Qarisiq “İQTİsadi NƏZƏRİYYƏ VƏ marketiNQ” kafedrası “Mikroiqtisadiyyat” fənnindən yoxlama testləri



Yüklə 0.64 Mb.
səhifə4/4
tarix18.06.2018
ölçüsü0.64 Mb.
1   2   3   4

282. Təkmil rəqabət:

  1. Bazar iştirakçılarının hər birinin ümumi vəziyyətə təsirini maksimumlaşdırır.

  2. Bazar iştirakçılarının hər birinin ümumi vəziyyətə təsirini minimuma endirir.

  3. Bazar iştirakçılarının hər birinin ümumi vəziyyətə təsirini nəzərə alır.

  4. Bazar iştirakçılarının ancaq bir qisminin ümumi vəziyyətə təsirini nəzərə alır.

  5. Qiymətlərin dəyişməsinə təsir göstərmir.

283. Haqsız rəqabət metodlarına aid deyil:



  1. Reklam

  2. Valyuta fırıldaqları.

  3. İstehlakçıların aldadılması.

  4. Çatışmazlıqların gizlədilməsi.

  5. Rəqibin məhsulunun saxtlaşdırılması.

284. Məhsuldarlığın (verimin) azalması qanununa görə bir dəyişən amil vahidindən alınan son hədd (əlavə) məhsulu:



  1. Azalmağa meyllidir.

  2. Artmağa meyllidir.

  3. Dəyişməz qalır.

  4. Artada bilər, azala da bilər.

  5. Heç bir əhəmiyyətə malik deyil.

285. Mühasibət mənfəəfti bərabərdir(=):



  1. Ümumi mənfəət- vergilər və mütləq ödənişlər.

  2. Ümumi gəlir- Gizli xərclər.

  3. Xalis mənfəət- Aşkar xərclər

  4. Ümumi gəlir- Aşkar xərclər.

  5. Ümumi mənfəət- Son hədd xərcləri.

286.Ümumi mənfəət bərabərdir(=):



  1. Ümumi gəlir- İstehsal xərcləri.

  2. Mühasibat mənfəəti- Aşkar xərclər.

  3. Ümumi gəlir- Gizli xərclər.

  4. Mühasibat mənfəəti+ Xalis mənfəət.

  5. Son hədd gəliri+ Xalis mənfəət.

287.Əməyə tələbin artması.



  1. Əmək haqqini artirir.

  2. Əmək haqqini azaldir.

  3. Əmək haqqina təsir göstərmir.

  4. Əmək haqqini artira da bilər, azala da bilər.

  5. Heç bir əhəmiyyətə malik deyil.

288.Aşağıdakı amillərdən hansı mənfəətin normasına təsir göstərmir?.



  1. Borclara görə faiz dərəcəsi artması.

  2. Vergilər azalması.

  3. Vəsaitlərin dövriyyə sürətinin artması.

  4. Əmək haqqının ödənilməsi.

  5. Satış qiymətinin yüksəlməsi

289.Xalis investisiyalar bərabərdir (=):



  1. Ümumi investisiyalar- amortizasiya

  2. Ümumi investisiyalar-aşkar xərclər

  3. Ümumi investisiyalar-gizli xərclər.

  4. Ümumi investisiyalar-sabit xərclər.

  5. Ümumi investisiyalar-dəyişən xərclər.

290.Aktiv investisiyalara daxildir.



  1. Bütün avadanlıqlara çəkilən xərclər.

  2. Komunnikasiyalara çəkilən xərclər.

  3. Binalara çəkilən xərclər.

  4. Bərpa işlərinə çəkilən xərclər.

  5. Bütün xərclər.

291. Maliyyə investisiyalarına daxildir.



  1. Sabit xərclərə yönəldilən investisiyalar.

  2. Qiymətli kağızların alınmasına çəkilən xərclər.

  3. Dəyişən xərclərə yönəldilən investisiyalar.

  4. Ümumi xərclərə yönəldilən investisiyalar.

  5. Bütün investisiyalar.

292. İllik amortizasiya (A) bəarabərdir.



  1. Ar=Əsas kapital/ Xidmət müddəti.

  2. Ar=Dövriyyə kapitalı/Xidmət müddəti.

  3. Ar=Əsas kapital/Dövriyyə kapital

  4. Ar=Dövriyyə kapitalı-Əsas kapital

  5. Buraxılan məhsul-Əsas kapital.

293. Ənənəvi firma nəzəriyyəsi nəyə əsaslanır?



  1. Mülkiyyətin qorunmasına

  2. İstehsalın təşkilinə.

  3. Mənfəətin maksimallaşdırılmasına.

  4. İdarəetməyə.

  5. İqtisadi əlaqlərin yaradılmasına.

294. Yeganə əmtəə istehlakçısı və çoxsaylı müstəqil istehsalçının mövcud olduğu bazar quruluşu necə adlanır?



  1. Monopoliya

  2. Polipoliya

  3. Oliqopoliya

  4. Monopsoniya (tələbin inhisarı)

  5. Mükəmməl.

295. Aşağıdakı əlamətlərdən biri inzibati amirlik sistemində bazarın deformasiyasının əks etdirir.

A) Bazar infrastrukturunun zəifliyi

B) Təsərrüfat fəaliyyətinin azadlığı

C) Bazarın dövlət tərəfindən tənzimlənməsi.

D) İctimai əmək bölgüsünün dərinləşməsi

E) Fəaliyyətini müxtəlif mülkiyyət formaları əsasında quran çoxsaylı bazar subyektlərinin olmaması.


296. Birjanın fəaliyyətinə aid deyil:

A) Pul buraxılışı

B) Vasitəçilik xidməti

C) Qiymətlər haqqında informasiya toplamaq.

D) Ticarət əməliyyatlarını tınzimləmək

E) İri müəssisələrin alqı-satqısı.


297. Mülkiyyətin özəlləşdirilməsi və dövlətsizləşdirilməsi nəticəsində baş verir.

A) Müxtəlif təsərrüfatçılıq firmalarının yaradılması, müəssisələrə təsərrüfat

müstəqilliyinin verilməsi.

B) Dövlətin iqtisadi fəaliyyətinin ləğv edilməsi.

C) İnhisarçılığın güclənməsi.

D) İqtisadi inkişafın zəifləməsi.

E) Rəqabətin zəifləməsi
298. Passiv investisiya elementidir:

A) Yeni istehsalat binalarına çəkilən xərclər.

B) Avadanlıqlara çəkilən xərclər.

C) Qiymətli kağızların alınmasına çəkilən xərclər

D) Xarici investisiyalar.

E) Xammal və materiallara çəkilən xərclər.


299. Əsas kapitalın maddi-əşyavi tərkibinə aiddir:

  1. Xammal və materiallar.

  2. Enerji və yanacaq.

  3. İstehsal binaları, maşınlar, avadanlıqlar.

  4. Bütün əmək cisimləri.

  5. İş qüvvəsi.

300. Dövriyyə kapitalının maddi-əşya tərkibinə daxildir:



  1. Xammal və materiallar.

  2. Maşınlar.

  3. Binalar.

  4. Qurğular.

  5. Avadanlıqlar.

301.Aşağıdakı metodlardan biri riskləri idarəetmə metodlarına aid deyil:



  1. Riskdən yayınma

  2. Riskin məhdudlaşdırılması

  3. Riskin səpələnməsi

  4. Riskin qarşılanması.

  5. Riskin əvəz olunması.

302 .Aşağıdaklkardan hansının hərfi mənası təsərrüfat işlərinin aparılması məharəti (biliyi, qanunu) deməkdir?

A) İqtisadi nəzəriyyə.

B) Ekonomika;

C) Siyasi iqtisad.

D) Ekonomiks.

E) Ekonomiya;
303. Aşağıdakılardan hansı bütün iqtisadi sistemdə insanın təsərrüfat fəaliyyətini öyrənən elmdir?

A) İqtisadi nəzəriyyə

B) Ekonomiya;

C) Siyasi iqtisad.

D) Ekonomiks.

E) Ekonomika;


304. Aşağıdakılardan hansı dövlət miqyasında təsərrüfatın aparılması bacarığını bildirir?

A) Siyasi iqtisad;

B) Ekonomika;

C) Ekonomiya

D) Ekonomiks.

E) İqtisadi nəzəriyyə


305. Aşğıdakılardan hansı insanın bazar iqtisadiyyatında davranışı öyrənir?
A) İqtisadi nəzəriyyə.

B) Ekonomika;

C) Siyasi iqtisad.

D) Ekonomiya;

E) Ekonomiks
306. Aşağıdakılardan hansı iqtisadi fıkrin ən mühüm nailliyyətlərinin cəmini istifadə edərək təsərrüfatın aparılması məharəti haqqmda elmdir?

A) İqtisadi nəzəriyyə.

B) Ekonomika;

C) Siyasi iqtisad.

D) Ekonomiks.

E) Ekonomiya;


307. Aşağıdakılardan hansı , iqtisadi sistemlərin fəaliyyət qanunauyğunluqlarının aşkarlanmasına yönümlənib?

A) Pozitiv iqtisadiyyat

B) Proqnozlaşdırma.

C) Normativ iqtisadiyyat;

D) İndikativ iqtisadiyyat;

E) İnformatik iqtisadiyyat.


308Aşağıdakılardan hansı iqtisadiyyatın necə olmasına yönümlənib?

A) Normativ iqtisadiyyat;.

B) Pozitiv iqtisadiyyat;

C) Proqnozlaşdırma

D) İndikativ iqtisadiyyat;

E) İnformatik iqtisadiyyat.






Dostları ilə paylaş:
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə