulmuş ota nisbətən süni qurudulmuş otda xam zülalın həzm olunması 9-
10% yüksəkdir. 
Paxlalı otları biçən zaman gövdələrin nisbətən tez quruması üçün yastıladıcı-otbiçəndən 
istifadə edilir. Yatmış və bir-birinə dolaşmış otları yığmaq üçün rotasiya otçalan maşınlarından 
istifadə olunur. Biçilmiş ot zolağının qurumasını sürətləndirmək üçün ot çevrilir, lazımi dərəcədə 
qurumuş kütlə dırmıqlanır və daimi saxlanılan yerə daşınır. Quru otun nəmliyi 17%-dən artıq 
olmamalıdır. Otu təbii qurutduqda presləmədən (sıxma) istifadə olunur, bu halda otun həcmi azalır, 
daşınma və saxlanma zamanı itki aşağı düşür.
Yemin konservləşdirilməsinin daha səmərəli üsulu senaj hazırlamaqdır. Yemin senaj formada 
hazırlanmasının nəzəri əsasını A. M. Mixin vermişdir. Bu prinsipin əsasında otun fizioloji quruluğu 
və anaerobioz durur. Paxlalı otlarda nəmlik 45-55%-ə qədər endikdə hüceyrələrdə kolloidlərin 
susaxlama qabiliyyəti 5,07-5,57 mPa çatır. Anaerob bakteriyaların əksəriyyətinin soruculuq gücü bu 
diapazondadır, nəticədə senajda mikrobioloji proseslər dayanır yaxud silosa nisbətən intensivliyi 
zəifləyir. Kütlənin güclü tapdalanması və anbarın (saxlanılan yer) kip bağlanması nəticəsində, 
anaerob şəraitin yaranmasından, əhəmiyyətli dərəcədə böyük soruculuq gücünə malik olan yemin 
tərkibindəki aerob kif göbələklərinin inkişafının qarşısı alınır. Senaj germetik (kip bağlanmış) 
qüllələrdə yaxud üzlük çəkilmiş xəndəklərdə hazırlanır və üzəri polietilen örtüklə bağlanır. 
Madam ki, adi silosun hazırlanmasına nisbətən, senaj üçün daha bahalı və germetik qüllələrin 
olması zəruridir, bundan ötrü xüsusən ilk növbədə nisbətən çətin siloslaşan paxlalı otlardan istifadə 
etmək məqsədəuyğundur. Nəmlik artıq olan ərazilərdə, eləcə də isti quru iqlim şəraitində otu 
qurudan zaman qida maddələrinin əhəmiyyətli dərəcədə itirilməsi qaçılmazdır. Senajın paxlalı 
otlardan hazırlanması yalnız yüksək qidalı yem toplamağa yol vermir, eyni zamanda vahid sahədən 
qida maddələrinin yığımını artırır. 
Cədvəl 47 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin