Özbəkistan.
Özbəkistanda uşağın doğulmasına görə müavinətin məbləği ölkə üzrə minimim əmək haqqə məbləğinin iki mislini təşkil edir. 2019-cu ildə bu məbləğ 405,5 min sum olmuşdur.
Ayrı-ayrı yerlərdə müavinətin məbləği müəyyən edilmiş əmsaldan asılı olaraq dəyişir. İşləyən və təhsil alan şəxslərə müavinət müvafiq olaraq işlədikləri və təhsil aldıqları yerdə ödənilir. İşləməyən və təhsil almayan valideynlərə isə ödəniş Maliyyə Nazirliyi yanında büdcədənkənar pensiya fondunun rayon və şəhər şöbələrində ödənilir.
Uşağa qulluğa görə müavinət iki yaşa qədər ödənilərək 406 min sum təşkil edir.
Fransa
Qərb ölkələrində, bu halda Fransada, uşağın doğulmasına görə müavinət 941,68 avro və ya Azərbaycan manatının kursu üzrə 1850 manat təşkil edir.
Fransızlar birinci uşağa qulluğa görə müavinət almırlar, lakin ikinci uşaq üçün 131,16 avro (250 manat) ödəmə nəzərdə tutulmuşdur. Üçüncü uşağa qulluğa görə müavinət artıq 299,2 avro (600 manat), dördüncü və daha çox uşaq üçün – 467,24 avro ( 850 manat)) təşkil edir.
Əgər uşağın valideynləri işləyirlərsə, ölkədə altı ilə qədər müavinət ödənilir ki, bu da dayə xidmətləri üçün ödəmələri 85%-ə qədər qarşılaya bilər və ya müstəqil surətdə qayğı göstərildiyi halda uşağın valideynlərinə uşağa baxmaq üçün iş saatlarını azaltmaq icazəsi verilir. Bütün göstərilənlərdən başqa, Fransada gənc anaların işdə özlərini realizə edə bilmələri və eyni zamanda uşaqların tərbiyəsi ilə məşğul olmaları üçün hər bir şərait yaradılmışdır...
ABŞ
Amerika Birləşmiş Ştatlarında uşağa görə müavinət ödənilmir. Lakin uşaqları olan vətəndaşlar üçün min dollar (1700 manat) həcmində vergi güzəştləri nəzərdə tutulmuşdur. Lakin nəzərə alsaq ki, ölkədə əmək haqqı kifayət qədər yüksək və vergilər isə çoxdur, bu halda belə güzəştlər yetərli dərəcədə hiss olunan yardımdır. Birləşmiş Ştatlarda müavinət ödənilməsi ilə bağlı istisna hallar aztəminatlı ailələrlə bağlıdır...
Belarus
Belarusda əgər qadın hamiləliliyin 12-ci həftəsinə qədər qadın məsləhətxanasında qeydiyyata alınarsa, bu halda ona minimum istehlak səbətinin dəyəri həcmində birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulur. Həmin müavinət uşağın doğulduğu ana qədər müəyyən edilir və 2019-cu ilin fevral ayı üçün 216,9 belarus rublu (17 manat) təşkil edir.
Uşağın doğulmasına görə məbləği uşağın sayından asılı birdəfəlik müavinət ödənilir. Məsələn, əgər ölkə vətəndaşının ilk uşağı dünyaya gəlibsə, ona minimum istehlak səbətinin 10 misli , ikinci və daha sonrakı uşaqlar üçün isə artıq minimum istehlak səbətinin 14 misli həcmində ödəmə verilir.
Əgər ana işləmirsə, bu halda birinci uşağa qulluğa görə müavinət 362,46 belarus rublu (40 manat ), ikinci və sonrakı uşaqlar üçün isə 414,24 rubl (45 manat) təşkil edir.
Ölkədə uşağa qulluğa görə müavinət üç ilədək ödənilir və ailədə doğulan uşaqların sayından da asılıdır. Müavinətin məbləğinə həmçinin ananın aldığı əmək haqqı təsir göstərir. Belə ki, ilk uşağın tərbiyəsinə görə hər ay orta aylıq əmək haqqının 35%-i, ikinci və sonrakı uşaqların tərbiyəsi üçün isə 40%-i məbləğində müavinət ödənilir...
Dostları ilə paylaş: |