349
TERMİNLƏR LÜĞƏTİ
Aqrosenoz –
insan tərəfindən süni yaradılmış, birnövlü yaxud çoxnövlü bitki qrupu.
Aqrotexniki üsul –
mexaniki yaxud əl əməyi ilə toxumun səpinə hazırlanması, torpağın əsas
və səpinqabağı becərilməsi, gübrə verilməsi, səpin, əkinlərə qulluq, məhsulun yığılması, hər hansı
bitkinin becərilməsi zamanı yerinə yetirilir.
Blend
–
əlverişsiz mühit şəraitinə müxtəlif tip davamlılığa malik,
bir bitkinin müxtəlif
sortlarının toxum qarışığı. İllər üzrə stabil toxum məhsulu almaq üçün istifadə olunur.
Bioloji azot –
simbiotik sistemlə yaxud sərbəst yaşayan azot təsbit edənlərlə bioloji sintezə
daxil olan atmosfer azotu.
Bioloji məhsul –
vahid sahədə yetişdirilən məhsulun miqdarı.
Təsərrüfat məhsulu bioloji
məhsuldan həmişə yığım zamanı itirilən məhsul qədər az olur.
Bioloji təmiz məhsul –
mövcud bitki növünə məxsus, təbii kimyəvi tərkibi olan məhsul.
Birgə (müştərək) səpin –
iki və daha çox bitki növlərinin eyni tarlada cərgələr və zolaqlarla
növbə ilə bir-birini əvəz etməsi. Səpin qabağı bitkilərin toxumları qarışdırılmır, ancaq ayrı-ayrı
səpilir. (Bu cür əkinlər zolaq şəkilli də adlanır.)
Bitki sıxlığı –
1 m
2
-də, 1 hek-da bitkinin miqdarı.
Bitkinin böyüməsi –
bitkinin ölçüsü və kütləsinin artması.
Bitkinin çürüməsi (su ilə boğulma) –
çökək ərazilərdə uzun müddət suyun yığılması
nəticəsində oksigen çatışmazlığından bitkinin məhv olması.
Bitkinin donması –
aşağı temperaturda hüceyrə vakuollarında buz əmələ gəlməsi nəticəsində
bitkinin məhv olması.
Bitkilərin inkişafı –
bitkinin ayrı-ayrı orqanlarının funksiya və
quruluşunun ontogenezində
keyfiyyət dəyişiklikləri, onların orqanogenezin bir mərhələsindən digərinə və inkişafın bir
fazasından digərinə keçməsi.
Bitkinin inkişaf fazası –
ontogenezi
dövründə şərti olaraq seçilmiş, bitkidə daha çox baş
verən vacib morfoloji və fizioloji dəyişikliklər.
Bitkinin kiflənməsi (çürümə) –
qarı ərimiş və yenidən qar
düşən zaman gücdən düşmüş
torpaqda tez inkişaf etmiş (yaşı ötmüş) payızlıq bitkilərin payızda məhv olması.
Bitkinin torpaqdan çıxması –
torpağın donması və donun açılması nəticəsində bitkinin kökü
torpaqdan çıxa bilər. Şum gec aparıldıqda və şumla səpin arasında tələb olunan müddətə əməl
edilmədikdə bu hadisə baş verə bilər. Torpaq təzə şumlandıqda və donduqda həcmi artır. Donmuş
torpaq bitkini yuxarı qaldırır. Don açıldıqda və torpaq yatdıqda
onun həcmi kiçilir, kök çöldə qalır.
Dostları ilə paylaş: