2. MAG
İSTRAL BORU KƏMƏRLƏRİNİN MÜHAFİZƏSİ
2.1. Bu Qaydalar, m
ədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla, təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış
karbohidrogenl
əri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir.
2.2. Bu Qaydaların
şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir:
şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi
qov
şaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri;
boru k
əmərlərini paslanmadan mühafizə edən elektrokimyəvi mühafizə, texnoloji rabitənin qurğuları və xətləri, boru kəmərlərinin telemexanika ləvazimatları;
m
əsafədən idarə edilən bağlayıcı armaturların, boru kəmərlərinin elektrokimyəvi mühafizə qurğularının elektrik ötürücü xətləri və elektrik təchizatı cihazları;
yan
ğından mühafizə ləvazimatı, boru kəmərlərinin eroziyaya qarşı mühafizə qurğuları;
kondensatın saxlanması v
ə qazsızlaşdırılması üçün tutumlar, sıxılmış karbohidrogenlərin buraxılması üçün yeraltı anbarlar;
boru k
əmərlərinin istismarında xidməti xətt qurğuları;
boru k
əmərləri boyunca yerləşən daimi yollar, vertolyot meydançaları, kəmərlərə gedən yollar, boru kəmərlərinin yerlərini göstərən fərqləndirici və xəbərdaredici nişanlar;
əsas və aralıq kompressor və qazpaylayıcı stansiyalar avtomobillərə sıxılmış qazdoldurma stansiyaları;
yeraltı qazsaxlama stansiyaları.
2.3. Boru k
əmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5—2 metr hündürlüyündə qurulur.
2.4. Boru k
əmərləri, çay və kanallarla kəsişdikdə sahillərdə xəbərdarlıq nişanları qoyulmalıdır. Nişanlar boru kəmərlərini istismar edən idarələr (təşkilatlar) tərəfindən respublikanın su təchizatı ilə məşğul
olan orqanları il
ə razılaşdırılmalıdır. Dəniz sualtı boru kəmərlərinin çəkilməsi haqqında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə xəbərdarlıq etməklə, boru kəmərlərinin yerləşdiyi
x
ətlər dəniz xəritəsinə salınmalıdır.
[8]
2.5. Boru k
əmərlərinin bütün dərəcələrdən olan avtomobil yolları ilə kəsişdiyi yerlərdə, nəqliyyatın dayanmasını qadağan edən müvafiq yol nişanları qoyulmalıdır.
2.6. Tikinti-qura
şdırma və sifarişçi təşkilatlar tərəfindən müvafiq qaydada tikilmiş boru kəmərlərinin faktiki vəziyyətinin (icra sxeminin) və digər lazımi sənədlərin, torpaq istifadəsi xəritəsinə salınması
üçün rayon (
şəhər) icra hakimiyyəti orqanlarına verilməlidir. İcra hakimiyyəti orqanı boru kəmərlərinin yerləşdiyi yerlər haqqında, maraqlı olan hüquqi və fiziki şəxslərə məlumat verir.
2.7. Boru k
əmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir:
boru k
əmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru
k
əmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır;
çoxlu sayda qarı
şıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
K
ənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi
Dostları ilə paylaş: |