Qanlı-qadalı illərin dəyərli abidəsi


Gəncə şəhərində müsəlmanlarla ermənilər arasında baş vermiş əhvalat



Yüklə 0,63 Mb.
səhifə26/52
tarix11.01.2022
ölçüsü0,63 Mb.
#110982
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

Gəncə şəhərində müsəlmanlarla ermənilər arasında baş vermiş əhvalat

“8 şəvval 1323-cü il (miladi 1905-ci il)”


Şəvvalın 8-də xəbər gəldi ki, Gəncə şəhərində müsəlmanlarla ermənilər arasında toqquşma nəticəsində dava başlamışdır. Teleqrafla xəbər verdilər ki, iki gecədir ki, Gəncədə böyük od-alov görünür. Ancaq təfsilatı məlum deyildir. Sonrakı təhqiqatla məlum oldu ki, erməni tayfası müsəlmanları arxayın edərək onlara qarşı yeni xəyanət hazırlamaq üçün tədarük görərək hər yana yazıb özləri üçün köməklər gətirmişlər.

Müsəlmanlar isə hər şeydən xəbərsiz sakit və samit öz işlərində və alış-verişlərində idilər.

Ermənilər silah tədarüklərini məramlarınca yığdıqdan sonra hər yana yazıb qüvvə tələb etdilər. Bu tələb əsnasında hər yandan silahlı ermənilər gəlirdi. Gəncə ermənilərinə Qarabağdan da kömək gəlmişdi. Qarabağdan gələn dəstənin başında dülgər Barseğin oğlu Sancan dururmuş. Ermənilər müsəlmanlarla davanı başlamaq üçün nahaq yerə üç müsəlmanı öldürürlər. Müsəlmanlar bu əhvalatı eşidən kimi bazar-dükanı bağlayıb silahlanır və “Ya Allah!” deyib ermənilərin üstünə hücum çəkərək atışmağa başlayırlar. Bu xəbər ətrafa yayılan kimi kənar yerlərdən köməklər gəldi. Bu gələn köməklərin arasında Əli adlı mütəəssib və qeyrətli bir cavan var idi. Qaçaq olan bu oğlan başına xeyli atlı toplayıb Gəncəyə müsəlmanların köməyinə gəlmişdi. Ermənilərin qaçmasına imkan verməmək üçün qabaqcadan körpünü kəsdilər. Bundan sonra ermənilərin üstünə güllə yağdırmağa başladılar. Ermənilərdən qırılan çox oldu. Ermənilərin mövqeyi tutulduqca onların evlərinə, dükanlarına və mağazalarına od vurub yandırırdılar. Amma bu işdə çox səhv etdilər ki, müsəlman məhəlləsində yerləşən və məscid dükanına bitişik olan erməni dükanına od vurdular. Çünki erməni dükanı yanarkən küləyin təsiri ilə od-alov məscid dükanına da keçdi. Söndürülməsi mümkün olmadığından erməni dükanı ilə məscidin mağazası da yandı.

Bu dava nəticəsində ermənilərdən xeyli adam qətlə yetirildi. Dedilər ki, Qarabağdan gəlmiş Barseğin oğlu Sancan da öldürülmüşdür. Amma sonra məlum oldu ki, diridir. Müsəlmanlardan da bir neçə nəfər şəhid olmuşdu.

Neçə vaxtdan sonra xəbər çıxdı ki, Məhəmmədhəsən adlı bir molla iki nəfərlə nəyəsə baxmağa gediblərmiş. Hiyləgər erməni tayfası onları şirin dilə tutaraq harasa aparıb yox etmişlər. Sonra onların taleyindən bir xəbər çıxmadı.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin